"Parlaq Ermənistan" və "Çiçəklənən Ermənistan" fraksiyalarının deputatları parlamentin iclasını boykot edib.
Bizim.Media “news.am”-a istinadla xəbər verir ki, Ermənistan parlamentinin bugünkü iclasında yalnız "Mənim addımım" blokunun deputatları iştirak ediblər.
Müxalifətin etirazına baxmayaraq, hakim blokun üzvləri gündəlikdəki məsələlərin müzakirəsinə başlayıb.
Qeyd edək ki, müxalifət baş nazir Nikol Paşinyan tərəfindən imzalanan Qarabağa dair üçtərəfli bəyanatın dərhal müzakirə olunmasını tələb edir.
Bizim.Media