Zəngəzur dəhlizi: Bu proyektin gizli əleyhdarları KİMLƏRDİR?

Cənubi Qafqazın müharibədən sonrakı reallığının əsas parçalarından olan Zəngəzur dəhlizi məsələsi haqqında yeni mülahizələrə və açıqlamalara tez -tez rast gəlirik. Səsləndirilən fikirlər birmənalı olmasa da, mövzunun tez-tez gündəmə gəlməsi dəhlizin nə qədər önəmli olduğunu göstərmək üçün yetərlidir.

Eyni zamanda, Zəngəzur ərazisindən keçəcək kommunikasiya xətlərinin sadəcə region üçün zəruri problem olmadığı da məlumdur. Belə ki, sözügedən proyektlə bağlı fərqli aktorların birtərəfli olmayan mövqelərinin olduğu da danılmazıdır. Bu səbəbədən də, Zəngəzur koridoru haqqında toqquşan maraqları bir-bir nümayiş etdirməkdə fayda var. 
 

MÖVZU İLƏ BAĞLI:

Şərqi Zəngəzur İqtisadi Rayonu - Azərbaycan dövlətinin MESAJI 


Əvvəlcə başlayaq baş rol oyunçularından

Azərbaycan və Türkiyə üçün dəhlizin açılmasının nə qədər önəmli olduğuni yenidən xatırlatmağa, yəqin ki, ehtiyac yoxdur. Eyni zamanda Ermənistanın da maraqlarına uyğun olan sözügedən məsələdə birmənalı münasibətin olmamasının səbəbi isə, Ermənistan hökumətinin Rusiya-Qərb arasında gedib-gəlməsindən qaynaqlanır.

Rusiya

Rusiya tərəfinin isə məsələdə maraqlı olduğunu söyləyə bilərik. Ümumi olaraq, dəhlizin açılması şimal qonşumuzun ərazisindən  keçən “Şimal” marşrutuna alternativ kimi meydana çıxsa da, rəsmi Moskva bu yağlı tikədən də özünə pay almağı bacarıb. Belə ki, Zəngəzur ərazisinin hazırda Ermənistandan ödənişsiz icarəyə götürən Rusiyanın faktiki  nəzarətində olduğu məlumdur.

Gürcüstan

Gürcüstan üçün isə, Zəngəzur ərazisindən kommunikasiyaların bərpası, o qədər də, əlverişli deyil. Çünki yaradılacaq dəhliz Gürcüstanın logistik əhəmiyyətini xeyli azaldacaq. Bakı-Tiblisi-Qars marşrutundan 344 km daha qısa olan adıçəkilən layihə, təbii ki, yük daşınmalarında əsas istiqamətə çevriləcək və  nəticədə Gürcüstan ciddi gəlirlərdən məhrum olacaq.

İran

Regionun digər ölkəsi olan İran isə məsələdən narazı olsa da, ciddi etirazla çıxış etmək iqtidarında deyil. Tehranın susqunluğunun səbəbi isə Çin faktorudur. Belə ki, rəsmi Pekinin böyük investisiyaları və İran neftinin əsas alıcısı olması səbəbindən asılı duruma düşmüş cənub qonşumuz Zəngəzur koridorunda ən maraqlı tərəflərdən olan Çinin sözünün üstünə söz söyləyə bilmir.

Çin

Rəsmi Pekinin dünya liderinə çevrilmək yolunda əsas hədəflərindən biri olan Avropa ilə iqtisadi əlaqələrin inkişafı üçün Zəngəzur dəhlizi önəmli rola malik olacaq. Belə ki, Çinin ilbəil artan ixrac potensialı səbəbindən istehsal etdiyi məhsulları daha sürətlə Avropaya çatdıracaq marşrutlara böyük ehtiyacı başadüşüləndir. Bu səbəbdən də İranın Bəndər-Abbas limanı ilə yüklərin daşınmasının rentabelliyinin aşağı olması, rəsmi Pekini Mərkəzi Asiya-Xəzər-Azərbaycan xəttinə yönləndirib. Azərbaycandan Avropaya çıxış üçün ən qısa yol kimi isə Zəngəzur dəhlizi səhnəyə çıxır.

Qərb

Zəngəzur koridorunun açılmasına qarşı çıxan tərəflər isə, məhz Çinin güclənməsini istəməyən ABŞ və Avropa Biriyidir. Öz təkqütblü dünyalarının dağılmasından narahat olan sözügedən tərəflərin "Ermənistanın ərazi bütövlüyü pozulur",- deyə hay-həşir salmalarının əsas səbəbi də erməni lobbisindən daha çox, Çin faktorudur.

Böyük Britaniya

Lakin Qərbin digər güclü ölkəsi Böyük Britaniya məsələyə bir qədər fərqli yanaşır. “Brexit”lə Avropa Birliyindən ayrıldıqdan sonra Asiya ölkələri ilə, o cümlədən Çinlə əlaqələri nəzərəçarpacaq dərəcədə artıran Birləşmiş Krallıq Zəngəzur məsələsinə isti yanaşır.

