Knessetin (İsrail parlamenti) keçmiş üzvü Ayub Kara İran-Azərbaycan sərhədində ilişib qalıb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “The Jewish Press” nəşri yayıb.
Məlumata görə, sərhəd boyunca hərəkət edərkən onun avtomobili "minlərlə mina ilə səpələnmiş" torpaq yolda sıradan çıxıb.
Kara "Ümid edirəm ki, Azərbaycandan olan qaçqınların kənd və şəhərlərə qayıda bilməsi üçün bu bölgəni bərpa etmək üçün Azərbaycana kömək edə biləcəyik" deyib.
O, Azərbaycana ziyarət etdiyi ərazidə yaşayış məskənləri tikməsini tövsiyə edərək İsrailin bu bölgəni bərpa etmək və minalardan təmizləmək üçün ölkəyə uyğun texnologiyalar təklif edə biləcəyini söyləyib.
Bizim.Media