Şimali Makedoniyanın ATƏT-dəki missiyası rəhbərinin müavini Mile Milenkovski Ermənistan hakimiyyətinin başlatdığı beynəlxalq sifariş əsasında Serbiyanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Bizim.Media xəbər verir ki, informasuyanı TASS agentliyi Şimali Makedoniyanın Alsat-M telekanalına istinadən yayıb.
Saxlanılan diplomat Ermənistanda araşdırılan cinayət işinin müttəhimidir.
Araşdırmalara görə, Milenkovski Şimali Makedoniyanın digər diplomat həmkarları ilə birlikdə, 2018-ci ildə şəxsi təyyarədə külli miqdarda pul mənimsəməkdə günahlandırılan keçmiş hökumətin bir nümayəndəsini Ermənistandan çıxarıb.
Bizim.Media