Eyni zamanda İngiltərənin Azərbaycanla da iqtisadi əlaqələrinin yüksək səviyyədə olması, Britaniyanın sözügedən məsələdə müsbət fikir sahibi olmasında həlledici rola malikdir.

Ümumilikdə isə, böyük dövlətlərinin maraqlarının toqquşma meydanına çevrilən Zəngəzur dəhlizi məsələsinin lehinə səs verənlərin məqsədlərinə çatacaqları gün elədə uzaq deyil.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Qarabağ Universiteti ilə Belarusun ali məktəbləri arasında tərəfdaşlıq müzakirə edildi - FOTO

Qarabağ Universiteti ilə Belarusun ali məktəbləri arasında tərəfdaşlıq müzakirə edildi - FOTO

"Ayaks"ın futbolçusu mövsümü BAŞA VURDU

"Ayaks"ın futbolçusu mövsümü BAŞA VURDU

Gecə yatmazdan əvvəl BUNLARI EDİN

Gecə yatmazdan əvvəl BUNLARI EDİN

“Tiktoker ərin xanımının yanında hörməti olmayacaq” - VİDEO

“Tiktoker ərin xanımının yanında hörməti olmayacaq” - VİDEO

Rusiyada azərbaycanlı vəkil Ələkbər Qarayev HƏBS OLUNDU

Rusiyada azərbaycanlı vəkil Ələkbər Qarayev HƏBS OLUNDU

Premyer Liqanın ƏN YAXŞI qapıçısı bilindi

Premyer Liqanın ƏN YAXŞI qapıçısı bilindi

TikTok FIRILDAĞI: Yardım adı altında kart və şəxsi məlumatlar ələ keçirilir - VİDEO

TikTok FIRILDAĞI: Yardım adı altında kart və şəxsi məlumatlar ələ keçirilir - VİDEO

Qaradağlı faciəsindən 34 il ötür

Qaradağlı faciəsindən 34 il ötür

Füzulidə DƏHŞƏTLİ QƏZA: 1 ölü, 4 yaralı var

Füzulidə DƏHŞƏTLİ QƏZA: 1 ölü, 4 yaralı var

Azərbaycanla Gürcüstan arasında konsulluq məsləhətləşmələri KEÇİRİLDİ - FOTO

Azərbaycanla Gürcüstan arasında konsulluq məsləhətləşmələri KEÇİRİLDİ - FOTO

Almaniyanın XİN başçısı: “Avropa ABŞ-sız özünü müdafiə edə bilməz”

Almaniyanın XİN başçısı: “Avropa ABŞ-sız özünü müdafiə edə bilməz”

"Pula meyil etdikdə sənət kiçilməyə başlayır"

"Pula meyil etdikdə sənət kiçilməyə başlayır"

Moskvada azərbaycanlı ər-arvadın meyitləri TAPILDI

Moskvada azərbaycanlı ər-arvadın meyitləri TAPILDI

"Yuventus"un hücumçusu "Qalatasaray"la matçı BURAXACAQ

"Yuventus"un hücumçusu "Qalatasaray"la matçı BURAXACAQ

Lənkəranda 59 yaşlı balıqçı dənizdə boğularaq HƏYATINI İTİRDİ

Lənkəranda 59 yaşlı balıqçı dənizdə boğularaq HƏYATINI İTİRDİ

Dəhşətli təhlükə yaxınlaşır - Professor XƏBƏRDARLIQ ETDİ

Dəhşətli təhlükə yaxınlaşır - Professor XƏBƏRDARLIQ ETDİ

“Xaç atası” filminin ulduzu VƏFAT ETDİ

“Xaç atası” filminin ulduzu VƏFAT ETDİ

Gəncədə ev YANDI - Tüstüdən zəhərlənənlər var

Gəncədə ev YANDI - Tüstüdən zəhərlənənlər var

“Beşiktaş”da CİDDİ İTKİ

“Beşiktaş”da CİDDİ İTKİ

Slovakiya üçün Rusiya neftini nəql etməyə RAZILIQ VERMƏDİ

Slovakiya üçün Rusiya neftini nəql etməyə RAZILIQ VERMƏDİ

“Artıq səbrim çatmır, çıxıb gedəcəyəm” - VİDEO

“Artıq səbrim çatmır, çıxıb gedəcəyəm” - VİDEO

Azərbaycan daha bir ölkədən quzu əti idxalına BAŞLADI

Azərbaycan daha bir ölkədən quzu əti idxalına BAŞLADI

Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə tədris prosesinə başlanıldı - FOTO

Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə tədris prosesinə başlanıldı - FOTO

End of content

No more pages to load

RADİO