Vardanyanın məhkəməsində zərərçəkmişlər İFADƏ VERDİLƏR - FOTO

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi oktyabrın 7-də davam etdirilib.

Bizim.Media xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.
 

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.


Zərərçəkmiş şəxs Elmir Qənbərovun hüquqi varisi – atası Rayil Qənbərov bildirib ki, övladı Xocavənddə Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin açdığı atəşlər nəticəsində həlak olub.

Zərərçəkmiş şəxs Səfiyar Məmmədovun hüquqi varisi Şəhriyar Məmmədov ifadəsində qardaşının Kəlbəcərdə düşmən atəşi nəticəsində həlak olduğunu söyləyib.

Zərərçəkmiş şəxs Müzəffər Cəfərov ifadəsində Laçında sanitar avtomobillə yaralıları təxliyə edərkən Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin açdığı atəş nəticəsində xəsarət aldığını söyləyib.

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıran zərərçəkmiş şəxs sanitar avtomobilin üzərində tibbi yardım maşını nişanının olduğunu, buna baxmayaraq atəşə tutulduqlarını söyləyib.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarına cavablandıran zərərçəkmiş Nicat Əlizadə düşmənin açdığı atəş nəticəsində Xocalı rayonu istiqamətində xəsarət aldığını deyib.
 

Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandıran zərərçəkmiş Fuad Kərimov Ağdərə istiqamətində düşmənin təxribatı nəticəsində xəsarət aldığını bildirib.


Ruslan Məmmədli Ağdərə istiqamətində düşmənin açdığı atəşlər nəticəsində ayaqlarından, qolundan və bədəninin digər nahiyələrindən xəsarətlər aldığını söyləyib. Səhhətində hazırda problemlər qalır. O, dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavabında hadisə zamanı həlak olanların və özündən başqa yaralananların da olduğunu deyib.

Dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandıran Murad Abbaslı Kəlbəcərdə düşmənin açdığı atəş nəticəsində yaralandığını bildirib.

Elmir Sadıqov Xocalı istiqamətində düşmənin açdığı atəşlər nəticəsində yaralandığını deyib. Əvəz Zeynalov Ağdərə rayonunun Talış kəndində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin atəşi nəticəsində xəsarət aldığını söyləyib.

Rəvan Rzayev və Cəmaləddin Nəsirov Xocalı rayonunun Şuşakənd kəndində düşmənin açdığı atəş nəticəsində yaralandıqlarını bildiriblər. R.Rzayev deyib ki, hadisə nəticəsində bir neçə nəfər ölüb, özündən başqa daha bir neçə şəxs yaralanıb.
 

Ayxan Kərimli Xankəndi istiqamətində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin açdığı artilleriya atəşi nəticəsində qəlpə yaraları aldığını bildirib. Hadisə zamanı bir nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb.


Vüsal İsazadə Şuşa rayonunun Xəlfəli kəndində düşmənin drondan atdığı qumbaranın partlaması nəticəsində yaralandığını bildirib. Qeyd edib ki, hadisə zamanı yanında olmuş Mürsəl Əlizadə və Elman Süleymanov da xəsarət alıb.

Nicat İsgəndərov Şuşada Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin təxribatı nəticəsində xəsarət aldığını söyləyib.

Fuad Əmirov Şuşa rayonunun Xəlfəli kəndində düşmənin açdığı atəş nəticəsində yaralandığını bildirib.

Vurğun Sayılov Şuşa-Xankəndi istiqamətində düşmən atəşi nəticəsində yaralandığını söyləyib. Şükür Əskərov yaralıları təxliyə edən zaman düşmənin açdığı atəşlər nəticəsində yaralandığını bildirib. Zərərçəkmiş deyib ki, təxliyə maşınının üzərində onun tibbi nəqliyyat vasitəsi olduğunu göstərən nişan olub. Buna baxmayaraq, nəqliyyat vasitəsi atəşə tutulub.
 

Kamran Talıblı Ağdərə istiqamətində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin atəşi nəticəsində xəsarət aldığını söyləyib. O deyib ki, hadisə zamanı həyatını itirən və özündən başqa xəsarət alanlar da olub.


Cahid Asdanov ifadəsində yaralıları daşıyırkən düşmən tərəfindən açılmış atəşlər nəticəsində yaralandığını bildirib.

Elgün Yusifli Xocavənddə Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin atəşi nəticəsində yaralandığını bildirib.

Zərərçəkmiş şəxs təqsirləndirilən R.Vardanyanın suallarına cavabında onunla tanışlığının olmadığını, sosial şəbəkələr və mətbuat vasitəsilə tanıdığını deyib. İfadə verən zərərçəkmiş şəxs Elnur Xəlilov Xankəndidə düşmənin açdığı atəş nəticəsində hər iki ayağından yaralandığını bildirib.

Zərərçəkmiş Xalid Həsənov ifadəsində Xocavənd rayonu ərazisində düşmənin açdığı atəş nəticəsində xəsarət aldığını söyləyib. O, hadisə zamanı düşmənin müxtəlif silahlardan atəş açdığını bildirib.

