Avropa İttifaqının (Aİ) qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyi Azərbaycana səfəri çərçivəsində Azərbaycanın Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev və Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə O.Varhelyi tvitter hesabında yazıb.
Onun sözlərinə görə, görüşdə İqtisadi və İnvestisiya Planı və COVID-19-la bağlı müzakirələr aprılıb.
Xatırladaq ki, Aİ komissarı Cənubi Qafqaz turu çərçivəsində iyulun 7-də Gürcüstanda olub, iyulun 8-də isə Azərbaycana gəlib. O, iyulun 9-da Ermənistana səfər edəcək.
Bizim.Media