Ermənistana sərmayə qoyan İran şirkətləri – İçərisində azərbaycanlılar da var - SİYAHI

Azərbaycanın 44 günlük haqq savaşında bir neçə dəfə İrandan Ermənistana silah dolu avtomobillərin keçirilməsi halları yaşandı. Müharibə vaxtı İran tərəfinin dəfələrlə Ermənistana tərəf açıqlama verərək, qardaş farsların onların yanında olması haqqında bəyanatlarıda az olmayıb. 

Heç kəsə sirr deyil ki, Azərbaycan torpaqları 30 ilə yaxın erməni vandallarının işğal altında olub. Həmin bu illər ərzində isə İranla Ermənistanın arasında yaşanan işbirliyi demək olar ki, özünün qızıl dövrünün yaşayıb.

Çox dərinə getməyib, elə bir – iki faktı sadalamaq yetərlidir ki, iki dövlət arasında bu “çiçəklənən” dövrün mahiyyətini anlamaq olsun.
 

MÖVZU İLƏ BAĞLI:

SU ÜSYANLARI: İrandakı etirazlar nədən xəbər verir?


Fakta görə işğal zamanı erməni vandallarının şəhər və kəndlərimizi viran qoyduqları prosesdə azərbaycanlıların evləri sökülərək tikinti materialları (daş, taxta, metall və s.) yük avtomobilləriylə İrana daşınırdı. Həmin avtomobillərə "yükü vuran" şəxslər isə elə azərbaycanlı əsirləri olub. 

Bu zaman kəsiyində İran Ermənistanla iqtisadiyyatın demək olar ki, bütün sahələrində sıx əməkdaşlıq edirdi. Yanacaqdan tutmuş, xırdavata qədər ən müxtəlif çeşiddə məhsulların ermənilərə satılırdı. Bu faktlar ayzberqin görünən tərəfidir.

Görünməyən tərəflərdə isə narkoticarət, Qarabağ ərazisində salınan narkotik plantasiyalar, qurulan laboratoriyalar və.s yer alır.

İranın Ermənistanla etdiyi işbirliyinin bariz nümunəsi kimi isə işğal zamanı Ermənistana sərmayə qoyan şirkətlərin siyahısının üzə çıxması olub. Ən dəhşətlisi isə siyahıda sahiblərinin azərbaycanlı olduğu şirkətlərdə var.

İran şirkətlərinin siyahı

“Mona Qrup” (Rəhmani, Rəşidi, Azərban Həddad), “Kankar”(Seyid Nur Eyni), “Şərifli” (Rza Şərifi), “Süleymani” (İzzət Süleymanpur), “Arya Filiz Nab” (Rəsul Ənzari), Araz Mühacir Ticarət” (Kazım Səfərzadə), “Aftab” (Əzimi Əhmədpur), “Arazfud” (Cavad və Məhəmməd Bimeqdar), “Nüsrəti” (Rza Nüsrəti), “Pəyan-e Saderat” (Davud Cokar), “Vasif” (Məhəmməd Cəfərpur Vasif), “Firuznejat” (Əhməd Firuznejat), “Nəcəfzadə” (Nəcəfzadə), “Kaimifa” (Əbülfəz Mətləbzadə), “Turac” (Məhəmmədhüseyin Yusifzadə), “Armen” (Əli Qüdrəti), “Ava” (Vahik Ohancanyan), “Kraun” (Hamu Davudi), “Şölə” (Seyidəli Hüseyni), “Suas” (Hüseyn Şadi), “AMO Kimya” (Nadir İrani, Vəhid Nəhavəndiyar), “Nahid” (Möhsüm Fərşbaf), “Səba Saha” (Rza Nafəzi), “Petrocəm” (Cəlil Heydəri), “Derəxşan” (İsmayıl İbrahimi), “Şahsuvari” (Rza Şahsuvari), “İzorof” (Təhmuraz İmani), “Rizşin” (Əli Əzhəri), “Elivoud” (Hüseyn Şeybani), “Tirkaran” (Məhəmməd Ənsari), “Mələki” (Hüseyn Mələki), “Luba” (Əli Azad Əfruz), “Nardino” (Siyamək Boləndi), “Kultrom” (Səda Allahverdiyan), “Şadan” (Şəhruz Hüseyni), “Sunesar” (Nasir Ətayi), “Suzan” (Behruz Caznəgu), “Növcavan qardaşları” (Cavad Növcavan), “Tatyo” (Arlen Davudyan), “Şahinans” (Vahik Şahinans), “Roberto” (Rubik Minasyan), “Arbi” (Varuj Ayvazyan), “Şahbaz” (Məhəmmədrza Baqeri), “Kyudot” (Rəhim Ali), “Ambret” (Pərviz Nüsrəti), “Bir” (Hadi Purradi Gərgəri), “Kondal” (Əsğər Fədai), “Aypeks Nur” (Əfşin Nəsiri), “Miyad” (Yunes Rezayi Əqdəm), “Paknam” (İsa İmami), “Marlik” (Əli Nəsirli Livarcani), “Şahab Səhənd” (Cavad Rəhimi Namdar), “Ərcümənd” (Əlirza Ərcümənd), “Livarcan” (Möhsün Cənabiyye), “Silis Şen” (Seyid Əbülfəz Səlili), “Minamesa” (Məhəmməd Eslami), “Nadir” (Nadir Kərimiyan Siyahrud), “Rand” (Rəhman Behruzi), “Trakliyan” (Həmid Xorrəmi), “Didar” (Əlirza Həlimi Təbrizi), “General Oil” (İbrahim Dadaşi Fərxəndi), “Aştarak” (Məhəmməd Əli Əsğəri), “Necati” (Yusif Necati), “Alişan” (Serjik), “Hadi” (Rza Hadi), “Zakeri” (Mənuçehr Zakeri), “Apada” (Əlirza Firuzməndi), “Olaks” (Yusif Çaleş), “Alfapetrolium” (Harut Aslanyan), “Sanir” (Katuziyan), “Biga” (Jerj Qədimi), “Arm Oil” (Hernik Darqukasyan), “Motoşop” (Rafiq Qarqusyan), “Raymond” (Raymond Tarverdiyan), “Harmik motor” (Harmin Manaseryan), “Şin Ezgim” (Əmir Əzhəri), “Əndişeyi İraniyan” (Əli Əlicanduxt), “Tun tun” (Serj Əmirxanyan), “Zöhrabyan” (Zöhrabyan qardaşları) və “Edko” (Armen Xodobəxşiyan).

