Prezident Gəncə Memorial Kompleksinin açılışında – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də – Anım Günündə Gəncə Memorial Kompleksinin açılışında iştirak edib.

Bizim.Media xəbər verir ki, əvvəlcə dövlətimizin başçısı memorial lövhənin qarşısına əklil qoyub.

Azərbaycan Prezidenti Anım Günü ilə əlaqədar Gəncə Memorial Kompleksində saat 12:00-da Vətən müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad edib.

Sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev dövlət başçısına kompleks barədə ətraflı məlumat verib.

Prezident İlham Əliyevin 2022-ci ilin yanvarında təməlini qoyduğu bu kompleks İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın raket hücumlarının qurbanı olmuş günahsız insanların əziz xatirəsini əbədiləşdirmək və müharibənin acı reallıqlarını gələcək nəsillərə çatdırmaq məqsədi daşıyır.
 

Bu ilin martında Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva qızları Leyla və Arzu Əliyeva ilə birlikdə layihə ilə tanış olub, avqust ayında isə Prezident İlham Əliyev və birinci xanım kompleksdə görülən işlərin gedişinə baxış keçiriblər.


Xatırladaq ki, cəbhə xəttindən 80 kilometr aralıda yerləşən Gəncə şəhəri Vətən müharibəsi dövründə oktyabrın 4-ü, 5-i, 8-i, 11-i və 17-də Ermənistan silahlı qüvvələrinin “Toçka-U”, “Smerç”, “SCUD” və digər raket sistemlərindən atəşə məruz qalıb. Bu amansız hücumlar nəticəsində 6-sı uşaq olmaqla, 26 mülki şəxs həyatını itirib, 142 dinc sakin isə yaralanıb.

Bildirildi ki, Memorial məhz həmin zərbələrdən birinin endirildiyi ərazidə – yaşayış binalarının yerində inşa olunub və 4 hektar sahəni əhatə edir. Orijinal memarlıq həlli ilə seçilən abidə spiralvari forması ilə raketin yerdə buraxdığı iz – krateri simvolizə edir. Kompleksin açıq meydanında isə dağıdılmış binaların qalıqları xüsusi instalyasiya şəklində qorunub saxlanılıb.
Aypara formalı ikimərtəbəli binanın ümumi sahəsi 2400 kvadratmetrdir. Birinci mərtəbədə muzey ekspozisiyası, ikinci mərtəbədə isə seminar, təlim və müxtəlif tədbirlərin keçirilməsi üçün nəzərdə tutulmuş çoxfunksiyalı zal yerləşir.

Muzeydə “XX əsrin əvvəli”, “Deportasiya və məcburi köçkünlük”, “Soyqırımı və kütləvi qırğınlar”, “Atəşkəs və Vətən müharibəsi dövrü”, “İtkin düşənlər, kütləvi məzarlıqlar, mina terroru” və “İşıqlı gələcəyə doğru” mövzularına həsr olunmuş zallar fəaliyyət göstərir.
 

Ekspozisiya ziyarətçilərə əvvəlcə XX əsrin əvvəllərində baş verən faciələri, o cümlədən 1918-ci ilin mart soyqırımını tarixi faktlarla təqdim edir. Burada, həmçinin 1948–1953-cü illərdə soydaşlarımızın Qərbi Azərbaycandan kütləvi deportasiyası əks etdirilib. İnteraktiv bölmədə arxiv materialları, tarixi sənədlər və dağıdılmış mədəni irs nümunələri ilə tanış olmaq mümkündür.


Növbəti bölmələrdə 1987–1994-cü illərdə Azərbaycan xalqının üzləşdiyi etnik təmizləmə cinayətləri, dinc əhaliyə qarşı törədilmiş soyqırımlar və sistemli qırğınlar haqqında məlumatlar yer alıb. Muzeyin ayrıca hissəsi isə müasir dövrdə – atəşkəs illərində, Vətən müharibəsi günlərində və ondan sonrakı mərhələdə mülki əhalinin məqsədli şəkildə hədəfə alınması faktlarına həsr olunub.

Ekspozisiyanın son hissəsi uzun illər davam edən haqsızlıqlara baxmayaraq, mübarizliyini qoruyan Azərbaycan xalqının əzmkarlığının və qələbə əzminin təntənəsinə həsr olunub.

Sonra Prezident İlham Əliyev Gəncə Memorial Kompleksində Ermənistanın raket hücumu zamanı hər iki valideynini itirən Nilay Əliyeva və onun babası Zahid Babazadə ilə görüşüb.


X X X

Qeyd edək ki, bu memorial yalnız bir abidə deyil, həm də beynəlxalq ictimaiyyətə ünvanlanmış çağırışdır. Ermənistanın dinc əhalimizə qarşı törətdiyi raket hücumları təkcə Cenevrə konvensiyalarını deyil, həm də bəşəriyyətin ən fundamental mənəvi dəyərlərini pozurdu. Azərbaycan isə müharibə dövründə beynəlxalq hüququn tələblərinə sadiq qalaraq yalnız legitim hərbi hədəfləri vurub, qisasını döyüş meydanında alıb.

