İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycana səfər edəcək.
Bizim.Media xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə öz "Twitter" səhifəsində yazıb.
O, bildirib ki, Zərif noyabrın 23-24-də region ölkə rəhbərləri ilə danışıq aparmaq məqsədilə Rusiya və Azərbaycana səfər edəcək. Dağlıq Qarabağ və bölgədə baş verən proseslər Azərbaycan və Rusiya rəsmiləri ilə danışıqlar mövzusudur.
Bizim.Media