İlham Əliyevin 22 il öncə BMT-də dediyi kimi...

24 sentyabr 2003-cü il, Nyu-York…

Azərbaycanın Baş naziri İlham Əliyev çevik addımlarla BMT Baş Assambleyasının 58-ci sessiyasının xitabət kürsüsünə doğru irəliləyir…  

Artıq bir aydır ölkə hakimiyyətinin ikinci şəxsi kimi fəaliyyət göstərən, həm də Klivlenddə müalicə alan Prezidentin səlahiyyətlərini formal olaraq həyata keçirən Baş nazirin dünyanın ən mühüm siyasi mərkəzindəki çıxışına böyük diqqət var…

25 sentyabr 2025-ci il, Nyu-York…

Azərbaycan Prezidenti İlham Əliyev ağır addımlarla BMT Baş Assambleyasının 80-ci sessiyasının xitabət kürsüsünə doğru irəliləyir…  

Öz gücü ilə ərazisini işğaldan azad etmək modelini yaradan, ABŞ-dən dənizaşırı bölgəsinədək bütün siyasi məkanlarda qüdrətli lider kimi qəbul edilən, dünyanın birinci siyasi şəxsindən müstəmləkə şəraitində yaşayan sadə vətəndaşlara qədər geniş silsilədə əsl dost sayılan Prezidentin dünyanın ən mühüm siyasi mərkəzindəki çıxışına böyük diqqət var…

22 il öncəki diqqətin səbəbi aydın idi. Hər kəs üç həftə sonra keçiriləcək prezident seçkilərində namizəd olan 42 yaşlı siyasətçinin Qarabağ münaqişəsinin həllərinə dair baxışlarını, öz məmləkətinə nə vəd etməsini, ən əsası isə Qafqazda maraqları gərginləşən fövqəldövlətlərə nə kimi mesajlar verəcəyini gözləyirdi.

İlham Əliyev uzun illər AŞPA-da uğurlu fəaliyyət göstərməsinə, bu qurumun vitse-prezidenti seçilməsinə rəğmən BMT-dəki çıxış onun üçün həm bu yeni vəzifəsi, həm də daşıdığı və daşıyacağı missiyalar baxımından ən böyük siyasi və diplomatik imtahan idi…

Baş nazirdən çoxları güzəştli mövqe, ehtiyatlı yanaşma, hamının “könlünü alacaq” bəyanatlar gözləyirdi. Qərbin çox güclü maddi-siyasi dəstəyi və diqtəsi altında olan radikal müxalifətlə mübarizə aparan İlham Əliyev o zamanki şərait və siyasi konyunktura baxımından əslində, məntiqlə belə də etməli idi…

Amma bu insan nə vaxt siyasi şəraitə uyğunlaşdı, konyunkturaya əməl etdi ki… Elə  dövlətinin və fəaliyyət kursunun müstəqilliyi də məhz onun şəxsi müstəqilliyindən qaynaqlanır...

İlham Əliyev nəyi necə və nə zaman edəcəyini elə Baş nazir olarkən də dəqiq bilirdi…

“Azərbaycan heç zaman “mövcud reallıqlar” əsasında həll variantı ilə razılaşmayacaq və torpağının bir qarışını belə heç kimə verməyəcəkdir. Azərbaycanın səbri sonsuz deyil və heç kim bundan sui-istifadəyə cəhd etməsin”, - bu, İlham Əliyevin yalnız Qarabağ münaqişəsi ilə deyil, ümumiyyətlə güc mərkəzləri ilə bağlı mövqeyi idi. Yəni, işğalçının birmənalı himayəçiləri olan fövqəldövlətlərin dəstəyini almaq üçün mən və dövlətim əsla güzəştə getməyəcəyik!..

Ölkədəki siyasi, iqtisadi, sosial islahatların yeni mərhələdə daha güclü dinamizmlə aparılacağını və hakimiyyətlə xalqın vəhdəti ilə bütün problemlərin həllinə imkanların olduğunu bəyan edən Baş nazir güclü siyasi mövqe, qətiyyətli liderlik nümayiş etdirdi…

İlham Əliyev BMT-nin tribunasından özünün və ölkəsinin siyasi gələcəyi üçün heç bir qüvvədən “xeyir-dua” almağa lüzum görmədi. Gərəkli olan əsas xeyir-duanı səhərisi günü Klivlenddən – Prezident Heydər Əliyevdən aldı. Bir həftə sonra isə “Mən ona özüm qədər inanıram” çağırışı ilə milləti öz ətrafında səfərbər edərək, yeni yola çıxdı…

Bu yol Azərbaycan tarixinin ən qüdrətli dövrünə, ən böyük Zəfərə, bütövlüyünün və suverenliyinin tam təmin olunma mərhələsinə çatdırdı…

Dünən isə İlham Əliyevə, onun çıxışına olan diqqət, maraq bu şəxsin son 22 il ərzində yaratdıqlarına və öz ölkəsinə, dünyaya bəxş etdiyi töhfələrə görə idi.

“Uzun illər ərzində mən bu kürsüdən Azərbaycana qarşı törədilmiş təcavüz, işğal və ədalətsizlik faciələri barədə danışmışam. Bu gün isə qələbəyə və sülhə aparan uzun yolumuzdan, Azərbaycan tarixində yeni dövrdən, Vətən müharibəsi ilə işğala necə son qoyulduğundan, sülhü siyasi vasitələrlə necə təmin etməyimizdən danışacağam...”

