Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Türkiyə hökuməti ilə Azərbaycan hökuməti arasında tibb sahəsində yardımın göstərilməsinə dair anlaşma” sazişini təsdiqləyib.
Bizim.Media xəbər verir ki, bu barədə "Resmi Gazete" məlumat yayıb.
Sazişə əsasən Türkiyə Azərbaycana dostluq jesti olaraq 100 min qutu "Favipiravir" dərmanı göndərəcək.
Qeyd edək ki, "Favipiravir" əsasən Yaponiyada qripin müalicəsi üçün istifadə olunan effektiv antivirus dərmanıdır. Bu preparat bir sıra ölkələrdə SARS-CoV-2 koronavirusunun müalicəsində də istifadə olunur.
Bizim.Media