Milli
Şuranın icra aparatının rəhbəri Eldar Namazov ABŞ səfəri çərçivəsində qurumun
sədri və vahid namizədi Rüstəm İbrahimbəyovla görüşməyəcək.
Moderator.az
Aznews.az-a istinadən xəbər verir ki, bu barədə Milli Şura üzvü Köçəri
Nağıbəyli məlumat verib.
O bildirib ki, E.Namazovun ABŞ səfərində nəzərdə tutulan görüşləri çox olduğu
üçün o, Birləşmiş Ştatlardan birbaşa ölkəyə qayıdacaq: “Eldar müəllim ABŞ-da
olduğu zaman Rüstəm müəllim Brüsseldə səfərdə olacaq. Buna görə də, onun Rüstəm
müəllimlə görüşə bilməyəcək”.
K.Nağıbəyli onu da bildirib ki, E.Namazov iyulun 18-də Bakıda olacaq.