3 Oktyabr 1993: Heydər Əliyevin hakimiyyətə qayıdışı və Azərbaycan dövlətçiliyinin yeni mərhələsi

Xülasə. Məqalədə 3 oktyabr 1993-cü il prezident seçkilərinin Azərbaycan dövlətçiliyi tarixindəki rolu elmi-analitik müstəvidə araşdırılır. Heydər Əliyevin hakimiyyətə qayıdışının dövlətin süqut təhlükəsindən xilas edilməsində, ictimai-siyasi sabitliyin təmin olunmasında, iqtisadi inkişafın əsaslarının qoyulmasında, hüquqi dövlət quruculuğunda, milli ideologiyanın formalaşmasında və Azərbaycanın beynəlxalq nüfuzunun yüksəldilməsində oynadığı həlledici rol təhlil olunur. Məqalə həmçinin Heydər Əliyevin siyasi kursunun İlham Əliyev tərəfindən davam etdirilməsinin nəticəsi olaraq 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə məntiqi sonluq tapmasını göstərir.

Açar sözlər: Heydər Əliyev, 3 oktyabr 1993, Azərbaycan dövlətçiliyi, qurtuluş və inkişaf, neft strategiyası.

Giriş. XX əsrin sonlarında geosiyasi xəritənin dəyişməsi, xüsusilə SSRİ-nin dağılması postsovet məkanında mürəkkəb proseslərə yol açdı. Azərbaycan Respublikası 1991-ci ildə müstəqilliyini bərpa etsə də, 1991–1993-cü illər ölkənin siyasi tarixinə dərin böhran, vətəndaş qarşıdurmaları, separatizm və müharibə məğlubiyyətləri dövrü kimi daxil oldu. Dövlətin mövcudluğu təhlükə altında idi: mərkəzi hakimiyyət zəifləmiş, orduda parçalanmalar baş vermiş, ölkə ərazisinin 20 faizi işğal olunmuşdu.

Müstəqilliyin ilk illərində xalqımız qarşıya çıxan çətin problemlərin həllini, xilaskarlıq missiyasını Heydər Əliyevdə görürdü. 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq və qeyri-peşəkar idarəetmə dövrü kimi xatırlanır. Dövlətin suveren mövcudluğuna təhdid yaradan bütün amillər həmin dövrdə dövlətə səriştəsiz və qeyri-peşəkar şəxslərin rəhbərlik etməsinə görə baş verirdi.
 

Belə bir şəraitdə 1993-cü il 9 iyunda xalqın tələbi ilə Bakıya dəvət olunan Heydər Əliyev 15 iyunda Milli Məclisin sədri seçildi və 3 oktyabrda keçirilən ümumxalq səsverməsində Azərbaycan Respublikasının Prezidenti oldu. Bu gün yalnız siyasi liderin hakimiyyətə dönüşü deyil, həm də müstəqil dövlətçiliyimizin xilası və davamlı inkişaf yoluna çıxışı kimi tarixləşdi.


Qurtuluş mərhələsi (1993–1995). 1991–1993-cü illərdəki böhranlı dövr Azərbaycanı vətəndaş müharibəsi və parçalanma təhlükəsi ilə üz-üzə qoymuşdu. Silahlı dəstələrin nəzarətsiz fəaliyyəti, Gəncə hadisələri, dövlət çevrilişi cəhdləri və müharibədə ardıcıl məğlubiyyətlər ölkənin mövcudluğunu şübhə altına almışdı.

Heydər Əliyevin 3 oktyabrda Prezident seçilməsi xalqın dövlətçilik naminə etdiyi xilaskarlıq seçimi idi. 1993-cü il oktyabrın 3-nə təyin edilmiş prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi idi. Xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Həmin taleyüklü seçimlə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu.

Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratdı.

Ümummilli Lider andiçmə mərasimindəki nitqində deyib: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm.”
 

Heydər Əliyev prezident seçildikdən sonra qısa müddətdə sabitliyi təmin etməyə nail oldu. Onun ilk tədbirləri sırasında qeyri-qanuni silahlı dəstələrin tərksilah edilməsi, ordu quruculuğunun başlanması, dövlət çevrilişi cəhdlərinin qarşısının alınması və hüquqi dövlət quruculuğuna start verilməsi dayanırdı.


