“Rusiya BMT strukturlarının da Qarabağdakı humanitar problemlərin həllinə qatılacağını gözləyir”.
Bizim.Media xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bildirib.
“Digər humanitar strukturların, ilk növbədə BMT strukturlarının da prosesə qoşulacağına ümid edirik''.
''Mən Qaçqınlar üzrə Ali Komissarlığı, Humanitar məsələlər üzrə qurumu nəzərdə tuturam''.
Təbii ki, Dağlıq Qarabağda mədəni irsin qorunması məsələsi də var. Və burada UNESKO öz rolunu oynaya bilər"-deyə Lavrov əlavə edib.
Bizim.Media