“Çox müdrik addım idi” – İlham Əliyev Şarl Mişel barəsində

"Şarl Mişelin status, Dağlıq Qarabağ" sözlərini işlətməməsi, əlbəttə, çox müdrik bir addım idi. Bu, dövlət xadiminin addımı idi. Biz bunu qiymətləndiririk və Ermənistan da bundan nəticə çıxarmalıdır. Nə status var, nə "Dağlıq Qarabağ".

Bizim.Media xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bildirib.

Dövlətimizin başçısı qeyd edib ki, "Dağlıq Qarabağ Muxtar Vilayəti 1923-cü il iyulun 7-də süni qurum kimi yaradılmışdı. Sadəcə olaraq, o vaxt sovet hökumətində təmsil olunan ermənilər demək olar ki, bu qanunsuz və heç bir əsası olmayan qərarı qəbul etdilər və əlbəttə, Sovet Azərbaycanı o vaxt məcbur olub bununla razılaşıb, barışıb.
 

MÖVZU İLƏ BAĞLI:

Mişel bir dəfə də olsun Bakıda “Dağlıq Qarabağ” sözünü işlətmədi


Heç bizi soruşan da yox idi. Azərbaycan parlamenti müstəqillik bərpa olunandan bir ay sonra - 1991-ci ilin noyabrında Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv edib. Bu hamısı sənədlərdir, özü də qanuni şəkildə ləğv edib.

Bundan sonra nə üçün Dağlıq Qarabağ sözündən istifadə olunduğunu izah edən Prezident İlham Əliyev deyib: “Münaqişəyə görə. Beynəlxalq sənədlərdə də, ondan sonra danışıqlar masasında da, mən şəxsən özüm dəfələrlə Dağlıq Qarabağ sözünü işlətmişəm münaqişə ilə bağlı, ərazi ilə bağlı yox.

Onu da bildirməliyəm ki, hər dəfə münaqişə ilə bağlı mən hansısa məsələyə toxunanda həmişə deyirdim Ermənistan-Azərbaycan Dağlıq Qarabağ. Heç vaxt Ermənistan-Azərbaycan demədən Dağlıq Qarabağ münaqişəsi sözünü işlətməmişəm.

Bunun da səbəbi var, elə-belə deyil. Müharibə başa çatandan, münaqişə öz həllini tapandan sonra, əlbəttə, Dağlıq Qarabağdan danışmaq yersizdir. Ona görə mən demişəm ki, Azərbaycanda belə bir ərazi vahidi yoxdur. Əgər bu söz kiminsə xoşuna gəlirsə, mən etiraz etmirəm, getsinlər öz ölkələrində Dağlıq Qarabağ adlı bir vilayət yaratsınlar, yaxud da ki, bir rayon adlandırsınlar, ya cümhuriyyət yaratsınlar, onların işidir."
 

Yəni, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı inzibati ərazi yoxdur və Şarl Mişelin bu sözləri işlətməməsi, əlbəttə ki, bizim mövqeyimizə göstərdiyi hörmətin əlaməti kimi qəbul edilməlidir. Status məsələsi də, həmçinin.


Mən müharibə başa çatandan sonra noyabrın 10-da statusun yerini göstərmişdim. O, hələ oradadır və orada qalacaq yana-yana, əbədi. Ona görə bu məsələ ilə də bağlı başqa fikir ola bilməz”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Ayaks"ın futbolçusu mövsümü BAŞA VURDU

"Ayaks"ın futbolçusu mövsümü BAŞA VURDU

Gecə yatmazdan əvvəl BUNLARI EDİN

Gecə yatmazdan əvvəl BUNLARI EDİN

“Tiktoker ərin xanımının yanında hörməti olmayacaq” - VİDEO

“Tiktoker ərin xanımının yanında hörməti olmayacaq” - VİDEO

Rusiyada azərbaycanlı vəkil Ələkbər Qarayev HƏBS OLUNDU

Rusiyada azərbaycanlı vəkil Ələkbər Qarayev HƏBS OLUNDU

Premyer Liqanın ƏN YAXŞI qapıçısı bilindi

Premyer Liqanın ƏN YAXŞI qapıçısı bilindi

TikTok FIRILDAĞI: Yardım adı altında kart və şəxsi məlumatlar ələ keçirilir - VİDEO

TikTok FIRILDAĞI: Yardım adı altında kart və şəxsi məlumatlar ələ keçirilir - VİDEO

Qaradağlı faciəsindən 34 il ötür

Qaradağlı faciəsindən 34 il ötür

Füzulidə DƏHŞƏTLİ QƏZA: 1 ölü, 4 yaralı var

Füzulidə DƏHŞƏTLİ QƏZA: 1 ölü, 4 yaralı var

Azərbaycanla Gürcüstan arasında konsulluq məsləhətləşmələri KEÇİRİLDİ - FOTO

Azərbaycanla Gürcüstan arasında konsulluq məsləhətləşmələri KEÇİRİLDİ - FOTO

Almaniyanın XİN başçısı: “Avropa ABŞ-sız özünü müdafiə edə bilməz”

Almaniyanın XİN başçısı: “Avropa ABŞ-sız özünü müdafiə edə bilməz”

"Pula meyil etdikdə sənət kiçilməyə başlayır"

"Pula meyil etdikdə sənət kiçilməyə başlayır"

Moskvada azərbaycanlı ər-arvadın meyitləri TAPILDI

Moskvada azərbaycanlı ər-arvadın meyitləri TAPILDI

"Yuventus"un hücumçusu "Qalatasaray"la matçı BURAXACAQ

"Yuventus"un hücumçusu "Qalatasaray"la matçı BURAXACAQ

Lənkəranda 59 yaşlı balıqçı dənizdə boğularaq HƏYATINI İTİRDİ

Lənkəranda 59 yaşlı balıqçı dənizdə boğularaq HƏYATINI İTİRDİ

Dəhşətli təhlükə yaxınlaşır - Professor XƏBƏRDARLIQ ETDİ

Dəhşətli təhlükə yaxınlaşır - Professor XƏBƏRDARLIQ ETDİ

“Xaç atası” filminin ulduzu VƏFAT ETDİ

“Xaç atası” filminin ulduzu VƏFAT ETDİ

Gəncədə ev YANDI - Tüstüdən zəhərlənənlər var

Gəncədə ev YANDI - Tüstüdən zəhərlənənlər var

“Beşiktaş”da CİDDİ İTKİ

“Beşiktaş”da CİDDİ İTKİ

Slovakiya üçün Rusiya neftini nəql etməyə RAZILIQ VERMƏDİ

Slovakiya üçün Rusiya neftini nəql etməyə RAZILIQ VERMƏDİ

“Artıq səbrim çatmır, çıxıb gedəcəyəm” - VİDEO

“Artıq səbrim çatmır, çıxıb gedəcəyəm” - VİDEO

Azərbaycan daha bir ölkədən quzu əti idxalına BAŞLADI

Azərbaycan daha bir ölkədən quzu əti idxalına BAŞLADI

Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə tədris prosesinə başlanıldı - FOTO

Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə tədris prosesinə başlanıldı - FOTO

“Real” Madrid Soboslayini transfer etmək istəyir

“Real” Madrid Soboslayini transfer etmək istəyir

Zelenski 10 rusiyalı idmançıya qarşı sanksiya TƏTBİQ EDİB

Zelenski 10 rusiyalı idmançıya qarşı sanksiya TƏTBİQ EDİB

End of content

No more pages to load

RADİO