Prezident qızıl mədəninin fəaliyyəti ilə tanış oldu - YENİLƏNİB - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Daşkəsən rayonuna səfəri çərçivəsində “AzerGold” QSC-nin “Çovdar” İnteqrəolunmuş Regional Emal Sahəsinin fəaliyyəti ilə tanış olub.

Bizim.Media xəbər verir ki, dövlətimizin başçısına “Çovdar” qızıl mədənində görülən işlər barədə məlumat verilib.

Bildirilib ki, “Çovdar” qızıl mədənində hasilat işlərinə 2016-ci ildən başlanıb, bu mədəndə böyük yenidənqurma və infrastruktur işləri həyata keçirilib. Bu günədək 259 min unsiya qızıl istehsal edilib, növbəti illərdə isə əlavə 338 min unsiya qızılın istehsalı planlaşdırılır.
 

MÖVZU İLƏ BAĞLI:

Daşkəsəndə su təchizatı və kanalizasiya sistemləri istismara verildi


“AzerGold” QSC təkcə “Çovdar” yatağının istismarı nəticəsində ölkənin qeyri-neft məhsulları ixracatçıları arasında lider mövqeyə yüksəlib, qızıl və gümüş ixracından ölkə iqtisadiyyatına xarici valyutada 640 milyon manata yaxın vəsait cəlb edilib. İndiyədək ümumilikdə 245 min unsiyadan çox qızıl və 434 min unsiyadan çox gümüş ixrac edilib.

Artıq “AzerGold” qızıl layihələrinin icrası üzrə büdcədən asılılığın tam surətdə aradan qaldırılmasına nail olub. Cəmiyyət tədavülə istiqraz buraxan ilk milli dağ-mədən şirkəti kimi də tarixə düşüb. Cəmiyyətin metal ehtiyatları 24 dəfə artıb.

Məlumat verilib ki, 2017-ci ildə “Ağyoxuş-1” və “Ağyoxuş-2” qızıl yataqları, 2018-ci ildə isə “Mərəh” qızıl yatağı kəşf edilib. Bu ildən etibarən bir sıra yataqların istismara verilməsi planlaşdırılır. Mürəkkəb və çoxmərhələli emal prosesin yekunu olaraq mədəndən çıxarılan süxurlardan qızıl və gümüş qarışıqlı xəlitələr istehsal edilir. İstehsal olunan xəlitələr İsveçrəyə saflaşdırılma üçün göndərilir. Saflaşdırıldıqdan sonra 999.9 əyarda qızıl və gümüş külçələr beynəlxalq birjalarda satışa çıxarılır.

Daha sonra “Made in Azerbaijan” nişanı ilə Azərbaycan qızılı və gümüşündən hazırlanan 5, 10 və 20 qramlıq sikkələr, eləcə də qızıl külçələr nümayiş etdirildi. Üzərində Heydər Əliyev Mərkəzi, Qarabağ xalçası və Qobustan qayaüstü rəsmləri təsvir olunan sikkə və külçələr istehsal edilib.
 

Heydər Əliyev Mərkəzi ilə birgə təşkil edilən “Qarabağ inciləri” sikkə dizaynı müsabiqəsinin nəticələrinə əsasən, daha iki dizaynda qızıl sikkələr istehsal olunub. Qızıl sikkələrin üzərində Qarabağın qədim memarlıq inciləri, tarixi abidələri, Şuşa şəhəri təsvir edilib.


Onu da qeyd edək ki, “Mərəh” “AzerGold”un istismarına başladığı üçüncü qızıl mədənidir. Layihənin icra müddəti iki ildir.

Qeyd edək ki, 2020-ci ildən “AzerGold”un fəaliyyət sahəsi genişləndirilib. Ölkə ərazisində qara metal filizi yataqlarının işlənilməsi və idarə edilməsi də Cəmiyyətə həvalə olunub. Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə “Daşkəsən Dəmir Filiz” Məhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyətə başlayıb.

Bu layihənin başlıca hədəfi qısa müddət ərzində dəmir filiz yataqların hasilata verilməsi və metal qırıntıları əvəzləyən, həmçinin daha keyfiyyətli metallurgiya məhsullarının istehsalı üçün xammala tələbin təmin edilməsidir.

Prezident İlham Əliyev “Mərəh” qızıl mədənində süxurların ilk partlayış prosesini izləyib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Daşkəsən rayonuna səfəri çərçivəsində “AzerGold” QSC-nin “Çovdar” İnteqrəolunmuş Regional Emal Sahəsinin fəaliyyəti ilə tanış olub.