1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilən yeni Konstitusiya demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını təsbit etdi. Bu, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində dönüş mərhələsi oldu.

Heydər Əliyev qısa zamanda əsaslı tədbirlər həyata keçirdi:

Siyasi sabitlik – dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, qeyri-qanuni silahlı birləşmələr tərksilah edildi;

Ordu quruculuğu – milli ordunun əsasları qoyuldu, hərbi nizam-intizam təmin olundu;

Hüquqi dövlətin təməli – 1995-ci ildə qəbul olunan Konstitusiya demokratik, hüquqi və dünyəvi dövlətin bünövrəsini formalaşdırdı;

Milli həmrəylik – siyasi parçalanmaya son qoyularaq, dövlətçilik ideyası ətrafında xalq birliyi təmin olundu.

Bu tədbirlər nəticəsində Azərbaycan dövlətçiliyi real süqut təhlükəsindən xilas edildi.

İnkişaf mərhələsi (1995–2003). Heydər Əliyevin hakimiyyətinin ikinci mərhələsi ölkənin inkişaf strategiyasının həyata keçirilməsi ilə səciyyələnir.

- Neft strategiyası və iqtisadi yüksəliş. Ulu Öndər Heydər Əliyevin neft strategiyasının təcəssümü olan “Əsrin müqaviləsi” Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirmişdir. 1994-cü ilin sentyabr ayının 20-də dünyanın 8 ölkəsinin 13 neft şirkəti ilə bağlanmış “Əsrin müqaviləsi” sonrakı illərdə daha 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açmış, 1997-ci ildə Azərbaycan nefti Bakı-Novorossiysk neft kəməri ilə, 1999-cu ildə isə Bakı-Supsa neft kəməri ilə dünya bazarına çıxarılmışdır. Heydər Əliyev bu müqaviləni Azərbaycanın iqtisadi müstəqilliyinin təmin olunmasında həlledici addım kimi qiymətləndirilir.

İnfrastruktur layihələri. Bakı–Novorossiysk (1996), Bakı–Supsa (1999) və Bakı–Tbilisi–Ceyhan (2002) kəmərləri Azərbaycanın geosiyasi mövqeyini gücləndirdi. Bu layihələr regionu beynəlxalq enerji əməkdaşlığının mərkəzinə çevirdi. Qərbə inteqrasiya yolunu tutan Ulu Öndər Heydər Əliyev ən çətin anlarda belə yenilməz siyasi iradə nümayiş etdirdi, milli dövlətçiliyin, milli mənafelərin ifadəçisi kimi antiazərbaycan, antimilli qüvvələrin qarşısında sipərə çevrildi, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilişi məhz bu böyük insanın iradəsi və qətiyyətli mövqeyinin, uzaqgörənliyinin nəticəsi kimi reallığa çevrildi.

Hüquqi və institusional islahatlar. Ümummilli Liderin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyri-şərtsiz təmin olunmasının bünövrəsini qoymuşdur. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçmişdir. 1995-ci ildə müstəqil Azərbaycanın parlamentinə keçirilən ilk seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar açmışdır.

Özəlləşdirmə proqramları, dövlət idarəçiliyinin peşəkarlaşdırılması, senzuranın ləğvi, Ombudsman və Konstitusiya Məhkəməsinin yaradılması hüquqi dövlətin əsaslarını möhkəmləndirdi. Məhz Ulu Öndər Heydər Əliyevin gərgin və məqsədyönlü fəaliyyəti nəticəsində respublikamızda cinayətkarlıq və hüquq pozuntularına qarşı barışmaz mübarizə elan edilmişdir. Bütün hüquq mühafizə orqanlarının fəaliyyəti cinayətkar təzahürlərə, ilk növbədə, mütəşəkkil cinayətkarlığa, korrupsiyaya, terrorizmə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə səfərbər olunmuş və “qanunun aliliyi” prinsipinin real təmin olunması üçün müvafiq tədbirlər görülmüşdür.

