Sovetdən qalma “status” - 98 il əvvəlki hadisənin real SİYASİ PORTRETİ 

1923-cü il iyulun 7-də "Dağlıq Qarabağ Muxtar Vilayəti" haqqında Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin Dekreti qəbul edilib. Bolşeviklər, rus-erməni birliyi Azərbaycan torpaqlarının bütövlüyünü istəmirdi. Amma Kreml bu dəfə Bakının təqdim etdiyi reallıqlarla barışacaq və 5 il ərzində missiyanın məsuliyyət zonasına aid Xankəndi və başqa ərazilər Azərbaycan qanunvericiliyinə keçəcək? 

“Məsələyə təxminən 100 ilə yaxın müddət ərzində Rusiyanın Cənubi Qafqaz respublikaları ilə münasibətlərində yaşanan reallıqlar baxımından yanaşmaq və qiymət vermək lazımdır. I Dünya muharibəsinin “Antanta”nın qələbəsi ilə başa çatmasından sonra Qərb Cənubi Qafqazda yaşanan proseslərə kifayət qədər fəal müdaxilə edə bilmədi”

Bizim.Media ilə dialoqa bu sözlərlə başlayan politoloq Elşən Manafov açıqlamasının ardında qeyd etdi ki, həmin vaxtlarda Sovet Rusiyası ilə Türkiyə arasında təhlükəsizlik, imperializmə qarşı savaşda üst-üstə düşən maraqlar Qərbin bölgədəki proseslərə fəal müdaxiləsinin qarşısını əngəllədi:

“Rusiya Cənubi Qafqaz respublikalarında mövqeyini bir tərəfdən daxili sosial, iqtisadi, siyasi amillərin hesabına, digər tərəfdən isə Atatürk Türkiyəsinin hüquqi və siyasi dəstəyi ilə həyata keçirirdi. Moskva və Qars razılıqları bunun bariz nümunəsidir. Prezident İlham Əliyev də Azərbaycan və Türkiyə arasında əldə edilmiş Şuşa razılıqlarını məhz Qars müqaviləsi ilə müqayisə etdi. Əslində bu, Şuşa bəyannaməsini AXC və Osmanlı arasında 1918-ci ildə əldə edilmiş Batum muqaviləsi ilə eyniləşdirənlərə bir mesaj, işarə kimi qəbul olunmalıdır”.

Politoloqun fikrincə, Şuşa bəyannaməsi həm də regionda sülhə, sabitliyə mane ola biləcək qüvvələrin zərərsizləşdirilməsinə yönəldilib:

“Zamanında Lenin Qafqazın iqtisadi fəthi, onun siyasi fəthindən xeyli əvvəl başlamışdı deyəndə haqlıydı. Azərbaycanın Ermənistana qarşı apardığı muharibə ədalətli savaş olsa da, transmilli şirkətlərin bu savaşda maraqlarını sezməmək mümkün deyildi. Bu mənada müharibə bölgədə yeni geosiyasi reallıqların yaranmasına səbəb olmaqla yanaşı, region dövlətləri arasında yeni tipli münasibətlərin formalaşmasına öz töhfəsini verəcək. Nəqliyyat kommunikasiya xətlərinin açılması ilə regionun tranzit baxımından rentabelliyi güclənəcək, regional və qeyri regional dövlətlər  bölgədə başlanmış infrastruktur işlərinə qoşulmaq uğrunda tender mübahisələrinə qatılacaqlar. Bu isə həm də investisiya axınıdır. Yeni iş yerlərinin açılması savaşdan sonra bölgəki sosial gərginliyin də səngiməsidir. 

Deməli, yeni bazarlar uğrunda iqtisadi rəqabət növbəti mərhələyə daxil olacaq ki, bu da hərbi qarşıdurmanı muəyyən vaxta qədər arxa plana atır”.

Politoloqun sözlərindən belə anlaşılır ki, Qarabağ və Zəngəzur regional və qlobal iqtisadi layihələr üçün meydana çevriləcək. İqtisadi tərəqqi meydanında isə savaşa yer yoxdur.

Yəni, qazanc naminə Rusiya 100 il öncəki parçalama planlarını təxirə salacaq, ermənilərin “status” məsələsinə dəstək verməyəcək və Azərbaycan öz ərazi bütövlüyü ilə müxtəlif beynəlxalq layihələrə ev sahibliyi edəcək.

