Kipr Türk Cümhuriyyətini kimlər tanıyacaq? - ADLAR

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kiprə səfərindən sonra verdiyi açıqlamada Türk Cümhuriyyətinin gələcək taleyi ilə bağlı bir sıra mühüm açıqlamaları ilə yadda qalıb. Belə ki, ölkə lideri açıqlamasında “Artıq Kipr türklərinin beynəlxalq arenada tək tələbi müstəqil dövlət statusunun tanınmasıdır. Sözügedən tələbin xaricində bütün təkliflər öz əhəmiyyətini itirib”,- deyə qeyd edib.

Türkiyə Prezidentinin sözügedən fikirləri isə uzun illərdir adada konfederativ və ya federativ dövlətin qurulması istiqamətində gedən danışıqların üzərindən birdəfəlik xətt çəkib. Belə olan halda isə, Kipr Türk Respublikasının beynəlxalq arenada müstəqil dövlət kimi tanınması üçün mühüm tədbirlərin görülməsi qaçılmazdır.
 

MÖVZU İLƏ BAĞLI:

Ərdoğan rəsmən Kipr Türk Dövlətini elan etdi - SON DƏQİQƏ


Bəs, hansı ölkələr Şimali Kipri müstəqil dövlət kimi tanıya bilər?

Qeyd edək ki, hal-hazırda adanın şimal hissəsini müstəqil qurum kimi yalnız Türkiyə tanıyır. Daha əvvəl Pakistan və  Banqladeş də Şimali Kipri müstəqil dövlət kimi tanıyıb. Lakin sonradan beynəlxalq arenadan gələn təzyiqlər hər iki ölkəni geri addım atmağa vadar edib. Belə olan halda isə, yalnız rəsmi Ankara müstəqilliyi tanımaqda davam edib.

Bütün bunlara baxmayaraq, indiki şəraitdə Şimali Kiprin suveren republika kimi tanınması üçün əlverişli şərait mövcuddur. Belə ki, daha əvvəl Türkiyənin əsas müttəfiqi olan Azərbaycan Qarabağ məsələsinin həll olunmaması səbəbindən, adanın şimal hissəsini müstəqil siyasi təsisat olaraq tanıya bilmirdi. Çünki bunun baş verəcəyi təqdirdə, bir sıra ölkələr “Artsax”ın müstəqilliyini qəbul edə bilərdi. Təbii ki, Qarabağ və Kipr problemləri arasında yerlə göy qədər fərq olsa da, beynəlxalq arenanın ikiüzlülüyünə yaxından bələd olan Azərbaycan bu cür riskə gedə bilməzdi.

Lakin hal-hazırda Qarabağ münqaqişəsi kökündən həll olunduğuna görə rəsmi Bakı sözügedən addımı ata bilər.

Bir neçə gün öncə Azərbaycan nümayəndə heyətinin Kipr Türk Respublikasına səfərə yollanması da rəsmi Bakını müstəqilliyi tanıyacaq ilk namizəd mövqeyinə gətirib.

Xüsusilə də, digər türk dövlətləri arasında Türkiyənin artan nüfuzu və böyüyən əməkdaşlıq Qazaxıstan, Türkmənistan, Özbəkistan və Qırğızıstan kimi ölkələrin də Şimali Kiprin müstəqilliyini tanımaq ehtimallarını artırır. Eyni zamanda rəsmi Ankaranın yaxın müttəfiqləri olan Moldova, Ruminya, Liviya, Pakistan, Banqladeş, Somali, Qambiya və Türkiyənin tək xarici qüvvə kimi varlığını qoruduğu Əfqanıstan da adanın şimal hissəsini müstəqil dövlət kimi tanımağa əsas namizədlər arasındadır.

Qeyd etməliyik ki, 2020-ci ilin payızında yunan mətbuatında yayılan xəbərlərdə Azərbaycan, Pakistan, Banqladeş, Liviya və Qambiyanın Şimali Kiprin müstəqil dövlət kimi tanıyacağı bildirilmişdi.

