“Bakı Tbilisinin 21-ci qardaş şəhəri olacaq”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Tbilisi meri Kaxa Kaladze Bakıya rəsmi səfər öncəsi jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Tbilisinin qardaş şəhərlərinin hazırkı sayı 20 təşkil edir:
“Bu, uzun əsrlər boyu Gürcüstan və Azərbaycan arasında mövcud olan münasibətlərin dərinləşdirilməsinə böyük töhfə verəcək”.
Qeyd edək ki, Bakı və Tbilisi 1997-ci ildən tərəfdaş şəhərlərdir.
Bizim.Media