Əli Əsədov Minskdə MDB Hökumət Başçıları Şurasının iclasında İŞTİRAK ETDİ - FOTO

Sentyabrın 29-da Belarus Respublikasının paytaxtı Minskdə Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət Başçıları Şurasının növbəti iclası keçirilib.

Nazirlər Kabinetindən Bizim.Media-ya bildirilib ki, Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov iclasda iştirak edib.

Məhdud tərkibdə iclasda çıxış edən Baş nazir MDB çərçivəsində müxtəlif səviyyələrdə əməkdaşlığın vacibliyini vurğulayıb.
 

Azərbaycan hökumətinin başçısı humanitar əlaqələrin, o cümlədən səhiyyə sahəsində əməkdaşlığın əhəmiyyətini qeyd edib. O əlavə edib ki, iclasda 2026-cı ildə “Sağlamlığın qorunması İli”nə hazırlıq və onun keçirilməsinə dair Tədbirlər Planının təsdiq edilməsi nəzərdə tutulub. Onun sözlərinə görə, bu kontekstdə tibb işçilərinin ixtisasının artırılması və səhiyyə sisteminə innovativ texnologiyaların tətbiqi prioritet məsələlərdəndir.


Ə.Əsədov sağlam və dayanıqlı cəmiyyətin yaradılmasında idmanın rolunu xüsusi vurğulayıb. O deyib: “Təsadüfi deyil ki, MDB çərçivəsində müxtəlif idman tədbirlərinin keçirilməsi xüsusi əhəmiyyət daşıyır, əməkdaşlığın mühüm sahəsi kimi çıxış edir”.

Baş nazir bununla bağlı sentyabrın 28-də Azərbaycanın Gəncə şəhərində III MDB Oyunlarının açılmasını diqqətə çatdırıb.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Ümumilikdə 23 idman növü üzrə 1600-dən çox idmançının mübarizə aparacağı belə böyük idman tədbirinin ilk dəfə olaraq ölkənin regionlarında (7 şəhərdə - Gəncə, Xankəndi, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Yevlaxda) keçirildiyini vurğulayan Ə.Əsədov III MDB Oyunlarının dostluğu, idman ruhunu gücləndirəcəyinə, həmçinin idman sənayesini və mədəniyyətini inkişaf etdirəcəyinə əminliyini ifadə edib.

Azərbaycanın MDB-yə üzv dövlətlərlə iqtisadi-ticari əlaqələrinin inkişafına toxunan Ə.Əsədov cari ilin 8 ayında qarşılıqlı ticarət həcminin 21 faizdən çox artdığını bildirib.
 

Baş nazir beynəlxalq ticarət əlaqələrinin gücləndirilməsində müasir nəqliyyat və logistika infrastrukturunun əsas rolunu qeyd edib. “Azərbaycan Avrasiyanın aparıcı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib və hazırda nəqliyyat infrastrukturunun müasirləşdirilməsi, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində sistemli iş aparılır”, -deyə o vurğulayıb.


Ə.Əsədov onu da əlavə edib ki, regionda yaranmış yeni reallıqları nəzərə alaraq, Azərbaycanın əsas ərazisini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək yeni Zəngəzur dəhlizi üzərində aktiv işlərə başlanılır.

Yaşıl gündəliyə toxunan hökumət başçısı bildirib ki, iqlim dəyişikliyi ilə bağlı qlobal çağırışlar fonunda Azərbaycan yaşıl enerji texnologiyalarına, o cümlədən külək və hidroenergetika sahələrinə fəal sərmayələr yatırır.

Baş nazir bu sahədə beynəlxalq əməkdaşlığın inkişaf etdiyini, xüsusilə Mərkəzi Asiya dövlətləri ilə bərpaolunan enerji mənbələri layihələrinin həyata keçirilməsi üzrə sazişlərin imzalandığı vurğulayıb.

Çıxışının sonunda Baş nazir MDB-nin bütün üzv dövlətləri ilə konstruktiv və qarşılıqlı hörmət əsasında dialoqun davam etdirilməsinin vacibliyinə diqqət çəkib.

