Azərbaycanda qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısı genişləndirilib.
Bizim.Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Siyahıya dövlət varidatı elan olunmuş əsərlərdən istifadəyə görə hesablanan qonorar adlı yeni 47-1-ci hissə əlavə edilib.
Bizim.Media