Həmsədrlər regiona qayıda bilərmi? – 5 İL SONRA...

Bir müddət əvvəl Fransanın Ermənistandakı səfiri Conatan Lakot Minsk qrupunun Qarabağ mövzusunda fəaliyyətə başlayacağı ilə bağlı açıqlama verib. Qarabağın “statusu” məsələsinin mübahisə mövzusu olduğunu qeyd edən Fransız diplomat, Minsk qrupunun yaxın həftələrdə, bəlkə də aylarda Minsk qrupunun yenidən aktiv şəkildə fəaliyyətə başlayacağının anonsunu verib.

Fransız səfirin bu açıqlamaları və özündən əminliyi haqlı olaraq Minsk qrupu və həmsədr ölkələrin prosesdə iştirakı mövzusunu yenidən gündəmə gətirib. Azərbaycanın Qarabağın “statusu” ilə bağlı qəti mövqe ortaya qoyduğu bir məqamda Minsk qrupu həmsədrlərinin prosesə cəlb edilməsinə ehtiyac varmı?
 

MÖVZU İLƏ BAĞLI:

“Krım Platforması”nda KİMLƏR Rusiyaya qarşıdır? – SİYAHI


Minsk qrupunun yenidən fəaliyyətə başlamasında əsas maraqlı tərəf Fransa və ABŞ-dır. Çünki Cənubi Qafqazda 10 noyabr sazişi əsasında qurulan regional nizam bu dövlətləri proseslərdən kənarda qoyub.

Faktiki olaraq ABŞ və Fransa Qarabağla bağlı mövzularda birbaşa söz haqqından məhrumdurlar. Bu ölkələr yalnız Ermənistan vasitəsilə dolayı yolla prosesə daxil olmağa çalışır. Ermənistan 10 noyabr sisteminin davam etdiyi müddətcə Qarabağı birdəflik itirmək təhlükəsi ilə qarşı-qarşıya olduğunu başa düşür.
 

Bu məqamda Fransa və ABŞ-ın “status” məsələsi ilə meydan çıxması Ermənistan üçün əvəzolunmaz fürsətdir.


Minsk qrupunun fəaliyyətə başlaması Azərbaycan və Rusiya üçün indiki halda ehtiyac duyulmayan addımdır.

Çünki bu baş verdiyi təqdirdə Rusiya öz nəzarətindəki bölgəni Fransa və ABŞ-la paylaşmalı olacaq. Azərbaycan isə Qarabağın “statusu” məsələsinin yenidən gündəmə gətirilməsi ilə üzləşəcək. Hər iki ölkə üçün 10 noyabr sülh sazişi olduqca əlverişlidir. Saziş Rusiyanın Qarabağda sülhməramlı qüvvələr yerləşdirməsinə, Azərbaycanın isə “status” məsələsini birdəfəlik həll etməsinə imkan verir və hazırkı regional nizam Minsk qrupunun vəd etdiyi formatdan çox daha üstündür.

ABŞ və Fransa Azərbaycana açıq şəkildə Minsk qrupunun fəaliyyətinə razılıq verməsi ilə bağlı təzyiqlər edir.
 

Bu təzyiqlər indiki anda çox sərt formada olmaya bilər, lakin diplomatik münasibətlərdə yaxın gələcəkdə hiss olunacaq nəticələri ola bilər.


Hazırkı situasiyada Qərblə yanaşı Rusiya da Azərbaycana təzyiq göstərən tərəfdir. Rusiyanın təzyiqləri bölgədəki real güc amilini də nəzərə alsaq, Qərbə nisbətdə daha təhlükəlidir. Digər tərəfdən bölgədə real gücü olmayan ABŞ və Fransanın Azərbaycanla qarşılıqlı əlaqələrini Minsk qrupunun fəaliyyətinə görə gərginləşdirəcəyi ehtimalı da azdır. 

Azərbaycan üçün əsas təhlükəli ssenari Rusiyanın Minsk qrupunun fəaliyyəti üçün yaşıl işıq yandırması ehtimalıdır.

Paraktiki olaraq Rusiyanın əleyhinə olacaq bu addım nəzəri olaraq Rusiya üçün qazanc gətirə bilər. Rusiyanın 5 il sonra sülhməramlı fəaliyyətini davam etdirməsi birbaşa Azərbaycanın mövqeyindən asılıdır. Əgər Azərbaycan sülhməramlı fəaliyyəti sonlandırmaq barədə faliyyətə başlasa, hazırkı qazanclı situasiya Rusiyanın əleyhinə çevriləcək. Lakin Rusiya həm də Minsk qrupunun həmsədr ölkəsidir. Qarabağdakı nüfuzunu itirmək və ya Qarabağı ABŞ və Fransa ilə paylaşmaq arasında qaldıqda ikinci seçim Rusiya üçün daha cazibədardır.
 

