Rusiya Dağlıq Qarabağda Beynəlxalq Qırmızı Xaç Komitəs iilə əməkdaşlığın inkişafında maraqlıdır.
Bizim.Media bildirir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov BQXK-nin prezidenti Peter Maurerlə birgə brifinqdə deyib.
O bildirib ki, tərəflərin qarşılıqlı əməkdaşlığı üçün yeni məkan - Dağlıq Qarabağ əlavə olunub:
"Bir həftə əvvəl Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli birgə bəyanatı qəbul olundu. Orada Rusiyanın sülhməramlı kontingenti yerləşdirilir.
Biz Beynəlxalq Qırmızı Xaç Komitəsinin orada uzun müddət işlədiyini bilirik. Biz artıq fəal şəkildə inkişaf edən əməkdaşlığımızın gücləndirilməsində maraqlıyıq".
Bizim.Media