Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Elman Bayram oğlu Bayramov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Sərəncama əsasən, E.B.Bayramov Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında qarşılıqlı əlaqələrin inkişafında xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilir.
Bizim.Media