Daha sonra hökumət başçıları geniş tərkibdə görüşü davam etdirib, onun yekunlarına dair bir sıra sənədlər imzalanıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ Rusiyanın iki vətəndaşını sanksiya siyahısından çıxardı

ABŞ Rusiyanın iki vətəndaşını sanksiya siyahısından çıxardı

Tramp: “Ukrayna İranla bağlı vəziyyətdə ABŞ-a kömək etmədi”

Tramp: “Ukrayna İranla bağlı vəziyyətdə ABŞ-a kömək etmədi”

"Müğənni vaxtında yatmalı, səsini qorumalı, yaxşı qidalanmalı və çox danışmamalıdır"

"Müğənni vaxtında yatmalı, səsini qorumalı, yaxşı qidalanmalı və çox danışmamalıdır"

NATO İraqdakı bütün qoşunlarını Avropaya təxliyə etdi

NATO İraqdakı bütün qoşunlarını Avropaya təxliyə etdi

“Qalatasaray”ın qapıçısı Premyer Liqa klublarının hədəfində

“Qalatasaray”ın qapıçısı Premyer Liqa klublarının hədəfində

“Zirə”nin legionerləri milli komandada

“Zirə”nin legionerləri milli komandada

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

İsveçrə ABŞ-a silah tədarükünü dayandırdı

İsveçrə ABŞ-a silah tədarükünü dayandırdı

Ağdaşda avtomobil aşdı: 1 ölü, 1 yaralı var

Ağdaşda avtomobil aşdı: 1 ölü, 1 yaralı var

Balıq alarkən DİQQƏTLİ OLUN - VİDEO

Balıq alarkən DİQQƏTLİ OLUN - VİDEO

İnsan ömrü 200 ilə qədər uzana bilər

İnsan ömrü 200 ilə qədər uzana bilər

Faiq Hüseynov vəfat etdi

Faiq Hüseynov vəfat etdi

Çexiyada İsrailin silah zavodu yandırıldı

Çexiyada İsrailin silah zavodu yandırıldı

Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı

Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı

Türkiyədə silahlı insident: Gənc futbolçu öldürüldü, müğənni saxlanıldı

Türkiyədə silahlı insident: Gənc futbolçu öldürüldü, müğənni saxlanıldı

Rusiya İranı ABŞ-a satdı, əvəzində Ukraynanı istəyir - İDDİA

Rusiya İranı ABŞ-a satdı, əvəzində Ukraynanı istəyir - İDDİA

Vahid Ələkbərovun şirkətinin xalis zərəri HƏR KƏSİ şoka saldı

Vahid Ələkbərovun şirkətinin xalis zərəri HƏR KƏSİ şoka saldı

Təbrizə zərbələr: 13 "Bəsic" üzvü öldürüldü - FOTO

Təbrizə zərbələr: 13 "Bəsic" üzvü öldürüldü - FOTO

Britaniyadan ABŞ-a DƏSTƏK - DETALLAR

Britaniyadan ABŞ-a DƏSTƏK - DETALLAR

Dövlət qulluğunda yeni ƏMƏKHAQQI MODELİ - İslahatların mahiyyəti və beynəlxalq təcrübə

Dövlət qulluğunda yeni ƏMƏKHAQQI MODELİ - İslahatların mahiyyəti və beynəlxalq təcrübə

Motosiklet qəzasında ölən şəxs Şuşa uğrunda döyüşən zabit imiş - FOTO

Motosiklet qəzasında ölən şəxs Şuşa uğrunda döyüşən zabit imiş - FOTO

Xankəndidə bayram konserti keçirildi - FOTO/VİDEO

Xankəndidə bayram konserti keçirildi - FOTO/VİDEO

Arda Gülerdən Kənan Yıldıza: Avropada türk fırtınası - FOTO

Arda Gülerdən Kənan Yıldıza: Avropada türk fırtınası - FOTO

Tramp: “İranla savaşı elə bu saat bitirərəm, amma...”

Tramp: “İranla savaşı elə bu saat bitirərəm, amma...”

End of content

No more pages to load

RADİO