Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Azərbaycanın təşkilata verdiyi dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib.
Bizim.Media xəbər verir ki, bu barədə o, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən oktyabrın 6-da Qəbələdə qəbul edilərkən danışıb.
Baş katib beynəlxalq nüfuzunun daha da artması, üzv və müşahidəçi ölkələr arasında əməkdaşlığın gücləndirilməsi işinə Azərbaycanın verdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Bizim.Media