Bakı və Tbilisi şəhərləri arasında Memorandum imzalandı

Gürcüstanın paytaxtı Tbilisinin meri Kaxa Kaladzenin rəhbərliyi ilə şəhərin nümayəndə heyəti Bakıda səfərdədir.

Bizim.Media-nın məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən bildiriblər ki, səfərin ilk günündə qonaqlar İçərişəhərdə tarixi abidələrlə tanış olub, Fəvvarələr meydanını gəziblər.

İyulun 13-də nümayəndə heyəti Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla görüşüb.

Görüşdə Eldar Əzizov ölkələrimiz arasında çox qədim dostluq və qonşuluq münasibətlərinin olduğunu deyib. Azərbaycan-Gürcüstan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayan Eldar Əzizov bildirib ki, bu gün Azərbaycan ilə Gürcüstan arasındakı münasibətlər bir çox sahələrdə inkişaf edir. Qarşılıqlı səfərlər əlaqələrimizin daha da inkişaf etdirilməsi üçün yeni imkanlar açır. Yüksək səviyyəli siyasi münasibətlər iqtisadi əlaqələrə də öz təsirini göstərməkdədir.

Azərbaycan və gürcü xalqlarının uzun əsrlərdən bəri sülh və dostluq şəraitində yaşadıqlarını söyləyən Tbilisi meri Kaxa Kaladze bildirib ki, ölkəsində Azərbaycanla münasibətlərə xüsusi önəm verilir. O, Bakıda göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirərək, bu səfərin Bakı və Tbilisi şəhərləri arasında əlaqələrin möhkəmlənməsində xüsusi rol oynayacağını qeyd edib.

Nümayəndə heyətinin rəhbəri Bakı şəhərinin gözəlliyinə valeh olduqlarını, burada aparılan geniş abadlıq və quruculuq işlərini yüksək qiymətləndirdiklərini bildirib.

Sonra Bakı və Tbilisi şəhərləri arasında qardaşlaşma haqqında Memorandum imzalanıb və xatirə hədiyyələri təqdim olunub.

Görüşdə Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev və Gürcüstanın ölkəmizdəki səfiri Zurab Pataradze iştirak ediblər.

Səfər çərçivəsində Tbilisi şəhərinin nümayəndə heyətinin üzvləri Bakının görməli yerlərini, o cümlədən Dənizkənarı Milli Parkı gəzəcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda Ümumdünya İslam İqtisadçıları Proqramına start verilib

Bakıda Ümumdünya İslam İqtisadçıları Proqramına start verilib

Neymar Haiti ilə oyunu buraxacaq

Neymar Haiti ilə oyunu buraxacaq

İrana qarşı hücumların hansı halda bərpa ediləcəyi AÇIQLANDI

İrana qarşı hücumların hansı halda bərpa ediləcəyi AÇIQLANDI

İran artıq iki gündür gəmilərə hücum etmir - Vens

İran artıq iki gündür gəmilərə hücum etmir - Vens

Türkiyədə 8 məşhurun narkotik test nəticələri MÜSBƏT ÇIXDI

Türkiyədə 8 məşhurun narkotik test nəticələri MÜSBƏT ÇIXDI

ABŞ-dən vətəndaşlarına ÇAĞIRIŞ: Rusiyaya səfər etməyin!

ABŞ-dən vətəndaşlarına ÇAĞIRIŞ: Rusiyaya səfər etməyin!

Gürcüstanda əhaliyə xəbərdarlıq edildi: Daşqın təhlükəsi var

Gürcüstanda əhaliyə xəbərdarlıq edildi: Daşqın təhlükəsi var

Gəmidə yaralanan azərbaycanlıların son durumu AÇIQLANDI

Gəmidə yaralanan azərbaycanlıların son durumu AÇIQLANDI

Prezidentin iştirak etdiyi tədbirdə Məmməd Arazın şeirini dedi

Prezidentin iştirak etdiyi tədbirdə Məmməd Arazın şeirini dedi

DÇ-2026: Çexiya - CAR oyunu başladı

DÇ-2026: Çexiya - CAR oyunu başladı

Netanyahu: “İsrail Livanı tərk etməyəcək”

Netanyahu: “İsrail Livanı tərk etməyəcək”

TƏBİB-dən qızı qəzada ölən vəkilin iddiaları ilə bağlı AÇIQLAMA

TƏBİB-dən qızı qəzada ölən vəkilin iddiaları ilə bağlı AÇIQLAMA

Bakı Bəyannaməsi qəbul edildi - FOTO

Bakı Bəyannaməsi qəbul edildi - FOTO

Şəbnəm Tovuzlunu hansı cəza gözləyir? – VİDEO

Şəbnəm Tovuzlunu hansı cəza gözləyir? – VİDEO

Dövlətin satışa çıxardığı maşınlar rekord qiymətə SATILDI

Dövlətin satışa çıxardığı maşınlar rekord qiymətə SATILDI

Azərbaycanda 76 yaşlı jurnalistə cinayət işi açıldı

Azərbaycanda 76 yaşlı jurnalistə cinayət işi açıldı

Göz qapağına geyiminin zəncirbəndi ilişdi - VİDEO

Göz qapağına geyiminin zəncirbəndi ilişdi - VİDEO

İran TRIPP layihəsinə dəstək vermək niyyətində deyil - FOTO

İran TRIPP layihəsinə dəstək vermək niyyətində deyil - FOTO

Prezident: “Odur ki, yenidən borc götürməyə başladıq”

Prezident: “Odur ki, yenidən borc götürməyə başladıq”

“Ermənilərə Rusiyaya qarşı vuruşmağı öyrədirlər” - Mariya Zaxarova

“Ermənilərə Rusiyaya qarşı vuruşmağı öyrədirlər” - Mariya Zaxarova

Saxta turlarla vətəndaşları aldadan qadın beynəlxalq axtarışa verildi

Saxta turlarla vətəndaşları aldadan qadın beynəlxalq axtarışa verildi

Nazir Rumıniya Prezidentinin müşaviri ilə görüşdü - FOTO

Nazir Rumıniya Prezidentinin müşaviri ilə görüşdü - FOTO

Prezident: “Bu gün sülh artıq reallıqdır”- VİDEO

Prezident: “Bu gün sülh artıq reallıqdır”- VİDEO

60-a yaxın yaşı var, gənc qızlara meydan oxuyur – VİDEO

60-a yaxın yaşı var, gənc qızlara meydan oxuyur – VİDEO

End of content

No more pages to load

RADİO