İlham Əliyev və Mehriban Əliyeva Gəncədə III MDB Oyunlarının açılış mərasimində -FOTO/VİDEO

Sentyabrın 28-də Gəncədə III MDB Oyunlarının təntənəli açılış mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, tədbirdən əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vətən müharibəsi zamanı Gəncəyə raket hücumları nəticəsində valideynlərini, ailə üzvlərini və yaxın qohumlarını itirmiş, həmçinin xəsarət almış uşaqlarla görüşüblər.

Sonra dövlətimizin başçısı və birinci xanım açılış mərasimini izləyiblər.

Əvvəlcə Azərbaycan Respublikasının üçrəngli Bayrağı arenaya gətirilib və Dövlət Himnimizin sədaları altında ucaldılıb.

Sonra III MDB Oyunlarında iştirak edən ölkələrin idmançılarının təntənəli paradı olub.

Açılış mərasimində Azərbaycan Bayrağını karateçimiz Asiman Qurbanlı və taekvondoçumuz Zemfira Həsənzadə arenaya gətiriblər.

Sonra III MDB Oyunlarının Təşkilat Komitəsinin sədri Samir Şərifov çıxış edərək deyib:

“Zati-aliləri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev.

Zati-aliləri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva.

Hörmətli qonaqlar, atletlər, məşqçilər və idmansevərlər.

Sizi Azərbaycanın qədim diyarı Gəncə şəhərində salamlayır, Müstəqil Dövlətlər Birliyi ölkələrinin III Oyunlarına xoş gəlmisiniz deyirəm.

Bu gündən etibarən Gəncə və daha altı şəhərimiz – Şəki, Qəbələ, Yevlax, Mingəçevir, Göygöl və Xankəndi III MDB Oyunlarına ev sahibliyi edəcək.

On gün davam edəcək yarışlarda Müstəqil Dövlətlər Birliyi ölkələrindən, həmçinin onlara qatılan Türkiyə, Pakistan, Oman, Kuba və Küveytdən 2400 nəfərlik idman nümayəndə heyətləri iştirak edəcək.

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin vətəni, qədim mədəniyyəti və zəngin tarixi olan Gəncə hazırda Müstəqil Dövlətlər Birliyinin idman paytaxtıdır.

Əminik ki, yeni istifadəyə verilən möhtəşəm Gəncə Stadionunda açılışını etdiyimiz bu idman oyunları dostluq, sülh, qarşılıqlı hörmət meyarlarına əsaslanan ədalətli mübarizə meydanı olacaq, ölkələrimiz və xalqlarımız arasında əməkdaşlığın genişlənməsinə, münasibətlərin daha da dərinləşməsinə mühüm töhfə verəcək.

 

Azərbaycanda idmanın inkişafına böyük əhəmiyyət verilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində ölkəmiz beynəlxalq idman ailəsinin nüfuzlu və etibarlı üzvlərindən birinə çevrilmişdir. Azərbaycan müxtəlif illərdə ən mötəbər beynəlxalq yarışlara ev sahibliyi etməklə bacarıqlı təşkilatçı kimi özünü təsdiq etmişdir. Bakıda 2015-ci ildə Birinci Avropa Oyunları, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları, eləcə də müxtəlif növlər üzrə dünya və qitə çempionatları yüksək səviyyədə keçirilmişdir.

 

İnanırıq ki, III MDB Oyunları da bu baxımdan əlamətdar olacaq. Oyunların paytaxt Bakıdan kənarda keçirilməsi ölkəmizin regionlarında da güclü infrastrukturun, idmanın inkişafı üçün lazımi şəraitin yaradıldığını göstərir.

İrimiqyaslı idman yarışlarının ölkənin regionlarında təşkilinə göstərdiyi qayğıya və verdiyi dəstəyə görə Azərbaycan Respublikasının Prezidentinə dərin minnətdarlığımızı ifadə edirik.

Təşkilat Komitəsi olaraq bildiririk ki, şəhərlərimiz MDB Oyunlarının keçirilməsinə, idmançıları azərbaycanlılara xas qonaqpərvərliklə qəbul etməyə tam hazırdır.