İran 30 il Qarabağı necə talayıb?

Məsələ ilə bağlı Politoloq Rövşən Novruzoğlu Bizim.Media-ya ilə dialoq zamanı bildirib ki, İranla Ermənistan arasında həmişə sıx əmakdaşlıq mövcud olub.

Söhbət əsnasında siyasi analitik Zəngilanda məhv edilən çinar bağlarından da danışıb.

“Zəngilanda Bəstiçay ətrafında Çinar ağacları əkilmişdi. O zamanlar yüksək çinli məmurlar bu çinar bağında dincəlirdi. Ermənistan Zəngilanı işğal etdikdən sonra, Paqasyan erməni dəstəsi bu ağacları kəsib, İrana satırdı. Bundan başqa rusların Dağlıq Qarabağda açdığı “Kalaşnikov” fabrikinin filialına da İran böyük sərmayə qoyurdu.  Həmin bu sərmayələrin böyük bir qismi 2 milyard dolları “Artsax” bankda yığılırdı. Lakin bank dağıldıqdan sonra bu investisiyaların ünvanı bilinmədi, hara yoxa çıxması isə məlum olmadı. Bu məbləğ banka İran, Rus, İsveç, Fransa, Almaniya, Fransa və ABŞ tətəfindən qoyulmuşdu”.

Politoloq qeyd edib ki, Qarabağ ərazisi İran Ermənistan iqtisadi əlaqələrində hər zaman ortaq mövqedə dayanıb.

“İran hər zaman Qarabağın sərmayəsindən, varidatından istifadə etmək istəyib. Qarabağın varidatı ən çox Rusiya, İran və Ermənistan arasında bölünürdü. İşğalda olan torpaqlarımızın dağılması və viran qalmasında İran tərəfinin rolu çox böyükdür”. 

R.Novruzoğlu ermənilərin Qarabağda meşələri məhv edib İrana daşıdıqlarını da vurğulayıb. 

“Bundan başqa bu iki dövlət arasında güclü meşə təsərrüfatı əlqələri olub. Qarabağın ərazisində elə ağaclar var idi ki, onu ancaq silah qundaqları üçün istifadə edirdilər. Bu ağaclar Qarabağ zonasından İrana silah qundağı istehsal edən fabriklərə daşınırdı. Sonra silahların və güllələrin yuyulmasında Laçın bulaqları istifadə olunurdu. Bu silahlar həmin bulaqlarda yuyulanda korroziyaya uğramırdı. 

Sonda politoloq iki ölkə arasında olan qeyri-qanuni narkotik dövriyəsindən də söz açıb.

