Prezident Qoşulmama Hərəkatı ölkələrinin Vətən müharibəsi vaxtı Azərbaycana dəstəyindən danışdı

"Biz Qoşulmama Hərəkatı ölkələrinin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə müntəzəm dəstəyini yüksək qiymətləndiririk".

Bizim.Media xəbər verir ki, bu fikirləri Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin onlayn formatda aralıq konfransında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev videoformatda çıxışında deyib.
 

MÖVZU İLƏ BAĞLI:

"Azərbaycan pandemiya ilə mübarizədə 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı edib"


"Bakı Zirvə görüşünün Yekun Sənədində Qoşulmama Hərəkatı ölkələri ərazilərin güc yolu ilə zəbt olunmasının yolverilməzliyini vurğuladılar və təsdiq etdilər ki, heç bir dövlət Azərbaycan Respublikasının ərazilərinin işğalı nəticəsində yaranmış vəziyyətin qanuniliyini tanımayacaq.

2020-ci ilin iyulunda Qoşulmama Hərəkatı Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi hərbi təxribatla bağlı kommünike qəbul edib.

Bundan əlavə, Vətən müharibəsi zamanı - 2020-ci ilin oktyabrında nazirlər səviyyəsində keçirilən onlayn iclas çərçivəsində xüsusi bəyanat qəbul olunub. Bu sənədlərdə Qoşulmama Hərəkatı ölkələri Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib və ərazi bütövlüyünün bərpasına yönəlmiş səylərinə dair Azərbaycanla həmrəyliyini ifadə edib.

Bu məqamda mən Vətən müharibəsi zamanı baş vermiş konkret bir hadisəni vurğulamaq istərdim.

BMT Təhlükəsizlik Şurasının bəzi üzvləri 1993-cü ildə qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının qətnamələrini nəzərə almadan, qərəzli bəyanat qəbul etdirmək cəhdləri göstərdilər. Lakin Təhlükəsizlik Şurasındakı müzakirələr zamanı Azərbaycanın mövqeyini dəstəkləyən Qoşulmama Hərəkatının yeddi üzvü təkid etdi ki, müzakirə edilən mətnə Təhlükəsizlik Şurasının yuxarıda qeyd olunan qətnamələrinə istinad əlavə edilsin”.

Qoşulmama Hərəkatı ölkələrinin belə qətiyyətli mövqeyi onların “Bandunq prinsipləri”nə və Hərəkatın dəyərlərinə sadiqliyini nümayiş etdirdi. Biz onların bu mövqeyini ikitərəfli münasibətlərimizdə tarixi dostluq jesti kimi qəbul etdik", - dövlət başçısı bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xamaneinin İran xalqına MÜRACİƏTİ yayımlandı

Xamaneinin İran xalqına MÜRACİƏTİ yayımlandı

Ceyhun Bayramov ilə İshaq Dar arasında telefon danışığı oldu

Ceyhun Bayramov ilə İshaq Dar arasında telefon danışığı oldu

“Kids Academy by British School”da məktəbəqədər qrupların Məzun Günü keçirildi

“Kids Academy by British School”da məktəbəqədər qrupların Məzun Günü keçirildi

BTC kəməri ilə neçə ton neft ixrac edilib? – 5 aylıq hesabat

BTC kəməri ilə neçə ton neft ixrac edilib? – 5 aylıq hesabat

Bakıda Ümumdünya İslam İqtisadçıları Proqramına start verilib

Bakıda Ümumdünya İslam İqtisadçıları Proqramına start verilib

Neymar Haiti ilə oyunu buraxacaq

Neymar Haiti ilə oyunu buraxacaq

İrana qarşı hücumların hansı halda bərpa ediləcəyi AÇIQLANDI

İrana qarşı hücumların hansı halda bərpa ediləcəyi AÇIQLANDI

İran artıq iki gündür gəmilərə hücum etmir - Vens

İran artıq iki gündür gəmilərə hücum etmir - Vens

Türkiyədə 8 məşhurun narkotik test nəticələri MÜSBƏT ÇIXDI

Türkiyədə 8 məşhurun narkotik test nəticələri MÜSBƏT ÇIXDI

ABŞ-dən vətəndaşlarına ÇAĞIRIŞ: Rusiyaya səfər etməyin!

ABŞ-dən vətəndaşlarına ÇAĞIRIŞ: Rusiyaya səfər etməyin!

Gürcüstanda əhaliyə xəbərdarlıq edildi: Daşqın təhlükəsi var

Gürcüstanda əhaliyə xəbərdarlıq edildi: Daşqın təhlükəsi var

Gəmidə yaralanan azərbaycanlıların son durumu AÇIQLANDI

Gəmidə yaralanan azərbaycanlıların son durumu AÇIQLANDI

Prezidentin iştirak etdiyi tədbirdə Məmməd Arazın şeirini dedi

Prezidentin iştirak etdiyi tədbirdə Məmməd Arazın şeirini dedi

DÇ-2026: Çexiya - CAR oyunu başladı

DÇ-2026: Çexiya - CAR oyunu başladı

Netanyahu: “İsrail Livanı tərk etməyəcək”

Netanyahu: “İsrail Livanı tərk etməyəcək”

TƏBİB-dən qızı qəzada ölən vəkilin iddiaları ilə bağlı AÇIQLAMA

TƏBİB-dən qızı qəzada ölən vəkilin iddiaları ilə bağlı AÇIQLAMA

Bakı Bəyannaməsi qəbul edildi - FOTO

Bakı Bəyannaməsi qəbul edildi - FOTO

Şəbnəm Tovuzlunu hansı cəza gözləyir? – VİDEO

Şəbnəm Tovuzlunu hansı cəza gözləyir? – VİDEO

Dövlətin satışa çıxardığı maşınlar rekord qiymətə SATILDI

Dövlətin satışa çıxardığı maşınlar rekord qiymətə SATILDI

Azərbaycanda 76 yaşlı jurnalistə cinayət işi açıldı

Azərbaycanda 76 yaşlı jurnalistə cinayət işi açıldı

Göz qapağına geyiminin zəncirbəndi ilişdi - VİDEO

Göz qapağına geyiminin zəncirbəndi ilişdi - VİDEO

İran TRIPP layihəsinə dəstək vermək niyyətində deyil - FOTO

İran TRIPP layihəsinə dəstək vermək niyyətində deyil - FOTO

Prezident: “Odur ki, yenidən borc götürməyə başladıq”

Prezident: “Odur ki, yenidən borc götürməyə başladıq”

“Ermənilərə Rusiyaya qarşı vuruşmağı öyrədirlər” - Mariya Zaxarova

“Ermənilərə Rusiyaya qarşı vuruşmağı öyrədirlər” - Mariya Zaxarova

End of content

No more pages to load

RADİO