Avrarsiyanın yeni GEOSİYASİ MƏNZƏRƏSİ – ABŞ Çini “dəhlizlər savaşı”nda necə MƏĞLUB EDİR?

Donald Trampın hakimiyyətə gəlişilə ABŞ yendən özünün dünya miqyasında nüfuzunu yüksəltməyə başlayır. Məhz yeni ABŞ adminstrasiyasının fəaliyyətinin nəticəsi olaraq bir sıra münaqişələrə son qoyulub. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi də məhz Vaşinqtonda paraflanıb. Eyni zamanda, Zəngəzur dəhlizilə bağlı mühüm addım da burada atılıb. Onun nəticəsidir ki, Zəngəzur dəhlizi Tramp yoluadlanır.

ABŞ Mərkəzi Asiyada mövqeyini gücləndirir

Digər tərəfdən, ABŞ yenidən qoşunlarını Əfqanıstana qaytarmağa çalışır. Daha doğrusu, burada Çinlə sərhəd ərazidə hərbi baza əldə etmək istəyir.

Eyni zamanda, Orta Asiyada da Vaşinqtonun mövqeləri güclənir. Bu yaxınlarda Vaşinqtonla bir sıra Orta Asiya dövlətləri arasında mühüm strateji sazişlər, iqtisadi müqavilələr imzalanıb. Bütün bunlar Avrasiyanın geopolitik mənzərəsinin dəyişdiyinə işarədir.

Aydın məsələdir ki, sözügedən regionda Çin uzun müddətdir mövqelərini möhkəmləndirməyə çalışır. ABŞ isə son addımları ilə Çinə meydan oxuyur.

Digər diqqətçəkən məqam isə sözügedən regionun logisitik əhəmiyyətidir. Belə ki, Çindən Avropaya yüklərin daşınmasında əsas yollardan biri olan Orta Dəhliz məhz Mərkəzi Asiyadan keçir.

Dəhlizlər savaşının qazananı kim olacaq?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirdi ki, beynəlxalq münasibətlər sistemində hər zaman rəqabət mövcud olub:

“Belə rəqabət bu gün də var. Sabah da olacaq. Çünki nəticə etibarı ilə rəqabət yaxşı mənada inkişafa, pis mənada isə müharibələrə gətirib çıxarır. Ona görə də ümid edək ki, Azərbaycanın da iştirakçısı, təşəbbüskarı olduğu, loqistika imkanları ilə əməkdaşlığı mümkün etdiyi və Böyük İpək yolunun Orta dəhlizi, o cümlədən Zəngəzur dəhlizi inkişaf və rifaha gətirib çıxaracaq”.

Deputatın fikrincə, rəqabət kontekstində hazırda Avrasiya, qlobal Cənub və qlobal Qərbdə strateji mövqe dəyişikliyinə şahidlik edirik:

“Çünki yeni reallıqlar yeni imkanlar yaradır, yeni təhlükəsizlik tədbirlərini zəruri edir. Bu mənada müşahidə edilən maraqlı tendensiyalardan biri də ABŞ-ın yeni status və keyfiyyətdə Mərkəzi Asiyaya, Şərqə dönüşüdür. Bunun da iki ayağı var. Biri ABŞ-ın Yaxın Şərqdə İsrail vasitəsilə yenidən klassik Şərqə qayıdışıdır. Digəri isə yenidən Əfqanıstana dönməklə qlobal Cənub və Türküstan coğrafiyasına qayıtmaq məqsədidir”.

Həmsöhbətimiz düşünür ki, bu coğrafiyanın, Mərkəzi Asiya ilə qlobal Cənub arasında olan coğrafiyanın ən zəif həlqəsi isə Əfqanıstandır:

“ABŞ yenidən Əfqanıstanda möhkəmlənməklə bir növ strateji eleps yaratmağa çalışır. Elepsin bir ucunun Əfqanıstan olmasını nəzərə alsaq, digər ucunu da Yaxın Şərqdə qapatmaq olmaz. Düşünürəm ki, bütün bunlar inkişafa, sabitliyə xidmət edəcəksə, yaxşıdır. Yox, müharibəyə gətirəcəksə, pisdir”.