Bizim.Media-nın xəbərinə görə, dövlət başçısına “Çovdar” qızıl mədənində görülən işlər barədə məlumat verildi.

Prezident İlham Əliyev “Mərəh” qızıl mədənində süxurların ilk partlayış prosesini izləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Ayaks"ın futbolçusu mövsümü BAŞA VURDU

"Ayaks"ın futbolçusu mövsümü BAŞA VURDU

Gecə yatmazdan əvvəl BUNLARI EDİN

Gecə yatmazdan əvvəl BUNLARI EDİN

“Tiktoker ərin xanımının yanında hörməti olmayacaq” - VİDEO

“Tiktoker ərin xanımının yanında hörməti olmayacaq” - VİDEO

Rusiyada azərbaycanlı vəkil Ələkbər Qarayev HƏBS OLUNDU

Rusiyada azərbaycanlı vəkil Ələkbər Qarayev HƏBS OLUNDU

Premyer Liqanın ƏN YAXŞI qapıçısı bilindi

Premyer Liqanın ƏN YAXŞI qapıçısı bilindi

TikTok FIRILDAĞI: Yardım adı altında kart və şəxsi məlumatlar ələ keçirilir - VİDEO

TikTok FIRILDAĞI: Yardım adı altında kart və şəxsi məlumatlar ələ keçirilir - VİDEO

Qaradağlı faciəsindən 34 il ötür

Qaradağlı faciəsindən 34 il ötür

Füzulidə DƏHŞƏTLİ QƏZA: 1 ölü, 4 yaralı var

Füzulidə DƏHŞƏTLİ QƏZA: 1 ölü, 4 yaralı var

Azərbaycanla Gürcüstan arasında konsulluq məsləhətləşmələri KEÇİRİLDİ - FOTO

Azərbaycanla Gürcüstan arasında konsulluq məsləhətləşmələri KEÇİRİLDİ - FOTO

Almaniyanın XİN başçısı: “Avropa ABŞ-sız özünü müdafiə edə bilməz”

Almaniyanın XİN başçısı: “Avropa ABŞ-sız özünü müdafiə edə bilməz”

"Pula meyil etdikdə sənət kiçilməyə başlayır"

"Pula meyil etdikdə sənət kiçilməyə başlayır"

Moskvada azərbaycanlı ər-arvadın meyitləri TAPILDI

Moskvada azərbaycanlı ər-arvadın meyitləri TAPILDI

"Yuventus"un hücumçusu "Qalatasaray"la matçı BURAXACAQ

"Yuventus"un hücumçusu "Qalatasaray"la matçı BURAXACAQ

Lənkəranda 59 yaşlı balıqçı dənizdə boğularaq HƏYATINI İTİRDİ

Lənkəranda 59 yaşlı balıqçı dənizdə boğularaq HƏYATINI İTİRDİ

Dəhşətli təhlükə yaxınlaşır - Professor XƏBƏRDARLIQ ETDİ

Dəhşətli təhlükə yaxınlaşır - Professor XƏBƏRDARLIQ ETDİ

“Xaç atası” filminin ulduzu VƏFAT ETDİ

“Xaç atası” filminin ulduzu VƏFAT ETDİ

Gəncədə ev YANDI - Tüstüdən zəhərlənənlər var

Gəncədə ev YANDI - Tüstüdən zəhərlənənlər var

“Beşiktaş”da CİDDİ İTKİ

“Beşiktaş”da CİDDİ İTKİ

Slovakiya üçün Rusiya neftini nəql etməyə RAZILIQ VERMƏDİ

Slovakiya üçün Rusiya neftini nəql etməyə RAZILIQ VERMƏDİ

“Artıq səbrim çatmır, çıxıb gedəcəyəm” - VİDEO

“Artıq səbrim çatmır, çıxıb gedəcəyəm” - VİDEO

Azərbaycan daha bir ölkədən quzu əti idxalına BAŞLADI

Azərbaycan daha bir ölkədən quzu əti idxalına BAŞLADI

Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə tədris prosesinə başlanıldı - FOTO

Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə tədris prosesinə başlanıldı - FOTO

“Real” Madrid Soboslayini transfer etmək istəyir

“Real” Madrid Soboslayini transfer etmək istəyir

Zelenski 10 rusiyalı idmançıya qarşı sanksiya TƏTBİQ EDİB

Zelenski 10 rusiyalı idmançıya qarşı sanksiya TƏTBİQ EDİB

End of content

No more pages to load

RADİO