"Bakı razılıq verməsə, fransızlar Qarabağa gələ bilməz" - Korotçenko

"Fransızların regionda olması birmənalı olaraq Rusiyanın maraqlarına cavab vermir".

Bizim.Media xəbər verir ki, bu sözləri caliber.az-a müsahibəsində rusiyalı politoloq, "Milli müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko deyib.

"Burada Rusiya sülhməramlıları var, onlar öz öhdəliklərini uğurla yerinə yetirirlər. Bundan əlavə, Azərbaycanın Qarabağ regionu ərazilərində fransızların hansısa şəkildə ortaya çıxması Bakının razılığı olmadan mümkün deyil. Əks təqdirdə, bu, Fransa tərəfində açıq bir silahlı təxribatı kimi şərh ediləcək. Bundan əlavə onları oraya heç kim buraxmayacaq. Laçın dəhlizinə Rusiya sülhməramlıları nəzarət edir və onların Fransa kontingenti üçün "qapıları açacaqlarını" düşünmürəm.

Fransa hərbçilərinin Ermənistan ərazisinə yerləşdirilməsinə gəldikdə, yuxarıda dediyim kimi, bu, Ermənistanın KTMT çərçivəsində öhdəliklərinin pozulması və Rusiyaya qarşı dostluq xarakteri daşımayan jest olacaqdır. Rusiya ABŞ və ya Fransa qoşunlarının ümumiyyətlə regionda, xüsusən Ermənistanda hər hansı bir iştirakında birmənalı şəkildə maraqlı deyil. Buna görə də düşünürəm ki, bu cür cəhdlər siyasi metodlarla, o cümlədən BMT Təhlükəsizlik Şurası səviyyəsində də əngəllənəcəkdir", - deyə politoloq qeyd edib.

Rusiyalı ekspert həmçinin Ermənistandakı ABŞ səfiri Linn Treysi və Fransa səfiri Conatan Lakotanın Qarabağ münaqişəsinin tənzimlənməməsi barədə diqqətçəkən bəyanatlarına da münasibət bildirib.

"Birincisi, mən düşünürəm ki, erməni lobbisi ABŞ və Fransada fəal iş aparır. İkincisi, münaqişənin tənzimlənməsində iştirak etməmək faktı Vaşinqton və Parisdə qıcıq yaradır. Üçüncüsü, bunu Ermənistanda revanşist əhval-ruhiyyəni alovlandırmaq cəhdi də adlandırmaq olar.

İrəvanda ABŞ və Fransa səfirlərinin verdiyi bəyanatlar birmənalı olaraq anti-Azərbaycan və anti-Rusiya xarakteri daşıyır. Odur ki, Moskva və Bakı, birgə səylərlə, o cümlədən də XİN-lərarası məsləhətləşmələr səviyyəsində ABŞ və Fransanın münaqişənin yenidən alovlanmasına təkan vermək planlarına müqavimət göstərmək üçün ortaq mövqe hazırlamalıdır.

Ermənistandakı de-fakto Vaşinqton və Paris tərəfindən qızışdırılan revanşist ambisiyaları söndürmək vacibdir. Əks halda bu regionda yeni destabilizasiyaya səbəb olacaq.

Bundan əlavə, düşünürəm ki, bu, həm də fransız və amerikalıların anti-Türkiyə oyunudur. Axı regiondakı vəziyyət kontekstində də biz anlayırıq ki, çoxgedişli kombinasiya gedir", - deyə İ.Korotçenko vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Ayaks"ın futbolçusu mövsümü BAŞA VURDU

"Ayaks"ın futbolçusu mövsümü BAŞA VURDU

Gecə yatmazdan əvvəl BUNLARI EDİN

Gecə yatmazdan əvvəl BUNLARI EDİN

“Tiktoker ərin xanımının yanında hörməti olmayacaq” - VİDEO

“Tiktoker ərin xanımının yanında hörməti olmayacaq” - VİDEO

Rusiyada azərbaycanlı vəkil Ələkbər Qarayev HƏBS OLUNDU

Rusiyada azərbaycanlı vəkil Ələkbər Qarayev HƏBS OLUNDU

Premyer Liqanın ƏN YAXŞI qapıçısı bilindi

Premyer Liqanın ƏN YAXŞI qapıçısı bilindi

TikTok FIRILDAĞI: Yardım adı altında kart və şəxsi məlumatlar ələ keçirilir - VİDEO

TikTok FIRILDAĞI: Yardım adı altında kart və şəxsi məlumatlar ələ keçirilir - VİDEO

Qaradağlı faciəsindən 34 il ötür

Qaradağlı faciəsindən 34 il ötür

Füzulidə DƏHŞƏTLİ QƏZA: 1 ölü, 4 yaralı var

Füzulidə DƏHŞƏTLİ QƏZA: 1 ölü, 4 yaralı var

Azərbaycanla Gürcüstan arasında konsulluq məsləhətləşmələri KEÇİRİLDİ - FOTO

Azərbaycanla Gürcüstan arasında konsulluq məsləhətləşmələri KEÇİRİLDİ - FOTO

Almaniyanın XİN başçısı: “Avropa ABŞ-sız özünü müdafiə edə bilməz”

Almaniyanın XİN başçısı: “Avropa ABŞ-sız özünü müdafiə edə bilməz”

"Pula meyil etdikdə sənət kiçilməyə başlayır"

"Pula meyil etdikdə sənət kiçilməyə başlayır"

Moskvada azərbaycanlı ər-arvadın meyitləri TAPILDI

Moskvada azərbaycanlı ər-arvadın meyitləri TAPILDI

"Yuventus"un hücumçusu "Qalatasaray"la matçı BURAXACAQ

"Yuventus"un hücumçusu "Qalatasaray"la matçı BURAXACAQ

Lənkəranda 59 yaşlı balıqçı dənizdə boğularaq HƏYATINI İTİRDİ

Lənkəranda 59 yaşlı balıqçı dənizdə boğularaq HƏYATINI İTİRDİ

Dəhşətli təhlükə yaxınlaşır - Professor XƏBƏRDARLIQ ETDİ

Dəhşətli təhlükə yaxınlaşır - Professor XƏBƏRDARLIQ ETDİ

“Xaç atası” filminin ulduzu VƏFAT ETDİ

“Xaç atası” filminin ulduzu VƏFAT ETDİ

Gəncədə ev YANDI - Tüstüdən zəhərlənənlər var

Gəncədə ev YANDI - Tüstüdən zəhərlənənlər var

“Beşiktaş”da CİDDİ İTKİ

“Beşiktaş”da CİDDİ İTKİ

Slovakiya üçün Rusiya neftini nəql etməyə RAZILIQ VERMƏDİ

Slovakiya üçün Rusiya neftini nəql etməyə RAZILIQ VERMƏDİ

“Artıq səbrim çatmır, çıxıb gedəcəyəm” - VİDEO

“Artıq səbrim çatmır, çıxıb gedəcəyəm” - VİDEO

Azərbaycan daha bir ölkədən quzu əti idxalına BAŞLADI

Azərbaycan daha bir ölkədən quzu əti idxalına BAŞLADI

Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə tədris prosesinə başlanıldı - FOTO

Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə tədris prosesinə başlanıldı - FOTO

“Real” Madrid Soboslayini transfer etmək istəyir

“Real” Madrid Soboslayini transfer etmək istəyir

Zelenski 10 rusiyalı idmançıya qarşı sanksiya TƏTBİQ EDİB

Zelenski 10 rusiyalı idmançıya qarşı sanksiya TƏTBİQ EDİB

End of content

No more pages to load

RADİO