Rüfət Sultan, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Qalatasaray”ın qapıçısı Premyer Liqa klublarının hədəfində

“Qalatasaray”ın qapıçısı Premyer Liqa klublarının hədəfində

“Zirə”nin legionerləri milli komandada

“Zirə”nin legionerləri milli komandada

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

İsveçrə ABŞ-a silah tədarükünü dayandırdı

İsveçrə ABŞ-a silah tədarükünü dayandırdı

Ağdaşda avtomobil aşdı: 1 ölü, 1 yaralı var

Ağdaşda avtomobil aşdı: 1 ölü, 1 yaralı var

Balıq alarkən DİQQƏTLİ OLUN - VİDEO

Balıq alarkən DİQQƏTLİ OLUN - VİDEO

İnsan ömrü 200 ilə qədər uzana bilər

İnsan ömrü 200 ilə qədər uzana bilər

Faiq Hüseynov vəfat etdi

Faiq Hüseynov vəfat etdi

Çexiyada İsrailin silah zavodu yandırıldı

Çexiyada İsrailin silah zavodu yandırıldı

Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı

Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı

Türkiyədə silahlı insident: Gənc futbolçu öldürüldü, müğənni saxlanıldı

Türkiyədə silahlı insident: Gənc futbolçu öldürüldü, müğənni saxlanıldı

Rusiya İranı ABŞ-a satdı, əvəzində Ukraynanı istəyir - İDDİA

Rusiya İranı ABŞ-a satdı, əvəzində Ukraynanı istəyir - İDDİA

Vahid Ələkbərovun şirkətinin xalis zərəri HƏR KƏSİ şoka saldı

Vahid Ələkbərovun şirkətinin xalis zərəri HƏR KƏSİ şoka saldı

Təbrizə zərbələr: 13 "Bəsic" üzvü öldürüldü - FOTO

Təbrizə zərbələr: 13 "Bəsic" üzvü öldürüldü - FOTO

Britaniyadan ABŞ-a DƏSTƏK - DETALLAR

Britaniyadan ABŞ-a DƏSTƏK - DETALLAR

Dövlət qulluğunda yeni ƏMƏKHAQQI MODELİ - İslahatların mahiyyəti və beynəlxalq təcrübə

Dövlət qulluğunda yeni ƏMƏKHAQQI MODELİ - İslahatların mahiyyəti və beynəlxalq təcrübə

Motosiklet qəzasında ölən şəxs Şuşa uğrunda döyüşən zabit imiş - FOTO

Motosiklet qəzasında ölən şəxs Şuşa uğrunda döyüşən zabit imiş - FOTO

Xankəndidə bayram konserti keçirildi - FOTO/VİDEO

Xankəndidə bayram konserti keçirildi - FOTO/VİDEO

Arda Gülerdən Kənan Yıldıza: Avropada türk fırtınası - FOTO

Arda Gülerdən Kənan Yıldıza: Avropada türk fırtınası - FOTO

Tramp: “İranla savaşı elə bu saat bitirərəm, amma...”

Tramp: “İranla savaşı elə bu saat bitirərəm, amma...”

Putinin dostundan ŞOK AÇIQLAMA: ABŞ və İsrail uduzacaq

Putinin dostundan ŞOK AÇIQLAMA: ABŞ və İsrail uduzacaq

Ukraynada bu il prezident seçkiləri keçiriləcəkmi? - RƏSMİ CAVAB

Ukraynada bu il prezident seçkiləri keçiriləcəkmi? - RƏSMİ CAVAB

Kamran Əliyevə AĞIR İTKİ

Kamran Əliyevə AĞIR İTKİ

"Neftçi" "İmişli"ni darmadağın etdi - VİDEO

"Neftçi" "İmişli"ni darmadağın etdi - VİDEO

End of content

No more pages to load

RADİO