Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycanın erməni hərbi-təxribatçılarının məhkəmələrini dayandırması və işin bütün materiallarını təmin etməsi üçün Ermənistanın verdiyi vəsatəti rədd edib.
Bizim.Media Ermənistan KİV-nə istinadla xəbər verir ki, bu barədə Ermənistanın Avropa İnsan Hüquqları Məhkəməsindəki nümayəndəsi Yegişe Kirakosyan deyib.
Qeyd edək ki, vəsatət AİHM-ə 30 iyun tarixində verilib, lakin 2 iyul tarixində məhkəmə mənfi qərar çıxarıb. Azərbaycana qarşı şikayət 1 fevral 2021-ci ildə verilib.
Bizim.Media