Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) İşlər idarəsinin sabiq müdiri Fərhad Mollazadə və İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadənin cinayət işi üzrə keçirilməli olan məhkəmə iclası təxirə salınıb.
Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə elan olun ki, F.Mollazadənin vəkili Kamandar Nəsibov məhkəməyə gəlməyib.
Onun koronavirusa yoluxduğu bildirilib. Məhkəmə prosesi sentyabrın 22-ə təxirə salınıb.
Bizim.Media