Hazırda səhiyyə sahəsində paralel və bir-birini təkrarlayan qurumların olması problem yaradır.
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.
O bildirib ki, məsələ ilə bağlı ciddi dinləmə və tənzimləmələrə ehtiyac var:
“Mən bununla bağlı müvafiq qurumlara müraciət etmişəm”- deyə o qeyd edib.
Bizim.Media