Onun sözlərinə görə, Bakıda bir sıra dövlət və hökumət rəsmiləri, o cümlədən Prezident İlham Əliyevlə görüş keçirib:
“Azərbaycanın xarici işlər, iqtisadiyyat və kənd təsərrüfatı nazirləri ilə görüşdüm. İnanıram ki, bu görüşlər bizim əməkdaşlığımız üçün yeni imkanlar yaradacaq”.
Bizim.Media xəbər verir ki, bu fikirləri keçirdiyi brifinqdə ABŞ-ın Oklahoma ştatının qubernatoru Con Kevin Stitt deyib.
Onun sözlərinə görə, Azərbaycanın dövlət başçısı da çox gözəl insandır:
“Biz onunla enerji, dəmir yolu və bir çox sahələrdə müzakirələr apardıq və ümid edirəm ki, bu görüş çox əhəmiyyətli oldu. Prezidentlə görüş zamanı ona kovboy papağı hədiyyə etdim və ümid edirəm ki, o, prezidentə çox yaraşdı”.
Bizim.Media