Əziz idmançılar və qonaqlar, əminik ki, Azərbaycan bu günlər ərzində sizin üçün ikinci eviniz kimi doğma olacaq. Siz gözəl və zəngin təəssürat toplayacaq, yeni dostlar qazanacaqsınız.

Müstəqil Dövlətlər Birliyi ölkələrinin III Oyunlarında iştirak edən bütün atletlərə uğurlar arzulayırıq. Ümidvarıq ki, onların əzmkarlığı layiqincə qiymətləndiriləcək.

Bu idman bayramı ölkələrimiz arasında həmrəyliyin möhkəmlənməsində yeni bir mərhələ açacaq və Oyunların şüarında deyildiyi kimi, hər bir ürəkdə qələbə işığı yandıracaq”.

x x x

Mərasim iştirakçılarını salamlayan Müstəqil Dövlətlər Birliyinin Baş katibinin müavini Nurlan Seytimov deyib:

“Axşamınız xeyir, əziz dostlar. İcazə verin, sizi Müstəqil Dövlətlər Birliyinin Baş katibi Sergey Nikolayeviç Lebedevin məktubu ilə tanış edim.

“III MDB Oyunlarının təşkilatçılarına, iştirakçılarına və qonaqlarına.

Müstəqil Dövlətlər Birliyi İcraiyyə Komitəsi adından sizi qonaqpərvər Azərbaycan Respublikasında keçirilən III MDB Oyunlarının açılışı münasibətilə ürəkdən salamlayıram.

Xalqlarımızın idman birliyinin parlaq rəmzinə çevrilən bu möhtəşəm idman hadisəsi yalnız atletlərin ən yüksək peşəkarlığını nümayiş etdirmək üçün bir platforma deyil, həm də MDB ölkələri arasında dostluq əlaqələrinin möhkəmlənməsinə, mədəniyyət və idman sahələrində çoxtərəfli əməkdaşlığın inkişafına xidmət edir.

MDB Oyunları idmanın dövrümüzün ən güclü həmrəylik simvollarından biri olduğunun bariz nümunəsidir. Bir neçə gün ərzində Azərbaycan Respublikasının yeddi şəhəri iştirakçıların və tamaşaçıların zövq alacağı möhtəşəm bir idman bayramına ev sahibliyi edəcək.

Bu keyfiyyətlər gəncləri yalnız uğurlu idmançılara deyil, həm də istənilən fəaliyyət sahəsində əsl liderlərə çevirir.

Əminəm ki, III MDB Oyunları Birliyin idman hərəkatı tarixində parlaq iz buraxacaq və humanitar əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcək.

Bütün gənc atletlərə idman qələbələri, yeni rekordlar və şəxsi inkişaf arzulayıram. Qoy bu Oyunlar həm idman arenalarında, həm də ölkələrimizin rifahı naminə görülən yaradıcı işlərdə yeni nailiyyətlərə ruhlandırsın.

Müstəqil Dövlətlər Birliyinin Baş katibi Sergey Nikolayeviç Lebedev”.

x x x

Daha sonra idmançıların və onların məşqçilərinin andiçmə mərasimi olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev III MDB Oyunlarını açıq elan edib.

Tədbir bədii hissə ilə davam edib.

Sonda Gəncə səması al-əlvan atəşfəşanlığa qərq olub.

x x x

Qeyd edək ki, Gəncə şəhəri III MDB Oyunlarının “İdman Paytaxtı” seçilib. Bu qərar MDB-yə üzv dövlətlərin Bədən Tərbiyəsi və İdman Şurasının Belarusun paytaxtı Minskdə keçirilən iclasında qəbul edilib.

Oktyabrın 8-dək davam edəcək III MDB Oyunlarında yarışlar 12 idman məkanında keçiriləcək və atletlər 23 idman növü üzrə 1694 medal (505 qızıl, 505 gümüş, 684 bürünc) uğrunda mübarizə aparacaqlar. Bundan əlavə, qalib komandaların uğuruna ən çox töhfə verən idmançıların da xüsusi mükafatlarla təltif edilməsi nəzərdə tutulub.

