ABŞ Dövlət Departamenti ABŞ vətəndaşlarını Qarabağ regionundan və Ermənistan-Azərbaycan sərhədindən uzaq durmağa çağırıb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumat Telegram kanalında yayılıb.
Dövlət Departamenti ölkə vətəndaşlarını koronavirusun yenidən sürətlə yayılmasına görə Ermənistana səfərlərini təxirə salmağa da çağırıb.
Bildirilir ki, ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi Ermənistanda koronavirusa yoluxmaq riskini üçüncü səviyyəyə qaldırıb.
Bizim.Media