Azərbaycan və Pakistan İqtisadi Əməkdaşlıq Palatası yaradır 

Azərbaycan və Pakistan arasında iqtisadi əməkdaşlığı inkişaf etdirmək və dərinləşdirilmək məqsədilə Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatası (PAKAZCHAM) yaradılır. 

Bizim.Media xəbər verir ki, Pakistanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, İqtisadi Əməkdaşlıq Palatasının açılış mərasimi iyulun 7-də baş tutacaq.

Palatanın əsas məqsədlərinə Pakistan və Azərbaycanı investisiya üçün yaxşı və təhlükəsiz ölkələr kimi tanıtmaqla yanaşı, iki ölkə arasında ticarət və investisiya qoyuluşlarının asanlaşdırılması və genişləndirilməsi, bərabərlik, tərəfdaşlıq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanaraq dövlətlərarası iqtisadi əlaqələrin və investisiyaların sistematik və davamlı genişləndirilməsinin dəstəklənməsi və təşviq edilməsi, iki ölkə arasında işgüzar əlaqələrin möhkəmlənməsinə kömək edəcək yenilikçi düşüncə sahiblərinin təhsilinə və intellektual inkişafına dəstək verilməsi, ortaq iş maraqlarının inkişaf etdirilməsi, eləcə də Pakistan və Azərbaycanın digər ticarət otaqları ilə sıx əməkdaşlıq daxildir.

Səfirlikdən bildiriblər ki, İqtisadi Əməkdaşlıq Palatasının ikitərəfli ticarəti və investisiyaları stimullaşdırmaq üçün tramplin rolunu oynaması gözlənilir. Palata iki ölkənin sahibkarlıq subyektlərinin səmərəli iqtisadi əlaqələr qurması üçün daimi platforma rolunu oynayacaq.

Palatanın açılış mərasimində Azərbaycan İqtisadiyyat Nazirliyinin, Xarici İşlər Nazirliyinin və Ədliyyə Nazirliyinin yüksək səviyyəli rəsmiləri, eləcə də Kiçik və Orta Sahibkarlıq Agentliyinin rəhbəri Orxan Məmmədov və AZPROMO-nun prezident vəzifələrini icra edən Yusif Abdullayev iştirak edəcək. Tədbirə Azərbaycanın işgüzar dairələrinin yüksək səviyyəli nümayəndələri də qatılacaqlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Valyuta məzənnələri: Avro ucuzlaşdı, rus rublu bahalaşdı

Valyuta məzənnələri: Avro ucuzlaşdı, rus rublu bahalaşdı

Rusiya Ukrayna təhlükəsindən qorxuya düşüb - Su-57 qırıcılarını Uzaq Şərqə köçürür

Rusiya Ukrayna təhlükəsindən qorxuya düşüb - Su-57 qırıcılarını Uzaq Şərqə köçürür

Yol polisi yük avtomobili sürücülərinə müraciət etdi

Yol polisi yük avtomobili sürücülərinə müraciət etdi

Avropa İttifaqı Ukrayna münaqişəsi ilə bağlı ritorikasını dəyişib?

Avropa İttifaqı Ukrayna münaqişəsi ilə bağlı ritorikasını dəyişib?

Göygöldə məktəbdə kütləvi zəhərlənmə: 10-a yaxın şagird xəstəxanaya yerləşdirildi

Göygöldə məktəbdə kütləvi zəhərlənmə: 10-a yaxın şagird xəstəxanaya yerləşdirildi

DƏHŞƏT: 4 aylıq oğlunu döyərək öldürdü

DƏHŞƏT: 4 aylıq oğlunu döyərək öldürdü

Rusiyada 7-ci hava limanı uçuşları dayandırdı

Rusiyada 7-ci hava limanı uçuşları dayandırdı

Düyü bahalaşacaq - BU TARİXDƏN

Düyü bahalaşacaq - BU TARİXDƏN

Bakıda mənzili olan keçmiş məcburi köçkünlərə Qarabağda EV VERİLMİR?

Bakıda mənzili olan keçmiş məcburi köçkünlərə Qarabağda EV VERİLMİR?

Bu yuma rejimindən istifadə etməyin - İşıq pulu çox "yazır"

Bu yuma rejimindən istifadə etməyin - İşıq pulu çox "yazır"

Tramp: “Ukrayna ən qısa müddətdə danışıqlar masasına oturmalıdır” - VİDEO

Tramp: “Ukrayna ən qısa müddətdə danışıqlar masasına oturmalıdır” - VİDEO

Bu rayonlarda qaz olmayacaq

Bu rayonlarda qaz olmayacaq

Azərbaycanda yeni iş yerləri açılacaq

Azərbaycanda yeni iş yerləri açılacaq

"Qızım evli kişidən hamilə qalmışdı"

"Qızım evli kişidən hamilə qalmışdı"

Evdə ayaqyalın gəzənlərdə bu xəstəlik olur

Evdə ayaqyalın gəzənlərdə bu xəstəlik olur

Qonşu ölkələrdə ardıcıl ZƏLZƏLƏLƏR – Azərbaycanda da ocaqlar AKTİVLƏŞİR?

Qonşu ölkələrdə ardıcıl ZƏLZƏLƏLƏR – Azərbaycanda da ocaqlar AKTİVLƏŞİR?

Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ: Bahar havası bitir, leysan, QAR gəlir - Tarix açıqlandı

Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ: Bahar havası bitir, leysan, QAR gəlir - Tarix açıqlandı

Xərçəng hüceyrələrini məhv edən meyvə...

Xərçəng hüceyrələrini məhv edən meyvə...

Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ: İşıq olmayacaq

Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ: İşıq olmayacaq

Ağdam şəhərinə NÖVBƏTİ KÖÇ – FOTO

Ağdam şəhərinə NÖVBƏTİ KÖÇ – FOTO

BİZİM TƏQVİM:17 fevral tarixində baş vermiş mühüm hadisələr

BİZİM TƏQVİM:17 fevral tarixində baş vermiş mühüm hadisələr

Mourinyo "Real"a qayıdır?

Mourinyo "Real"a qayıdır?

Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Qarabağ Universiteti ilə Belarusun ali məktəbləri arasında tərəfdaşlıq müzakirə edildi - FOTO

Qarabağ Universiteti ilə Belarusun ali məktəbləri arasında tərəfdaşlıq müzakirə edildi - FOTO

End of content

No more pages to load

RADİO