“Qafqazinfo” xəbər verir ki, fərmanda Naxçıvan Muxtar Respublikasının “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” və “Rəşadətli əməyə görə” nişanlarının təsis edilməsi göstərilir:
“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddə¬sinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Naxçıvan Muxtar Respublikasının “Naxçıvan Muxtar Respubli¬ka-sına xidmətlərə görə” və “Rəşadətli əməyə görə” nişanları təsis edilsin.
2. “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanının Əsasnaməsi və təsviri təsdiq edilsin.
3. “Rəşadətli əməyə görə” nişanının Əsasnaməsi və təsviri təsdiq edilsin.
4. “Naxçıvan Muxtar Respublikası nişanının vəsiqəsinin nümunəsi” təsdiq edilsin”