- Azərbaycançılıq ideologiyası. Heydər Əliyev milli həmrəyliyin təminatçısı kimi azərbaycançılıq məfkurəsini dövlət ideologiyasına çevirdi. Bu ideologiya yalnız ölkə daxilində deyil, həm də diaspor səviyyəsində milli birliyin əsas dayağı oldu. Milli ideologiyanın yaradılması Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu siyasətinin mühüm tərkib hissəsindən biridir. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirən milli məfkurəyə çevrildi. Milli ruhun yüksəlməsi, milli özünüdərkin inkişafı və xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsip və vəzifələrə xidmət edən azərbaycançılıq məfkurəsi dövlətin qüdrətinin artırılmasında real siyasi amilə çevrilmişdir.

- Xarici siyasətdə balans. Heydər Əliyev Qərb, Rusiya, Türkiyə və İranla paralel şəkildə münasibətlər quraraq balanslaşdırılmış siyasət yürüdürdü. Azərbaycan Avropa Şurasına üzv oldu, GUAM-ın təsisçilərindən biri kimi regional əməkdaşlıqda aktiv rol oynadı.
 

Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən əsas işlərdən biri də ölkənin dünya birliyinə inteqrasiyasının təmin olunmasıdır. Ulu Öndər Heydər Əliyevin möhkəm təməllər üzərində əsasını qoyduğu tarazlaşdırılmış xarici siyasət uzaq hədəflərə hesablanmış strateji fəaliyyət konsepsiyası olmaqla, müstəqil Azərbaycanın beynəlxalq arenada nüfuz və mövqelərinin güclənməsinə, ümummilli problemlərinin həllinə yönəlmişdir.


Ulu öndər Heydər Əliyevin uğurlu xarici siyasət kursu nəticəsində beynəlxalq təşkilatlarla bərabərhüquqlu səviyyədə əməkdaşlıq müstəqilliyin əsas dayaqlarından birinə çevrilib. Yeni kollektiv sənədlərə və beynəlxalq müqavilələrə qoşulan Azərbaycan özünün coğrafi mövqeyindən, təbii ehtiyatlarından, iqtisadi potensialından istifadə əsasında bir çox dövlətlərlə və beynəlxalq qurumlarla əməkdaşlıq edərək Böyük İpək yolunun bərpası, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradılması, Xəzərin karbohidrogen ehtiyatlarının işlənməsi və dünya bazarına çıxarılması layihələrini səmərəli şəkildə həyata keçirir. 

Ulu Öndər Heydər Əliyev Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktını beynəlxalq təşkilatların siyasi gündəliyinə gətirmişdir. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan xarici siyasət kursunun mühüm prioritetlərindən birini Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi təşkil etmişdir. Məhz Ümummilli Lider Heydər Əliyevin gərgin əməyi və ardıcıl səyləri nəticəsində bu problemin həllinə yönəlik məqsədyönlü, sistemli və davamlı addımlar atılmış və məsələnin mahiyyəti dünya ictimaiyyətinin diqqətinə çatdırılmışdır. Ulu Öndərin bir çox dünya dövlətləri ilə bu mövzuda danışıqlar apararaq beynəlxalq tədbirlərdə, o cümlədən sammitlərdə Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi və Ermənistanın işğalçılıq siyasətinin pisləndiyi qətnamələrin və bəyanatların qəbul olunmasına nail olmuşdur.

Siyasi kursun davamlılığı və zəfərə aparan yol. Heydər Əliyevin siyasi xətti müstəqil Azərbaycan dövlətçiliyinin inkişaf trayektoriyasını müəyyənləşdirdi. 2003-cü ildən sonra Prezident İlham Əliyev bu kursu davam etdirərək ordunun gücləndirilməsini, iqtisadi artımı və beynəlxalq nüfuzun daha da artırılmasını təmin etdi.

Ordunun texniki və struktur baxımından gücləndirilməsi başladı (illik hərbi büdcə 2003-də 175 milyon dollar, 2020-də isə 2,3 milyard dollar).

2007: Silahlı Qüvvələrin maddi-texniki bazasının yenilənməsi üzrə dövlət proqramı qəbul edildi.

2016: Aprel döyüşləri – ordunun real döyüş qabiliyyəti test edildi.

2020: 27 sentyabr – Ermənistanın təxribatına cavab olaraq 44 günlük Vətən Müharibəsi başladı.

2020: 10 noyabr - Zəfər Günü. Azərbaycan işğal altında olan torpaqlarının böyük hissəsini döyüşlərlə azad etdi. Ermənistan kapitulyasiya aktına imza atdı.
 

