Yaxın gülərdə Türkiyə və Pakistan parlamentlərinin nümayəndə heyətləri Azərbaycana səfərə gələcək.
Bizim.Media "Telegram" kanallarına istinadla xəbər verir ki, hər iki ölkədən təxminən 60 nəfər olan nümayəndə heyətinin Şuşaya səfəri gözlənilir.
Məlumata görə, Şuşada keçirilən toplantından sonra Azərbaycan, Türkiyə və Pakistan parlamentləri arasında əməkdaşlığın genişləndirilməsi, hər üç ölkə arasında siyasi münasibətlərin daha da gücləndirilməsini təmin edən xüsusi Bəyannamə imzalanacaq.
Bizim.Media