Qeyri-qanuni əməkdaşlığa gəldikdə isə İranla Ermənistan Qarabağ ərazisindən narkotik maddələrin daşınması və becərilməsi üçün də istifadə edirdi. İranın uzun zaman Qarabağ ərazisində narkotik plantasiyaları olub”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Tiktoker ərin xanımının yanında hörməti olmayacaq” - VİDEO

“Tiktoker ərin xanımının yanında hörməti olmayacaq” - VİDEO

Rusiyada azərbaycanlı vəkil Ələkbər Qarayev HƏBS OLUNDU

Rusiyada azərbaycanlı vəkil Ələkbər Qarayev HƏBS OLUNDU

Premyer Liqanın ƏN YAXŞI qapıçısı bilindi

Premyer Liqanın ƏN YAXŞI qapıçısı bilindi

TikTok FIRILDAĞI: Yardım adı altında kart və şəxsi məlumatlar ələ keçirilir - VİDEO

TikTok FIRILDAĞI: Yardım adı altında kart və şəxsi məlumatlar ələ keçirilir - VİDEO

Qaradağlı faciəsindən 34 il ötür

Qaradağlı faciəsindən 34 il ötür

Füzulidə DƏHŞƏTLİ QƏZA: 1 ölü, 4 yaralı var

Füzulidə DƏHŞƏTLİ QƏZA: 1 ölü, 4 yaralı var

Azərbaycanla Gürcüstan arasında konsulluq məsləhətləşmələri KEÇİRİLDİ - FOTO

Azərbaycanla Gürcüstan arasında konsulluq məsləhətləşmələri KEÇİRİLDİ - FOTO

Almaniyanın XİN başçısı: “Avropa ABŞ-sız özünü müdafiə edə bilməz”

Almaniyanın XİN başçısı: “Avropa ABŞ-sız özünü müdafiə edə bilməz”

"Pula meyil etdikdə sənət kiçilməyə başlayır"

"Pula meyil etdikdə sənət kiçilməyə başlayır"

Moskvada azərbaycanlı ər-arvadın meyitləri TAPILDI

Moskvada azərbaycanlı ər-arvadın meyitləri TAPILDI

"Yuventus"un hücumçusu "Qalatasaray"la matçı BURAXACAQ

"Yuventus"un hücumçusu "Qalatasaray"la matçı BURAXACAQ

Lənkəranda 59 yaşlı balıqçı dənizdə boğularaq HƏYATINI İTİRDİ

Lənkəranda 59 yaşlı balıqçı dənizdə boğularaq HƏYATINI İTİRDİ

Dəhşətli təhlükə yaxınlaşır - Professor XƏBƏRDARLIQ ETDİ

Dəhşətli təhlükə yaxınlaşır - Professor XƏBƏRDARLIQ ETDİ

“Xaç atası” filminin ulduzu VƏFAT ETDİ

“Xaç atası” filminin ulduzu VƏFAT ETDİ

Gəncədə ev YANDI - Tüstüdən zəhərlənənlər var

Gəncədə ev YANDI - Tüstüdən zəhərlənənlər var

“Beşiktaş”da CİDDİ İTKİ

“Beşiktaş”da CİDDİ İTKİ

Slovakiya üçün Rusiya neftini nəql etməyə RAZILIQ VERMƏDİ

Slovakiya üçün Rusiya neftini nəql etməyə RAZILIQ VERMƏDİ

“Artıq səbrim çatmır, çıxıb gedəcəyəm” - VİDEO

“Artıq səbrim çatmır, çıxıb gedəcəyəm” - VİDEO

Azərbaycan daha bir ölkədən quzu əti idxalına BAŞLADI

Azərbaycan daha bir ölkədən quzu əti idxalına BAŞLADI

Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə tədris prosesinə başlanıldı - FOTO

Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə tədris prosesinə başlanıldı - FOTO

“Real” Madrid Soboslayini transfer etmək istəyir

“Real” Madrid Soboslayini transfer etmək istəyir

Zelenski 10 rusiyalı idmançıya qarşı sanksiya TƏTBİQ EDİB

Zelenski 10 rusiyalı idmançıya qarşı sanksiya TƏTBİQ EDİB

Bakıda DƏHŞƏT: Sələmçi 23 bıçaq zərbəsi ilə öldürüldü - Qanlı hadisənin şahidi danışdı

Bakıda DƏHŞƏT: Sələmçi 23 bıçaq zərbəsi ilə öldürüldü - Qanlı hadisənin şahidi danışdı

Qar uçqunu təhlükəsi ilə bağlı əhaliyə XƏBƏRDARLIQ EDİLDİ

Qar uçqunu təhlükəsi ilə bağlı əhaliyə XƏBƏRDARLIQ EDİLDİ

End of content

No more pages to load

RADİO