Rusiya Müdafiə Nazirliyindən Azərbaycana qarşı TƏXRİBAT – FOTOFAKT

Rusiya Müdafiə Nazirliyi tender elan edib. Burada söhbət Qarabağda yerləşdirilən sülhməramlıların kazarma və hərbi şəhərciklərinin fondlarına kompleks xidmətdən gedir. 

Bizim.Media xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi bu tenderi elan edəndə sülhməramlıların xidməti zonası kimi Azərbaycan yox, “Dağlıq Qarabağ Respublikası”nı göstəriblər. 
 

MÖVZU İLƏ BAĞLI:

Dmitri Qordon: "Rusiya dedi ki, biz bu münaqişəyə qarışa bilmərik..." – VİDEO 


Bu da beynəlxalq hüququn pozulmasıdır, çünki Qarabağ Azərbaycan ərazisidir və onların adlandırdığı kimi hüquqi subyekt ərazimizdə yoxdur.

Rusiya isə Azərbaycanın ərazi bütövlüyünü və dövlət müstəqilliyini tanıyan ölkələr sırasında birincilərdəndir.

Eyni zaman da RF prezidenti Putin 44 günlük müharibə və ondan əvvəl də bildirib ki, hərbi əməliyyatlar Azərbaycan ərazisində gedir və ölkəsi buna müdaxilə edə bilməz. Kreml rəhbərinin günü bugünə kimi, səsləndirdiyi bütün ifadələrində “Dağlıq Qarabağ” adlı bir subyekt istifadə etməyib. 
 

Bir daha xatırladaq ki, Rusiya MN-nə aid sənədə əsasən, bu il avqustun 13-də Rusiya Müdafiə Nazirliyi “Müdafiə Nazirliyinin hərbi şəhərciklərinin kazarma və mənzil fonduna hərtərəfli qulluq göstərilməsinin təşkili və həyata keçirilməsi üçün xidmətlərin göstərilməsi haqqında” ərizə təqdim edib.


Tenderdə qeyd olunub ki, şəhərciklər "Dağlıq Qarabağ Respublikası"nın ərazisində yerləşir. Sifarişin dəyəri 151 414 088 rubl təşkil edir. Qapalı tender elanını Rusiya Federasiyası Müdafiə Nazirliyinin Dövlət Satınalmaları İdarəsinin rəis müavini Oleq Zaripov təqdim edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Yasamalda avtomobil yandı

Yasamalda avtomobil yandı

Yol polisindən avtobusu belə gözləyən piyadalara MÜRACİƏT – VİDEO

Yol polisindən avtobusu belə gözləyən piyadalara MÜRACİƏT – VİDEO

Həkim insultun nəzərə çarpmayan əlamətlərini açıqladı

Həkim insultun nəzərə çarpmayan əlamətlərini açıqladı

Kremldən Putinin üzü olan maskalarla bağlı suala REAKSİYA

Kremldən Putinin üzü olan maskalarla bağlı suala REAKSİYA

İş yerlərində sevgi macəralarının hansı riskləri var?

İş yerlərində sevgi macəralarının hansı riskləri var?

Ukraynaya ən çox silah tədarük edən ölkələrdən biri Rusiyanın qonşusu imiş... - FOTO

Ukraynaya ən çox silah tədarük edən ölkələrdən biri Rusiyanın qonşusu imiş... - FOTO

Dünyada ən çox tıxac olan şəhərlər açıqlanıb

Dünyada ən çox tıxac olan şəhərlər açıqlanıb

Maçado Rusiyanın Venesueladan çıxarılmasını tələb etdi

Maçado Rusiyanın Venesueladan çıxarılmasını tələb etdi

Yer yeni fəlakətlərin astanasında — HƏYƏCAN TƏBİLİ

Yer yeni fəlakətlərin astanasında — HƏYƏCAN TƏBİLİ

Bakıda 3 yeni stansiya inşa ediləcək – Bu ərazilərdən keçəcək

Bakıda 3 yeni stansiya inşa ediləcək – Bu ərazilərdən keçəcək

Britaniya və Almaniya Rusiya ilə müharibəyə hazırlaşır – RƏSMİ XƏBƏRDARLIQ

Britaniya və Almaniya Rusiya ilə müharibəyə hazırlaşır – RƏSMİ XƏBƏRDARLIQ

Messi dünya çempionatını buraxa bilər

Messi dünya çempionatını buraxa bilər

Məktəblər bağlandı, insanlara çölə çıxmamaq tapşırıldı – İranda nə baş verir?

Məktəblər bağlandı, insanlara çölə çıxmamaq tapşırıldı – İranda nə baş verir?

Dünyanın ən böyük Qurani-Kərim kitabı bu ölkənin muzeyində nümayiş olunur

Dünyanın ən böyük Qurani-Kərim kitabı bu ölkənin muzeyində nümayiş olunur

Azərbaycanın avtomobil bazarında kəskin dönüş - VİDEO

Azərbaycanın avtomobil bazarında kəskin dönüş - VİDEO

İsraildə iki yeni beynəlxalq hava limanı tikiləcək - Netanyahu

İsraildə iki yeni beynəlxalq hava limanı tikiləcək - Netanyahu

İranda avtobus gülləbaran olundu – 2 ölü, 2 yaralı var

İranda avtobus gülləbaran olundu – 2 ölü, 2 yaralı var

Süni intellekt xəstəxanada onlarla xəstəni necə şikəst etdi?

Süni intellekt xəstəxanada onlarla xəstəni necə şikəst etdi?

Netanyahu şərtlərini açıqladı

Netanyahu şərtlərini açıqladı

Saşa İliç: "Araz-Naxçıvan"la oyunda bəxtsizliklə üzləşdik"

Saşa İliç: "Araz-Naxçıvan"la oyunda bəxtsizliklə üzləşdik"

Ürək və bağırsaqlar üçün möcüzəvi QİDA

Ürək və bağırsaqlar üçün möcüzəvi QİDA

İran ABŞ ilə barışır?

İran ABŞ ilə barışır?

Rusiyanın strateji limanı bombalandı

Rusiyanın strateji limanı bombalandı

End of content

No more pages to load

RADİO