Türkiyənin xarici işlər naziri Hakan Fidan Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, H. Fidan 6-7 oktyabr tarixlərində Azərbaycanda səfərdə olacaq. Onun bəzi ikitərəfli görüşlər keçirəcəyi planlaşdırılıb.
Bizim.Media