Azərbaycan isə Minsk qrupunun fəaliyyətinə ancaq Rusiya ilə münasibətləri pisləşdiyi təqdirdə, Rusiyanı bölgədən sıxışdırmaq üçün razı ola bilər.


Hazırkı situasiya Minsk qrupunun fəaliyyətə başlaması real görünmür. Lakin gələcəkdə bu cür ehtimalın reallaşması birbaşa olaraq Azərbaycanla Rusiya arasındakı münasibətlərin xarakterindən asılıdır.

Araz Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Saşa İliç: "Araz-Naxçıvan"la oyunda bəxtsizliklə üzləşdik"

Saşa İliç: "Araz-Naxçıvan"la oyunda bəxtsizliklə üzləşdik"

Ürək və bağırsaqlar üçün möcüzəvi QİDA

Ürək və bağırsaqlar üçün möcüzəvi QİDA

İran ABŞ ilə barışır?

İran ABŞ ilə barışır?

Rusiyanın strateji limanı bombalandı

Rusiyanın strateji limanı bombalandı

Tramp: "Xameneinin yerini canlı yayımda açıqlaya bilərdim, amma..."

Tramp: "Xameneinin yerini canlı yayımda açıqlaya bilərdim, amma..."

Bu ölkədə 3 gün ərzində 6 mindən çox insan öldürülüb

Bu ölkədə 3 gün ərzində 6 mindən çox insan öldürülüb

Xəngəlsevərlərin diqqətinə! - Risk altındasınız

Xəngəlsevərlərin diqqətinə! - Risk altındasınız

Alen Simonyandan Kremlə sərt mesaj: Verməyəcəyik

Alen Simonyandan Kremlə sərt mesaj: Verməyəcəyik

Bakıda ana uşağını küçəyə atdı - Hər kəs onun axtarır - VİDEO

Bakıda ana uşağını küçəyə atdı - Hər kəs onun axtarır - VİDEO

İranla böyük müharibə başlayır? - VİDEO

İranla böyük müharibə başlayır? - VİDEO

Serbiya prezidentindən İlham Əliyevə yüksək qiymət - VİDEO

Serbiya prezidentindən İlham Əliyevə yüksək qiymət - VİDEO

"Bu dəlilərin əlindən sosial şəbəkəyə girə bilmirəm"

"Bu dəlilərin əlindən sosial şəbəkəyə girə bilmirəm"

Serbiya qəzetində Ağdam şəhəri haqqında məqalə dərc olundu

Serbiya qəzetində Ağdam şəhəri haqqında məqalə dərc olundu

İlham Əliyevin "X"dəki hesabında Vuçiçlə görüşü ilə bağlı paylaşım edilib - FOTO

İlham Əliyevin "X"dəki hesabında Vuçiçlə görüşü ilə bağlı paylaşım edilib - FOTO

Messinin həyat yoldaşı Sevgililər Günündə aldığı hədiyyələrlə öyündü - FOTO

Messinin həyat yoldaşı Sevgililər Günündə aldığı hədiyyələrlə öyündü - FOTO

Qaradağlı faciəsi və onun siyasi nəticələri - VİDEO

Qaradağlı faciəsi və onun siyasi nəticələri - VİDEO

Serbiyada bayram-bayrama qarışıb - VİDEO

Serbiyada bayram-bayrama qarışıb - VİDEO

Kolumbiyada saratovlu mer qubernator olmaq istəyir

Kolumbiyada saratovlu mer qubernator olmaq istəyir

34 yaşlı qadın zəhərləndi

34 yaşlı qadın zəhərləndi

Ağstafada üç mərtəbəli fərdi ev yandı

Ağstafada üç mərtəbəli fərdi ev yandı

Şahmat üzrə Azərbaycan çempionatında 1/4 finalın ikinci partiyaları - NƏTİCƏLƏR

Şahmat üzrə Azərbaycan çempionatında 1/4 finalın ikinci partiyaları - NƏTİCƏLƏR

Serbiya prezidenti: "Ən çətin məsələlərdə Azərbaycandan dəstək almışıq" - VİDEO

Serbiya prezidenti: "Ən çətin məsələlərdə Azərbaycandan dəstək almışıq" - VİDEO

Vuçiç: "Mən yaxın vaxtlarda Azərbaycana səfər edəcəyəm" - VİDEO

Vuçiç: "Mən yaxın vaxtlarda Azərbaycana səfər edəcəyəm" - VİDEO

Bakıdan bu şəhərə birbaşa aviareyslər açılacaq

Bakıdan bu şəhərə birbaşa aviareyslər açılacaq

End of content

No more pages to load

RADİO