R.Vardanyan X.Həsənova da oxşar sual verərək onu tanıyıb-tanımadığını soruşub. Zərərçəkmiş şəxs isə onu sosial şəbəkələr və mətbuat vasitəsilə tanıdığını bildirib.

Vüqar Məmmədzadə Xocavənddə düşmənin açdığı atəşlər nəticəsində özünün və yaxınlığındakı şəxslərin yaralandığını bildirib. Hadisə zamanı iki nəfər həlak olub. Osman Cabbarlı Xocalı istiqamətində düşmənin açdığı atəş nəticəsində yaralandığını söyləyib.
 

Rövşən Əzimli ifadəsində Xocalı-Xankəndi istiqamətində düşmənin təxribatı nəticəsində yaralandığını bildirib.


İfadə verən digər zərərçəkmiş şəxslər - Mirdamət Xankişiyev, Anar Əsgərzadə, Mürsəl Əlizadə, Cabbar Cabbarzadə, Qalib Məmmədov, Qismət Əhmədov, Vüsal Məmmədov, Elsevər Qədirov, Arzuman Xankişiyev, Məhəmməd Abdullayev Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin atəşləri nəticəsində müxtəlif ərazilərdə yaralandıqlarını bildiriblər.

Sonra zərərçəkmiş şəxslər barəsində məhkəmə-tibbi ekspertizasının rəyləri elan edilib. Məhkəmənin növbəti iclası oktyabrın 14-nə təyin olunub.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.


















































Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Qalatasaray”ın qapıçısı Premyer Liqa klublarının hədəfində

“Qalatasaray”ın qapıçısı Premyer Liqa klublarının hədəfində

“Zirə”nin legionerləri milli komandada

“Zirə”nin legionerləri milli komandada

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

İsveçrə ABŞ-a silah tədarükünü dayandırdı

İsveçrə ABŞ-a silah tədarükünü dayandırdı

Ağdaşda avtomobil aşdı: 1 ölü, 1 yaralı var

Ağdaşda avtomobil aşdı: 1 ölü, 1 yaralı var

Balıq alarkən DİQQƏTLİ OLUN - VİDEO

Balıq alarkən DİQQƏTLİ OLUN - VİDEO

İnsan ömrü 200 ilə qədər uzana bilər

İnsan ömrü 200 ilə qədər uzana bilər

Faiq Hüseynov vəfat etdi

Faiq Hüseynov vəfat etdi

Çexiyada İsrailin silah zavodu yandırıldı

Çexiyada İsrailin silah zavodu yandırıldı

Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı

Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı

Türkiyədə silahlı insident: Gənc futbolçu öldürüldü, müğənni saxlanıldı

Türkiyədə silahlı insident: Gənc futbolçu öldürüldü, müğənni saxlanıldı

Rusiya İranı ABŞ-a satdı, əvəzində Ukraynanı istəyir - İDDİA

Rusiya İranı ABŞ-a satdı, əvəzində Ukraynanı istəyir - İDDİA

Vahid Ələkbərovun şirkətinin xalis zərəri HƏR KƏSİ şoka saldı

Vahid Ələkbərovun şirkətinin xalis zərəri HƏR KƏSİ şoka saldı

Təbrizə zərbələr: 13 "Bəsic" üzvü öldürüldü - FOTO

Təbrizə zərbələr: 13 "Bəsic" üzvü öldürüldü - FOTO

Britaniyadan ABŞ-a DƏSTƏK - DETALLAR

Britaniyadan ABŞ-a DƏSTƏK - DETALLAR

Dövlət qulluğunda yeni ƏMƏKHAQQI MODELİ - İslahatların mahiyyəti və beynəlxalq təcrübə

Dövlət qulluğunda yeni ƏMƏKHAQQI MODELİ - İslahatların mahiyyəti və beynəlxalq təcrübə

Motosiklet qəzasında ölən şəxs Şuşa uğrunda döyüşən zabit imiş - FOTO

Motosiklet qəzasında ölən şəxs Şuşa uğrunda döyüşən zabit imiş - FOTO

Xankəndidə bayram konserti keçirildi - FOTO/VİDEO

Xankəndidə bayram konserti keçirildi - FOTO/VİDEO

Arda Gülerdən Kənan Yıldıza: Avropada türk fırtınası - FOTO

Arda Gülerdən Kənan Yıldıza: Avropada türk fırtınası - FOTO

Tramp: “İranla savaşı elə bu saat bitirərəm, amma...”

Tramp: “İranla savaşı elə bu saat bitirərəm, amma...”

Putinin dostundan ŞOK AÇIQLAMA: ABŞ və İsrail uduzacaq

Putinin dostundan ŞOK AÇIQLAMA: ABŞ və İsrail uduzacaq

Ukraynada bu il prezident seçkiləri keçiriləcəkmi? - RƏSMİ CAVAB

Ukraynada bu il prezident seçkiləri keçiriləcəkmi? - RƏSMİ CAVAB

Kamran Əliyevə AĞIR İTKİ

Kamran Əliyevə AĞIR İTKİ

"Neftçi" "İmişli"ni darmadağın etdi - VİDEO

"Neftçi" "İmişli"ni darmadağın etdi - VİDEO

End of content

No more pages to load

RADİO