Xatırladaq ki, I MDB Oyunları 2021-ci ildə Rusiyanın Kazan şəhərində, II Oyunlar isə 2023-cü ildə Belarusun paytaxtı Minskdə keçirilib.

 

 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ Rusiyanın iki vətəndaşını sanksiya siyahısından çıxardı

ABŞ Rusiyanın iki vətəndaşını sanksiya siyahısından çıxardı

Tramp: “Ukrayna İranla bağlı vəziyyətdə ABŞ-a kömək etmədi”

Tramp: “Ukrayna İranla bağlı vəziyyətdə ABŞ-a kömək etmədi”

"Müğənni vaxtında yatmalı, səsini qorumalı, yaxşı qidalanmalı və çox danışmamalıdır"

"Müğənni vaxtında yatmalı, səsini qorumalı, yaxşı qidalanmalı və çox danışmamalıdır"

NATO İraqdakı bütün qoşunlarını Avropaya təxliyə etdi

NATO İraqdakı bütün qoşunlarını Avropaya təxliyə etdi

“Qalatasaray”ın qapıçısı Premyer Liqa klublarının hədəfində

“Qalatasaray”ın qapıçısı Premyer Liqa klublarının hədəfində

“Zirə”nin legionerləri milli komandada

“Zirə”nin legionerləri milli komandada

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

İsveçrə ABŞ-a silah tədarükünü dayandırdı

İsveçrə ABŞ-a silah tədarükünü dayandırdı

Ağdaşda avtomobil aşdı: 1 ölü, 1 yaralı var

Ağdaşda avtomobil aşdı: 1 ölü, 1 yaralı var

Balıq alarkən DİQQƏTLİ OLUN - VİDEO

Balıq alarkən DİQQƏTLİ OLUN - VİDEO

İnsan ömrü 200 ilə qədər uzana bilər

İnsan ömrü 200 ilə qədər uzana bilər

Faiq Hüseynov vəfat etdi

Faiq Hüseynov vəfat etdi

Çexiyada İsrailin silah zavodu yandırıldı

Çexiyada İsrailin silah zavodu yandırıldı

Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı

Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı

Türkiyədə silahlı insident: Gənc futbolçu öldürüldü, müğənni saxlanıldı

Türkiyədə silahlı insident: Gənc futbolçu öldürüldü, müğənni saxlanıldı

Rusiya İranı ABŞ-a satdı, əvəzində Ukraynanı istəyir - İDDİA

Rusiya İranı ABŞ-a satdı, əvəzində Ukraynanı istəyir - İDDİA

Vahid Ələkbərovun şirkətinin xalis zərəri HƏR KƏSİ şoka saldı

Vahid Ələkbərovun şirkətinin xalis zərəri HƏR KƏSİ şoka saldı

Təbrizə zərbələr: 13 "Bəsic" üzvü öldürüldü - FOTO

Təbrizə zərbələr: 13 "Bəsic" üzvü öldürüldü - FOTO

Britaniyadan ABŞ-a DƏSTƏK - DETALLAR

Britaniyadan ABŞ-a DƏSTƏK - DETALLAR

Dövlət qulluğunda yeni ƏMƏKHAQQI MODELİ - İslahatların mahiyyəti və beynəlxalq təcrübə

Dövlət qulluğunda yeni ƏMƏKHAQQI MODELİ - İslahatların mahiyyəti və beynəlxalq təcrübə

Motosiklet qəzasında ölən şəxs Şuşa uğrunda döyüşən zabit imiş - FOTO

Motosiklet qəzasında ölən şəxs Şuşa uğrunda döyüşən zabit imiş - FOTO

Xankəndidə bayram konserti keçirildi - FOTO/VİDEO

Xankəndidə bayram konserti keçirildi - FOTO/VİDEO

Arda Gülerdən Kənan Yıldıza: Avropada türk fırtınası - FOTO

Arda Gülerdən Kənan Yıldıza: Avropada türk fırtınası - FOTO

Tramp: “İranla savaşı elə bu saat bitirərəm, amma...”

Tramp: “İranla savaşı elə bu saat bitirərəm, amma...”

End of content

No more pages to load

RADİO