Təmas xəttində müharibə qoxusu var - III Qarabağ, yoxsa Zəngəzur savaşı?

Son günlər ərzində ermənilər müxtəlif istiqamətlərdə atəşkəsi pozurlar. Ermənistan silahlılarının Kəlbəcər, separatçıların isə Şuşa həmlələri də olub.

Bizim.Media xəbər verir ki, erməni qanun pozuntularının intensivləşdiyi ərazi isə Naxçıvandır. 
 

MÖVZU İLƏ BAĞLI:

Atəşkəs o zaman pozulmayacaq ki... - ŞƏRTLƏR


Demək olar ki, hər gün erməni silahlı birləşmələri Naxçıvan istiqamətində atəşkəsi pozurlar. Sədərək rayonu da əsas hədəflərdən biridir.

Çünki Sədərək cənub-qərbdən Türkiyə ilə 11, şimal qərbdən isə Ermənistanla 24 kilometr sərhədə malikdir. 

Atalar üçdən deyib...

2020-ci il 12 iyul və 27 avqust tarixlərində Ermənistan hərbi hissələrinin Azərbaycan sərhədlərində törətdiyi təxribatlar Ermənistan rəhbərliyinin yeni müharibə hazırlığından xəbər verirdi. Sonuncu təxribat sentyabrın 27-də səhər saatlarında baş verdi ki, bu, Azərbaycan Ordusunu cavab tədbirlərinə vadar etdi və noyabrın 10-a qədər davam edən döyüşlər Ermənistanın kapitulyasiyası ilə tamamlandı. Yəni, ermənilərin ötən ilki son 3 təxribatına cavab olaraq Azərbaycan Qarabağı işğaldan azad etdi. 

Onların "atalar üçdən deyib" ümidilə reallaşdırdıqları təxribatlar elə öz başlarında çatladı. Amma deyəsən II Qarabağ savaşında süquta uğramağa çox yaxın olan Ermənistan 3-cü müharibəni də istəyir. Yoxsa Naxçıvanı hədəfə almazdılar.

Qarabağdan iti qovan kimi çıxarılan erməniləri Naxçıvana qısqırdan bir neçə səbəb var:

1. Ermənilər Naxçıvanı hələ XX əsrin əvvəllərində işğal etmək istəyirdilər.

2. II Qarabağ savaşında ən çox şücaət göstərənlər arasında naxçıvanlılar da olub.

3. İrəvan hələ də işğalda saxladığı Kərkini Naxçıvana qaytarmaq istəmir.

4. Zəngəzur dəhlizi Ermənistanın Naxçıvanla sərhəddini itirəcək, çünki koridor açılandan sonra ermənilərin xəritəsi yalnız dəhlizlə kəsişəcək.

Bir əsr sonra Zəngəzur savaşının astanasında!

1918-1920 aralığında Andranik Ozanyan və Qaregin Njde kimi qaniçən terrorçuların Naxçıvan, Zəngəzur və Qarabağ vandalizmləri yaşanıb, minlərlə dinc azərbaycanlı amansızcasına qətlə yetirilib. Elə Nikolun babası Vartanoviç Paşinyan da Njde silahdaşlarından olduğu üçün Ermənistanın indiki baş nazirinin qanında quduzluğun olmasında təəccüblü heç nə yoxdur. Yəni, Nikol Paşinyan da ağır vəziyyətdən çıxıb işğallarını davam etdirmək üçün Avropa diplomatiyası ilə pərdələnə bilər. 

Amma...

44 günlük savaşda həm ermənilər, həm də onların havadarları gördülər ki, Azərbaycan nə 100, nə də 30 il əvvəlki Azərbaycan deyil. Hazırda həm Şuşa var, həm də Şuşa bəyannaməsi imzalanıb. Qars sazişi ilə Naxçıvan rus,fars, erməni işğalından sığortalandığı kimi, Şuşa bəyannaməsi də Cənubi Qafqazda pravoslav-qriqoryan hegemonluğuna son qoyur.

Daşnakların KTMT güzəştləri, sərhəd özbaşınalıqları və Qarabağ qondarmalıqlarının ruslar tərəfindən himayə olunması da Azərbaycanın xeyrinədir. Çünki bütün bunlar Moskvaya qarşı Bakıya əlavə dividendlər qazandırır. Ən böyük dövlətin "İskəndər-M" bəraəti verə bilməməsi də onların dilini qısaldır.

Əks halda, Şuşada Azərbaycan və Türkiyə arasında Şuşa bəyannaməsinə kim imkan verərdi ki?

Odur ki, Naxçıvanın cavab atəşləri mütəmadiləşsə, "hilal taktika"sı davam edər. Ordumuzun Zəngilan, Qubadlı, Laçın-Kəlbəcər və Naxçıvandan Meğri, Qafan-Gorusa eyni anda əks-hücum etməsi ermənilər üçün "lift qapısı arasında qalmaq" effekti verəcək. Prezident demişkən, Zəngəzura qayıdacağıq.

