“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın özəl tapşırığı ilə Qarabağdakı işlər hər gün izlənilir”.
Bizim.Media xəbər verir ki, bunu azad edilən ərazilərə səfəri zamanı jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib.
Səfir deyib ki, onun doğulduğu Çorum şəhəri ilə Füzuli şəhəri qardaşlaşmış şəhərlərdir:
“Gələcəkdə Çorumun rəsmilərindən ibarət böyük heyəti Füzulidə görmək istəyirəm. Bununla bağlı işlərə başlayacağıq. Türkiyə olaraq Qarabağın hər yerində olduğu kimi, Füzulidə də nələr edə biləcəyimizi, necə töhfə verəcəyimizi müəyyən edəcəyik. Doğulduğum şəhər adına da bu gün ayrıca sevincliyəm”.
Bizim.Media