Ordunun gücləndirilməsi və diplomatik müstəvidə prinsipiallıq 2020-ci ildə Vətən Müharibəsində qələbə ilə nəticələndi. Təkcə hərbi qələbə deyil, həm də, suverenliyin bərpası, regionda yeni güc balansının formalaşması, Azərbaycanın siyasi nüfuzunun artmasına nail olundu.


Bu xəttin məntiqi nəticəsi kimi 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan Zəfər göstərdi ki, Heydər Əliyevin əsası qoyduğu dövlətçilik konsepsiyası yalnız bir dövrün deyil, bütövlükdə müasir Azərbaycanın inkişaf fəlsəfəsidir.

Nəticə. Müstəqilliyin ilk illərində sağlam düşüncənin səsinə qulaq asıb, böyük siyasi xadimi respublika rəhbərliyinə dəvət etsəydilər, Azərbaycan 20 Yanvar, Xocalı faciələrini görməz, habelə Laçın, Şuşa xəyanətlərin qurbanı olmaz, ölkə ərazisinin 20 faizi işğal edilməz, dövlət müstəqilliyimiz ağrılı və əzablı yollardan keçməzdi. Bütün bunlar ona görə baş verirdi ki, əvvəlcə Vəzirov-Mütəllibov rejimi, sonra isə Xalq Cəbhəsi-Müsavat cütlüyü Azərbaycanı Heydər Əliyev yolundan döndərməyə çalışıb və bu yolun alternativi olmadığını başa düşmək istəmirdilər. Nəticədə ölkəni uçuruma apardılar. Azərbaycanı fəlakətin bir addımlığında qoyub qaçdılar;

3 oktyabr 1993-cü il Azərbaycan tarixində sadəcə prezident seçkiləri günü deyil, milli dövlətçiliyimizin dönüş nöqtəsidir. Heydər Əliyevin hakimiyyətə qayıdışı:

dövlətin süqutdan xilas olunması,

ictimai-siyasi sabitliyin bərpası,

müasir iqtisadi inkişaf modelinin tətbiqi,

milli ideologiyanın – azərbaycançılığın formalaşdırılması,

Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsi ilə nəticələndi.

1993-cü ildən başlayaraq bu günə qədər Azərbaycan, sözün əsl mənasında, müstəqil həyat yaşayır. Dövlətçiliyin əsasları qoyuldu, müstəqil dövlətin Konstitusiyası qəbul edildi, milli ideologiyamız qəbul olundu, azərbaycançılıq məfkurəsi bu gün bizim ideoloji əsaslarımızı təşkil edir. Siyasi islahatlar aparılmağa başlamışdır, demokratik inkişafla bağlı önəmli qərarlar, qanunlar qəbul edilmişdir. İqtisadi sahədə liberallaşma siyasəti aparılmağa başlamışdır və bazar iqtisadiyyatına keçid məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə baş vermişdir.

Heydər Əliyevin siyasi irsi qurtuluşdan başlayaraq inkişaf və zəfərə qədər uzanan dövlətçilik konsepsiyasıdır. Bu konsepsiya müstəqil Azərbaycan dövlətinin tarixi taleyini yalnız qorumaqla kifayətlənməmiş, onu güclü və nüfuzlu regional aktora çevirmişdir.

Rufiz QONAQOV

Siyasi elmlər üzrə fəlsəfə doktoru

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda bu piyada keçidi BAĞLANACAQ

Bakıda bu piyada keçidi BAĞLANACAQ

Yanğın və partlayışdan sonra hava çirklənməsinin təhlükəsi – Pulmanoloqdan XƏBƏRDARLIQ

Yanğın və partlayışdan sonra hava çirklənməsinin təhlükəsi – Pulmanoloqdan XƏBƏRDARLIQ