Pessimistlərin fikrincə, Fransa və Rusiya buna imkan verməyəcək. Realistlər isə dünyada baş verənləri izləyəndə sezir ki, yeni qütbləşmədə Fransa və Rusiyanın yeri sürüşkəndir. Çünki ABŞ-Britaniya siyasi kursunda Vaşinqtonun Ankara lehinə, Londonun isə Parisin əleyhinə olduğu aşkardır. Moskva isə onun vasitəsilə Qərbin Pekinə təzyiq göstərmək niyyətində olduğunu görə biləcək qədər sağlamdır.

Şahmatda vəzir olan isə piyada kimi qurban getmək istəməz deyə ruslar Cənubi Qafqazda qalmaq naminə ermənilərə güzəşt mövqeyini Azərbaycanın təqdim etdiyi reallıqlara dəyişəcək. 

Bu isə ya Zəngəzur dəhlizinin açılması, ya da müharibə ilə Zəngəzurun Azərbaycana birləşdirilməsi deməkdir. 

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Ayaks"ın futbolçusu mövsümü BAŞA VURDU

"Ayaks"ın futbolçusu mövsümü BAŞA VURDU

Gecə yatmazdan əvvəl BUNLARI EDİN

Gecə yatmazdan əvvəl BUNLARI EDİN

“Tiktoker ərin xanımının yanında hörməti olmayacaq” - VİDEO

“Tiktoker ərin xanımının yanında hörməti olmayacaq” - VİDEO

Rusiyada azərbaycanlı vəkil Ələkbər Qarayev HƏBS OLUNDU

Rusiyada azərbaycanlı vəkil Ələkbər Qarayev HƏBS OLUNDU

Premyer Liqanın ƏN YAXŞI qapıçısı bilindi

Premyer Liqanın ƏN YAXŞI qapıçısı bilindi

TikTok FIRILDAĞI: Yardım adı altında kart və şəxsi məlumatlar ələ keçirilir - VİDEO

TikTok FIRILDAĞI: Yardım adı altında kart və şəxsi məlumatlar ələ keçirilir - VİDEO

Qaradağlı faciəsindən 34 il ötür

Qaradağlı faciəsindən 34 il ötür

Füzulidə DƏHŞƏTLİ QƏZA: 1 ölü, 4 yaralı var

Füzulidə DƏHŞƏTLİ QƏZA: 1 ölü, 4 yaralı var

Azərbaycanla Gürcüstan arasında konsulluq məsləhətləşmələri KEÇİRİLDİ - FOTO

Azərbaycanla Gürcüstan arasında konsulluq məsləhətləşmələri KEÇİRİLDİ - FOTO

Almaniyanın XİN başçısı: “Avropa ABŞ-sız özünü müdafiə edə bilməz”

Almaniyanın XİN başçısı: “Avropa ABŞ-sız özünü müdafiə edə bilməz”

"Pula meyil etdikdə sənət kiçilməyə başlayır"

"Pula meyil etdikdə sənət kiçilməyə başlayır"

Moskvada azərbaycanlı ər-arvadın meyitləri TAPILDI

Moskvada azərbaycanlı ər-arvadın meyitləri TAPILDI

"Yuventus"un hücumçusu "Qalatasaray"la matçı BURAXACAQ

"Yuventus"un hücumçusu "Qalatasaray"la matçı BURAXACAQ

Lənkəranda 59 yaşlı balıqçı dənizdə boğularaq HƏYATINI İTİRDİ

Lənkəranda 59 yaşlı balıqçı dənizdə boğularaq HƏYATINI İTİRDİ

Dəhşətli təhlükə yaxınlaşır - Professor XƏBƏRDARLIQ ETDİ

Dəhşətli təhlükə yaxınlaşır - Professor XƏBƏRDARLIQ ETDİ

“Xaç atası” filminin ulduzu VƏFAT ETDİ

“Xaç atası” filminin ulduzu VƏFAT ETDİ

Gəncədə ev YANDI - Tüstüdən zəhərlənənlər var

Gəncədə ev YANDI - Tüstüdən zəhərlənənlər var

“Beşiktaş”da CİDDİ İTKİ

“Beşiktaş”da CİDDİ İTKİ

Slovakiya üçün Rusiya neftini nəql etməyə RAZILIQ VERMƏDİ

Slovakiya üçün Rusiya neftini nəql etməyə RAZILIQ VERMƏDİ

“Artıq səbrim çatmır, çıxıb gedəcəyəm” - VİDEO

“Artıq səbrim çatmır, çıxıb gedəcəyəm” - VİDEO

Azərbaycan daha bir ölkədən quzu əti idxalına BAŞLADI

Azərbaycan daha bir ölkədən quzu əti idxalına BAŞLADI

Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə tədris prosesinə başlanıldı - FOTO

Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə tədris prosesinə başlanıldı - FOTO

“Real” Madrid Soboslayini transfer etmək istəyir

“Real” Madrid Soboslayini transfer etmək istəyir

Zelenski 10 rusiyalı idmançıya qarşı sanksiya TƏTBİQ EDİB

Zelenski 10 rusiyalı idmançıya qarşı sanksiya TƏTBİQ EDİB

End of content

No more pages to load

RADİO