Vəziyyətin bu cür inkişaf etməsi isə, gələcəkdə daha çox ölkənin Türk Cümhuriyyətinin maraqlarına uyğun qərar qəbul edəcəyini ehtimal etməyə imkan verir. Nəticədə isə, Kosova ilə olduğu kimi, Kipr Türk Respublikası da beynəlxalq arena tərəfindən müstəqil dövlət kimi tanına bilər.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Ayaks"ın futbolçusu mövsümü BAŞA VURDU

"Ayaks"ın futbolçusu mövsümü BAŞA VURDU

Gecə yatmazdan əvvəl BUNLARI EDİN

Gecə yatmazdan əvvəl BUNLARI EDİN

“Tiktoker ərin xanımının yanında hörməti olmayacaq” - VİDEO

“Tiktoker ərin xanımının yanında hörməti olmayacaq” - VİDEO

Rusiyada azərbaycanlı vəkil Ələkbər Qarayev HƏBS OLUNDU

Rusiyada azərbaycanlı vəkil Ələkbər Qarayev HƏBS OLUNDU

Premyer Liqanın ƏN YAXŞI qapıçısı bilindi

Premyer Liqanın ƏN YAXŞI qapıçısı bilindi

TikTok FIRILDAĞI: Yardım adı altında kart və şəxsi məlumatlar ələ keçirilir - VİDEO

TikTok FIRILDAĞI: Yardım adı altında kart və şəxsi məlumatlar ələ keçirilir - VİDEO

Qaradağlı faciəsindən 34 il ötür

Qaradağlı faciəsindən 34 il ötür

Füzulidə DƏHŞƏTLİ QƏZA: 1 ölü, 4 yaralı var

Füzulidə DƏHŞƏTLİ QƏZA: 1 ölü, 4 yaralı var

Azərbaycanla Gürcüstan arasında konsulluq məsləhətləşmələri KEÇİRİLDİ - FOTO

Azərbaycanla Gürcüstan arasında konsulluq məsləhətləşmələri KEÇİRİLDİ - FOTO

Almaniyanın XİN başçısı: “Avropa ABŞ-sız özünü müdafiə edə bilməz”

Almaniyanın XİN başçısı: “Avropa ABŞ-sız özünü müdafiə edə bilməz”

"Pula meyil etdikdə sənət kiçilməyə başlayır"

"Pula meyil etdikdə sənət kiçilməyə başlayır"

Moskvada azərbaycanlı ər-arvadın meyitləri TAPILDI

Moskvada azərbaycanlı ər-arvadın meyitləri TAPILDI

"Yuventus"un hücumçusu "Qalatasaray"la matçı BURAXACAQ

"Yuventus"un hücumçusu "Qalatasaray"la matçı BURAXACAQ

Lənkəranda 59 yaşlı balıqçı dənizdə boğularaq HƏYATINI İTİRDİ

Lənkəranda 59 yaşlı balıqçı dənizdə boğularaq HƏYATINI İTİRDİ

Dəhşətli təhlükə yaxınlaşır - Professor XƏBƏRDARLIQ ETDİ

Dəhşətli təhlükə yaxınlaşır - Professor XƏBƏRDARLIQ ETDİ

“Xaç atası” filminin ulduzu VƏFAT ETDİ

“Xaç atası” filminin ulduzu VƏFAT ETDİ

Gəncədə ev YANDI - Tüstüdən zəhərlənənlər var

Gəncədə ev YANDI - Tüstüdən zəhərlənənlər var

“Beşiktaş”da CİDDİ İTKİ

“Beşiktaş”da CİDDİ İTKİ

Slovakiya üçün Rusiya neftini nəql etməyə RAZILIQ VERMƏDİ

Slovakiya üçün Rusiya neftini nəql etməyə RAZILIQ VERMƏDİ

“Artıq səbrim çatmır, çıxıb gedəcəyəm” - VİDEO

“Artıq səbrim çatmır, çıxıb gedəcəyəm” - VİDEO

Azərbaycan daha bir ölkədən quzu əti idxalına BAŞLADI

Azərbaycan daha bir ölkədən quzu əti idxalına BAŞLADI

Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə tədris prosesinə başlanıldı - FOTO

Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə tədris prosesinə başlanıldı - FOTO

“Real” Madrid Soboslayini transfer etmək istəyir

“Real” Madrid Soboslayini transfer etmək istəyir

Zelenski 10 rusiyalı idmançıya qarşı sanksiya TƏTBİQ EDİB

Zelenski 10 rusiyalı idmançıya qarşı sanksiya TƏTBİQ EDİB

End of content

No more pages to load

RADİO