“Sanki o, ruslardan maaş alır” - ABŞ-da Uitkoffun istefasını tələb edirlər

“Sanki o, ruslardan maaş alır” - ABŞ-da Uitkoffun istefasını tələb edirlər

Qış Olimpiya Oyunlarının məşəli yandırıldı - VİDEO

Qış Olimpiya Oyunlarının məşəli yandırıldı - VİDEO

Bakıda avtomobili nömrəsiz idarə edən sürücü HƏBS EDİLDİ - VİDEO

Bakıda avtomobili nömrəsiz idarə edən sürücü HƏBS EDİLDİ - VİDEO

Paşinyan Ermənistanın enerji şəbəkələrini türk şirkətinə satır

Paşinyan Ermənistanın enerji şəbəkələrini türk şirkətinə satır

“Neftçi”nin baş məşqçi postuna əsas namizəd BƏLLİ OLDU

“Neftçi”nin baş məşqçi postuna əsas namizəd BƏLLİ OLDU

Məktəblərin fəaliyyətinə QİYMƏT - Valideyn sorğusu başladı

Məktəblərin fəaliyyətinə QİYMƏT - Valideyn sorğusu başladı

Qarabağa qayıdan məcburi köçkünlərə ikiqat çörəkpulu verilirmi? – RƏSMİ CAVAB

Qarabağa qayıdan məcburi köçkünlərə ikiqat çörəkpulu verilirmi? – RƏSMİ CAVAB

Rəsmi Moskva: Ukrayna ilə bağlı heç bir güzəşt olmayacaq

Rəsmi Moskva: Ukrayna ilə bağlı heç bir güzəşt olmayacaq

Bu şəxslərdən qeydiyyat şəhadətnaməsinə görə RÜSUM TUTULACAQ – YENİ QƏRAR

Bu şəxslərdən qeydiyyat şəhadətnaməsinə görə RÜSUM TUTULACAQ – YENİ QƏRAR

Qurban Qurbanov: “Mənə heç yerdə heykəl qoyulmasın” – VİDEO

Qurban Qurbanov: “Mənə heç yerdə heykəl qoyulmasın” – VİDEO

Alen Simonyan: “Faktiki olaraq KTMT-dən çıxmışıq”

Alen Simonyan: “Faktiki olaraq KTMT-dən çıxmışıq”

Bu mövsüm 3 qadın hakimimiz beynəlxalq oyunları idarə edib - RƏSMİ

Bu mövsüm 3 qadın hakimimiz beynəlxalq oyunları idarə edib - RƏSMİ

Şəkidə “Toyota” aşdı – YARALILAR VAR

Şəkidə “Toyota” aşdı – YARALILAR VAR

Narkotik qəbul edib, sükan arxasına keçən şəxs SAXLANILDI

Narkotik qəbul edib, sükan arxasına keçən şəxs SAXLANILDI

Atasının doğum günündə torpağa tapşırılan ŞƏHİD – Kamran Qasımovun HƏYAT HEKAYƏSİ – FOTO

Atasının doğum günündə torpağa tapşırılan ŞƏHİD – Kamran Qasımovun HƏYAT HEKAYƏSİ – FOTO

Bakıda MDB Dəmiryol Nəqliyyatı Şurasının 83-cü iclası KEÇİRİLDİ – FOTO

Bakıda MDB Dəmiryol Nəqliyyatı Şurasının 83-cü iclası KEÇİRİLDİ – FOTO

75 yaşlı kişini Yevlaxdan Bakıya gətirib dilənçiliyə sövq edən qadın SAXLANILDI

75 yaşlı kişini Yevlaxdan Bakıya gətirib dilənçiliyə sövq edən qadın SAXLANILDI

Honq Konqda güclü yanğın: 4 ölü, 9 yaralı var – ANBAAN VİDEO

Honq Konqda güclü yanğın: 4 ölü, 9 yaralı var – ANBAAN VİDEO

Bakıda prospektdə avtomobil YANDI - FOTO/VİDEO

Bakıda prospektdə avtomobil YANDI - FOTO/VİDEO

Toya uşaq gətirilsinmi? – DEPUTATDAN AÇIQLAMA

Toya uşaq gətirilsinmi? – DEPUTATDAN AÇIQLAMA

Azərbaycan vətəndaşları bu il ən çox hansı ölkələrə səfər edib? - STATİSTİKA

Azərbaycan vətəndaşları bu il ən çox hansı ölkələrə səfər edib? - STATİSTİKA

Pirallahının icra başçısı əməkdaşları imtahan edib, zəif nəticə göstərənləri işdən ÇIXARIR? – RƏSMİ AÇIQLAMA

Pirallahının icra başçısı əməkdaşları imtahan edib, zəif nəticə göstərənləri işdən ÇIXARIR? – RƏSMİ AÇIQLAMA

End of content

No more pages to load

RADİO