Gəncə Memorial Kompleksi həm də gələcək nəsillər üçün tariximizin canlı yaddaş salnaməsi olacaq bir məkandır. Bu şərəfli tarixi isə Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı yazdı.

Allah şəhidlərimizə rəhmət eləsin!





























Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BMT Baş Assambleyasının 80-ci sessiyası zamanı rəsmi qəbuldan TARİXİ FOTO

BMT Baş Assambleyasının 80-ci sessiyası zamanı rəsmi qəbuldan TARİXİ FOTO

Kürdəmirdə şəhidlərimizin əziz xatirəsi yad edildi – VİDEO

Kürdəmirdə şəhidlərimizin əziz xatirəsi yad edildi – VİDEO

Şəhid xanımı: “Sənin yoxluğunla müharibə etmək atəşkəs tanımır” – FOTO

Şəhid xanımı: “Sənin yoxluğunla müharibə etmək atəşkəs tanımır” – FOTO

Zəfərin həmyaşıdı – Bizim.Media – VİDEO

Zəfərin həmyaşıdı – Bizim.Media – VİDEO

Suriyada Bəşər Əsədin həbsinə order verildi

Suriyada Bəşər Əsədin həbsinə order verildi

Yuxudan ZƏFƏRƏ - "Təcili yardım maşınından üç şəhid tabutu düşürdülər"

Yuxudan ZƏFƏRƏ - "Təcili yardım maşınından üç şəhid tabutu düşürdülər"

Yağışlı havada hansı qidaların qəbulu məsləhətlidir? – Mütəxəssislərdən TÖVSİYƏLƏR

Yağışlı havada hansı qidaların qəbulu məsləhətlidir? – Mütəxəssislərdən TÖVSİYƏLƏR

Azərbaycanın futbol millisi III MDB Oyunlarına qələbə ilə başladı – FOTO

Azərbaycanın futbol millisi III MDB Oyunlarına qələbə ilə başladı – FOTO

Qusarda şəhidlərimizin xatirəsi ehtiramla yad edildi – FOTO

Qusarda şəhidlərimizin xatirəsi ehtiramla yad edildi – FOTO

Vətən müharibəsinin ilk günündə şəhid olan hərbçilərimiz – ADLAR

Vətən müharibəsinin ilk günündə şəhid olan hərbçilərimiz – ADLAR

İlham Əliyev Gəncə şəhər stadionunun açılışında – FOTO

İlham Əliyev Gəncə şəhər stadionunun açılışında – FOTO

Azərbaycan gübrə və azot birləşmələri istehsalını artırıb

Azərbaycan gübrə və azot birləşmələri istehsalını artırıb

Prezident Gəncə Memorial Kompleksinin açılışında – FOTO

Prezident Gəncə Memorial Kompleksinin açılışında – FOTO

Prosineçki millimizə qayıdır?

Prosineçki millimizə qayıdır?

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa EDİLDİ

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa EDİLDİ

Mehriban Ələkbərzadənin quruluşunda "Baş" tamaşası: Premyeradan qeydlər

Mehriban Ələkbərzadənin quruluşunda "Baş" tamaşası: Premyeradan qeydlər

“Məktəblərdə pul yığılması halları var” - Emin Əmrullayev

“Məktəblərdə pul yığılması halları var” - Emin Əmrullayev

Ağdamın Quzanlı kəndində şəhidlərin xatirəsi yad olundu – VİDEO

Ağdamın Quzanlı kəndində şəhidlərin xatirəsi yad olundu – VİDEO

Ərdoğan: “Qarabağ sonsuza qədər Azərbaycandır” – FOTO

Ərdoğan: “Qarabağ sonsuza qədər Azərbaycandır” – FOTO

DTX-dən Anım Günü ilə bağlı paylaşım – VİDEO

DTX-dən Anım Günü ilə bağlı paylaşım – VİDEO

Prezident İlham Əliyev “BakuBus” MMC-nin Gəncə Avtoparkının açılışında – FOTO

Prezident İlham Əliyev “BakuBus” MMC-nin Gəncə Avtoparkının açılışında – FOTO

Astarada bəzi əraziləri su basdı - 30 nəfər təxliyə edildi – VİDEO

Astarada bəzi əraziləri su basdı - 30 nəfər təxliyə edildi – VİDEO

Sabah yağış yağacaq – PROQNOZ

Sabah yağış yağacaq – PROQNOZ

Alyona Əliyevadan Anım Günü ilə bağlı paylaşım – VİDEO

Alyona Əliyevadan Anım Günü ilə bağlı paylaşım – VİDEO

End of content

No more pages to load

RADİO