Hikmət Hacıyev: “Sülhməramlıların mandatı ilə bağlı müzakirələr hələ davam edir”

Qarabağda Rusiya sülhməramlılarının mandatı ilə bağlı əlavə hüquqi mexanizmlər məsələsi barədə “müəyyən müzakirələr hələ davam edir”. 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "BBC"-yə açıqlamasında deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

“Ermənistan barbar siyasət yürüdən, mülki insanları hədəf alan bir dövlətdir” - Hikmət Hacıyev


O, Qarabağda Rusiya sülhməramlılarının fəaliyyəti və əməliyyatlarının Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları 10 noyabr tarixli Üçtərəfli bəyanatına əsasən həyata keçirildiyini qeyd edib. 

Hacıyevin sözlərinə görə, 10 noyabr Üçtərəfli razılaşması sülhməramlı qüvvələr üçün “siyasi və müəyyən dərəcədə hüquqi çərçivəni” müəyyən edib. 

“Əlavə razılaşmalara və sülhməramlıların mandatı barədə əlavə hüquqi mexanizmlər məsələsinə gəldikdə, tərəflər arasında bu barədə ilkin kontaktlar olub və müəyyən müzakirələr hələ davam edir”, – Hacıyev bildirib. 
 

“Bütün Qarabağ Azərbaycanın suveren ərazisidir, beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır və 10 noyabr bəyanatına uyğun olaraq sülhməramlı qüvvələr Azərbaycanın Qarabağ bölgəsinin müəyyən bir hissəsində müvəqqəti olaraq yerləşdiriliblər”, – Prezidentin köməkçisi qeyd edib. 


Onun sözlərinə görə, hazırda bütün işğaldan azad olunmuş ərazilərdə yeni rekonstruksiya işləri başlayır. 

“İndi qarşımızda duran əsas məsələ həmin ərazilərdə quruculuq və rekonstruksiya işlərini həyata keçirməkdir. Son 30-40 ildə dünya miqyasında dövlətlərin bu qəbildən və bu miqyasda üzləşdikləri rekonstruksiya layihələri olmayıb”, – Hacıyev vurğulayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Süni intellekt xəstəxanada onlarla xəstəni necə şikəst etdi?

Süni intellekt xəstəxanada onlarla xəstəni necə şikəst etdi?

Netanyahu şərtlərini açıqladı

Netanyahu şərtlərini açıqladı

Saşa İliç: "Araz-Naxçıvan"la oyunda bəxtsizliklə üzləşdik"

Saşa İliç: "Araz-Naxçıvan"la oyunda bəxtsizliklə üzləşdik"

Ürək və bağırsaqlar üçün möcüzəvi QİDA

Ürək və bağırsaqlar üçün möcüzəvi QİDA

İran ABŞ ilə barışır?

İran ABŞ ilə barışır?

Rusiyanın strateji limanı bombalandı

Rusiyanın strateji limanı bombalandı

Tramp: "Xameneinin yerini canlı yayımda açıqlaya bilərdim, amma..."

Tramp: "Xameneinin yerini canlı yayımda açıqlaya bilərdim, amma..."

Bu ölkədə 3 gün ərzində 6 mindən çox insan öldürülüb

Bu ölkədə 3 gün ərzində 6 mindən çox insan öldürülüb

Xəngəlsevərlərin diqqətinə! - Risk altındasınız

Xəngəlsevərlərin diqqətinə! - Risk altındasınız

Alen Simonyandan Kremlə sərt mesaj: Verməyəcəyik

Alen Simonyandan Kremlə sərt mesaj: Verməyəcəyik

Bakıda ana uşağını küçəyə atdı - Hər kəs onun axtarır - VİDEO

Bakıda ana uşağını küçəyə atdı - Hər kəs onun axtarır - VİDEO

İranla böyük müharibə başlayır? - VİDEO

İranla böyük müharibə başlayır? - VİDEO

Serbiya prezidentindən İlham Əliyevə yüksək qiymət - VİDEO

Serbiya prezidentindən İlham Əliyevə yüksək qiymət - VİDEO

"Bu dəlilərin əlindən sosial şəbəkəyə girə bilmirəm"

"Bu dəlilərin əlindən sosial şəbəkəyə girə bilmirəm"

Serbiya qəzetində Ağdam şəhəri haqqında məqalə dərc olundu

Serbiya qəzetində Ağdam şəhəri haqqında məqalə dərc olundu

İlham Əliyevin "X"dəki hesabında Vuçiçlə görüşü ilə bağlı paylaşım edilib - FOTO

İlham Əliyevin "X"dəki hesabında Vuçiçlə görüşü ilə bağlı paylaşım edilib - FOTO

Messinin həyat yoldaşı Sevgililər Günündə aldığı hədiyyələrlə öyündü - FOTO

Messinin həyat yoldaşı Sevgililər Günündə aldığı hədiyyələrlə öyündü - FOTO

Qaradağlı faciəsi və onun siyasi nəticələri - VİDEO

Qaradağlı faciəsi və onun siyasi nəticələri - VİDEO

Serbiyada bayram-bayrama qarışıb - VİDEO

Serbiyada bayram-bayrama qarışıb - VİDEO

Kolumbiyada saratovlu mer qubernator olmaq istəyir

Kolumbiyada saratovlu mer qubernator olmaq istəyir

34 yaşlı qadın zəhərləndi

34 yaşlı qadın zəhərləndi

Ağstafada üç mərtəbəli fərdi ev yandı

Ağstafada üç mərtəbəli fərdi ev yandı

Şahmat üzrə Azərbaycan çempionatında 1/4 finalın ikinci partiyaları - NƏTİCƏLƏR

Şahmat üzrə Azərbaycan çempionatında 1/4 finalın ikinci partiyaları - NƏTİCƏLƏR

Serbiya prezidenti: "Ən çətin məsələlərdə Azərbaycandan dəstək almışıq" - VİDEO

Serbiya prezidenti: "Ən çətin məsələlərdə Azərbaycandan dəstək almışıq" - VİDEO

End of content

No more pages to load

RADİO