Moskvadan ETİRAF – “İqtisadiyyatımız sürətlə geriləyir, belə davam edərsə...” – ÖZƏL

3 ildən çoxdur davam edən Rusiya-Ukrayna müharibəsi hər iki ölkənin iqtisadiyyatına da külli miqdarda zərər vurur. Məlumata görə, Rusiya Ukraynadakı müharibəyə gündə təxminən 400 milyon dollar xərcləyir.

Bəs 3 ildən çox davam edən savaşa ölkələr maddi baxımdan nə qədər davam gətirəcək?

Mövzu ilə bağlı Rusiya Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyasının Sosial Elmlər İnstitutunun Siyasi və İctimai Kommunikasiyalar kafedrasının dosenti, iqtisadçı Nikolay Kulbaka Bizim.Media-ya açıqlama verib.
 

MÖVZU İLƏ BAĞLI:

Rus politoloqlar: “BRİCS ölkələri Zəngəzur dəhlizində maraqlıdır” – ÖZƏL TƏHLİL


İqtisadçı qeyd edib ki, hər keçən gün Rusiya iqtisadiyyatı daha da geriləyir:

“Rusiyanın iqtisadiyyatına, təbii ki, ciddi ziyan dəyib. Bu ziyanı iqtisadi artım tempinin azalmasında, və yüksək inflyasiya səviyyəsində açıq şəkildə görmək olar. Bütün bunlar müharibənin göstəricisidir. Təbii ki, dövlət borcunun artmasını da bura daxil etməliyik. Bütün bunlar Rusiyanın müharibəyə xərclədiklərinin görünən nəticələridir”.

Kulbaka qeyd edib ki, ən çox çətinliyi ölkəyə qarşı sanksiyalar yaradır:

“Bununla yanaşı, sanksiyaların təzyiqi şəraitində bir sıra sahələr də yaxşı durumda deyil. Bunlara avtomobil sənayesi, ehtiyat hissələri ilə bağlı problemlərin yaşandığı aviasiya sektoru, həmçinin məhsullarını indi məcburən Uzaq Şərq vasitəsilə daşımalı olan və çox baha başa gələn kömür sənayesi daxildir. Yəni bir çox sahələrdə problemlər kifayət qədərdir. Bu, ziyanın bir tərəfidir.

Məsələni “müharibəni davam etdirməyə qüvvə yetərlidirmi?” aspektindən götürsək, burda sual çox mürəkkəbdir. İqtisadi cavab isə sadədir: əgər məqsəd belə qoyularsa və bütün resurslar müharibəyə yönəldilərsə, Rusiyanın hərbi əməliyyatları çox uzun müddət davam etdirmək üçün pulu çatacaq. Başqa məsələ odur ki, artıq müharibəni əhalinin həyat səviyyəsində nəzərəçarpacaq azalma olmadan davam etdirmək çətinləşir”.

İqtisadçı əlavə edib ki, siyasət iqtisadiyyatdan asılı olsa da, burada qərar vermək çətinləşir.

Lakin müharibənin bitib-bitməməsi bir şəxsdən - Rusiya Prezidentindən asılıdır:

“Faktiki olaraq, indi Rusiya rəhbərliyi seçim qarşısında qalıb. Əgər hərbi əməliyyatlar davam edərsə, insanların həyat şəraitində qaçılmaz olaraq nəzərəçarpacaq pisləşmə baş verəcək. İndiyədək bundan yayınmağa çalışırdılar. Rusiya buna gedə bilərmi? Ola bilsin, bəli. Amma bunu edib-etməyəcəyi artıq başqa məsələdir. Burada iqtisadi çərçivəni aşan, siyasi qərarlar ön plana çıxır”, - deyə N.Kulbaka əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

NATO İraqdakı bütün qoşunlarını Avropaya təxliyə etdi

NATO İraqdakı bütün qoşunlarını Avropaya təxliyə etdi

“Qalatasaray”ın qapıçısı Premyer Liqa klublarının hədəfində

“Qalatasaray”ın qapıçısı Premyer Liqa klublarının hədəfində

“Zirə”nin legionerləri milli komandada

“Zirə”nin legionerləri milli komandada

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

İsveçrə ABŞ-a silah tədarükünü dayandırdı

İsveçrə ABŞ-a silah tədarükünü dayandırdı

Ağdaşda avtomobil aşdı: 1 ölü, 1 yaralı var

Ağdaşda avtomobil aşdı: 1 ölü, 1 yaralı var

Balıq alarkən DİQQƏTLİ OLUN - VİDEO

Balıq alarkən DİQQƏTLİ OLUN - VİDEO

İnsan ömrü 200 ilə qədər uzana bilər

İnsan ömrü 200 ilə qədər uzana bilər

Faiq Hüseynov vəfat etdi

Faiq Hüseynov vəfat etdi

Çexiyada İsrailin silah zavodu yandırıldı

Çexiyada İsrailin silah zavodu yandırıldı

Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı

Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı

Türkiyədə silahlı insident: Gənc futbolçu öldürüldü, müğənni saxlanıldı

Türkiyədə silahlı insident: Gənc futbolçu öldürüldü, müğənni saxlanıldı

Rusiya İranı ABŞ-a satdı, əvəzində Ukraynanı istəyir - İDDİA

Rusiya İranı ABŞ-a satdı, əvəzində Ukraynanı istəyir - İDDİA

Vahid Ələkbərovun şirkətinin xalis zərəri HƏR KƏSİ şoka saldı

Vahid Ələkbərovun şirkətinin xalis zərəri HƏR KƏSİ şoka saldı

Təbrizə zərbələr: 13 "Bəsic" üzvü öldürüldü - FOTO

Təbrizə zərbələr: 13 "Bəsic" üzvü öldürüldü - FOTO

Britaniyadan ABŞ-a DƏSTƏK - DETALLAR

Britaniyadan ABŞ-a DƏSTƏK - DETALLAR

Dövlət qulluğunda yeni ƏMƏKHAQQI MODELİ - İslahatların mahiyyəti və beynəlxalq təcrübə

Dövlət qulluğunda yeni ƏMƏKHAQQI MODELİ - İslahatların mahiyyəti və beynəlxalq təcrübə

Motosiklet qəzasında ölən şəxs Şuşa uğrunda döyüşən zabit imiş - FOTO

Motosiklet qəzasında ölən şəxs Şuşa uğrunda döyüşən zabit imiş - FOTO

Xankəndidə bayram konserti keçirildi - FOTO/VİDEO

Xankəndidə bayram konserti keçirildi - FOTO/VİDEO

Arda Gülerdən Kənan Yıldıza: Avropada türk fırtınası - FOTO

Arda Gülerdən Kənan Yıldıza: Avropada türk fırtınası - FOTO

Tramp: “İranla savaşı elə bu saat bitirərəm, amma...”

Tramp: “İranla savaşı elə bu saat bitirərəm, amma...”

Putinin dostundan ŞOK AÇIQLAMA: ABŞ və İsrail uduzacaq

Putinin dostundan ŞOK AÇIQLAMA: ABŞ və İsrail uduzacaq

Ukraynada bu il prezident seçkiləri keçiriləcəkmi? - RƏSMİ CAVAB

Ukraynada bu il prezident seçkiləri keçiriləcəkmi? - RƏSMİ CAVAB

Kamran Əliyevə AĞIR İTKİ

Kamran Əliyevə AĞIR İTKİ

End of content

No more pages to load

RADİO