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Valyuta məzənnələri: Avro ucuzlaşdı, rus rublu bahalaşdı

Valyuta məzənnələri: Avro ucuzlaşdı, rus rublu bahalaşdı

Rusiya Ukrayna təhlükəsindən qorxuya düşüb - Su-57 qırıcılarını Uzaq Şərqə köçürür

Rusiya Ukrayna təhlükəsindən qorxuya düşüb - Su-57 qırıcılarını Uzaq Şərqə köçürür

Yol polisi yük avtomobili sürücülərinə müraciət etdi

Yol polisi yük avtomobili sürücülərinə müraciət etdi

Avropa İttifaqı Ukrayna münaqişəsi ilə bağlı ritorikasını dəyişib?

Avropa İttifaqı Ukrayna münaqişəsi ilə bağlı ritorikasını dəyişib?

Göygöldə məktəbdə kütləvi zəhərlənmə: 10-a yaxın şagird xəstəxanaya yerləşdirildi

Göygöldə məktəbdə kütləvi zəhərlənmə: 10-a yaxın şagird xəstəxanaya yerləşdirildi

DƏHŞƏT: 4 aylıq oğlunu döyərək öldürdü

DƏHŞƏT: 4 aylıq oğlunu döyərək öldürdü

Rusiyada 7-ci hava limanı uçuşları dayandırdı

Rusiyada 7-ci hava limanı uçuşları dayandırdı

Düyü bahalaşacaq - BU TARİXDƏN

Düyü bahalaşacaq - BU TARİXDƏN

Bakıda mənzili olan keçmiş məcburi köçkünlərə Qarabağda EV VERİLMİR?

Bakıda mənzili olan keçmiş məcburi köçkünlərə Qarabağda EV VERİLMİR?

Bu yuma rejimindən istifadə etməyin - İşıq pulu çox "yazır"

Bu yuma rejimindən istifadə etməyin - İşıq pulu çox "yazır"

Tramp: “Ukrayna ən qısa müddətdə danışıqlar masasına oturmalıdır” - VİDEO

Tramp: “Ukrayna ən qısa müddətdə danışıqlar masasına oturmalıdır” - VİDEO

Bu rayonlarda qaz olmayacaq

Bu rayonlarda qaz olmayacaq

Azərbaycanda yeni iş yerləri açılacaq

Azərbaycanda yeni iş yerləri açılacaq

"Qızım evli kişidən hamilə qalmışdı"

"Qızım evli kişidən hamilə qalmışdı"

Evdə ayaqyalın gəzənlərdə bu xəstəlik olur

Evdə ayaqyalın gəzənlərdə bu xəstəlik olur

Qonşu ölkələrdə ardıcıl ZƏLZƏLƏLƏR – Azərbaycanda da ocaqlar AKTİVLƏŞİR?

Qonşu ölkələrdə ardıcıl ZƏLZƏLƏLƏR – Azərbaycanda da ocaqlar AKTİVLƏŞİR?

Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ: Bahar havası bitir, leysan, QAR gəlir - Tarix açıqlandı

Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ: Bahar havası bitir, leysan, QAR gəlir - Tarix açıqlandı

Xərçəng hüceyrələrini məhv edən meyvə...

Xərçəng hüceyrələrini məhv edən meyvə...

Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ: İşıq olmayacaq

Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ: İşıq olmayacaq

Ağdam şəhərinə NÖVBƏTİ KÖÇ – FOTO

Ağdam şəhərinə NÖVBƏTİ KÖÇ – FOTO

BİZİM TƏQVİM:17 fevral tarixində baş vermiş mühüm hadisələr

BİZİM TƏQVİM:17 fevral tarixində baş vermiş mühüm hadisələr

Mourinyo "Real"a qayıdır?

Mourinyo "Real"a qayıdır?

Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Qarabağ Universiteti ilə Belarusun ali məktəbləri arasında tərəfdaşlıq müzakirə edildi - FOTO

Qarabağ Universiteti ilə Belarusun ali məktəbləri arasında tərəfdaşlıq müzakirə edildi - FOTO

End of content

No more pages to load

RADİO