Tam 22 il fərqlə eyni məkanda, eyni liderin çıxışlarının timsalında dəyişən dünyanı, dəyişən məmləkəti, dəyişən fövqəlqüvvələr nisbətini anlamaq üçün hansısa əlahiddə düşüncəyə, siyasi hazırlığa əsla ehtiyac yoxdur. Hər şey göz önündədir. 

Bəlkə də Zəfərdən sonra siyasi, diplomatik nailiyyətlərimizin sayı o qədər artdı ki, artıq mühümlük göstəricisinin ən üst zirvəsində olan hadisəyə belə soyuqqanlılıqla, adi bir olay kimi baxırıq. İlham Əliyev xüsusən son 5 il ərzində tariximizdə görünməmiş elə nəhəng uğur miqyası cızıb ki... Və bu baxımdan adiləşən nailiyyətlər zəncirində çox vacib hadisələrə də bəzən lazımi dəyəri vermirik.

Məsələn, bir sözü ilə hansısa dövlətin, xalqın müqəddəratını dəyişdirmək, onu savaşa, xaosa sürükləmək imkanında olan, yaxud da onlarla ölkənin rəhbərini təhdid edən, kabinetində aşağılayan ABŞ Prezidenti son aylarda İlham Əliyevin liderliyi və şəxsiyyəti barədə yüksək münasibətini azı 10 dəfə ifadə edib. Özü də Tramp bütün hallarda tam səmimidir. Digər prezidentləri məsxərəyə qoyanda da, İlham Əliyevə “qüdrətli lidersiniz, əsl dostumsunuz”, - deyəndə də!

İki gün öncə digər dünya liderlərinin önündə İlham Əliyevə xitabən “Mən Sizə təşəkkür etmək istəyirəm, dostum… Mən Sizinlə həqiqətən fəxr edirəm. Siz çox gözəl insansınız”, - deyən Trampla unutmayaq ki, 5 dəqiqəlik görüş üçün yalvaran onlarla ölkə prezidenti var. Bunu isə ABŞ-nin dövlət katibinin özü rəsmən bəyan edib.

Onilliklər boyu Azərbaycana qarşı hər cür rəzilliyi edən, dövlət çevrilişlərini maliyyələşdirən, sanksiyalar tətbiq edən, separatçılara açıq dəstək verən bu, eləcə də digər fövqəldövlətlər indi İlham Əliyevə heyranlıqlarını ifadə edirlər.

İlham Əliyevin gücü nədədir? Nədir İlham Əliyev belə güclü edən?

Yüksək məsuliyyət, qlobal düşüncə, idarəçilik istedadı, birləşdiricilik bacarığı, prosesləri nəzarətə almaq, onlara yön vermək qabiliyyəti, xarizma və digər bu kimi göstəricilər İlham Əliyev liderliyinin əsas dəyərləri kimi qəbul edilir. Fəqət Prezidenti daha fərqli edən, onu liderlər sırasında bayraqdara çevirən xüsusiyyət ayrıdır: qətiyyət və cəsarət. İlham Əliyevin şəxsində, demək olar ki, hər gün gördüyümüz qətiyyət və cəsarət indi yalnız bir insanın və liderin deyil, artıq bütöv bir millətin və dövlətin səciyyəvi dəyəridir.

İlham Əliyevin qətiyyətli liderliyini yalnız Azərbaycan miqyasında cərəyan edən proseslərdə deyil, həm də qlobal məkanda təzahür edən ziddiyyətli olayların kontekstində aşkar görürük. Prezident qlobal güclərin qarşısında açıq mübarizədədir. Şimaldan bir təsir, cənubdan bir təhdid, Qərbdən bir təzyiq, Şərqin də öz “musiqiləri...” Hələ üzdə dost, qardaş olanlardan gələn dalğalar... İlham Əliyev onların hamısını neytrallaşdırır, hər cür təzyiqə sinə gərir. Görünən və görünməyən təsirlərə əhəmiyyət vermir. 

İlham Əliyevdən onilliklər boyu israrla güzəşt istəyənlər, indi İlham Əliyevin onlardan tələb etdiyi güzəştləri qəbul etmək məcburiyyətindədirlər!

İlham Əliyevin dayağı bütün Azərbaycandır. Buna görə də Azərbaycan Prezidenti dayağını xaricdə, okeanın o tayında, ya da bu tayında axtarmır. Liderimiz qərarlıdır: o taylar, bu taylar gəldi-gedərdi, əbədi olan isə Azərbaycandır, onun müstəqilliyidir.

“Lider təmsil etdiyi xalqın və ölkənin nüfuzunu müəyyənləşdirir” qənaəti dəqiq yanaşmadır. Azərbaycanın son illərdə beynəlxalq imicinin dəfələrlə yüksəlməsi, respublikamızın ən ali səviyyəli tədbirlərdə ön cərgədə iştirakı, ya da ona evsahibliyi etməsi, qlobal miqyasda daim ölkəmizin rəyi ilə hesablaşılması və digər belə qürurverici olaylar, əlbəttə ki, hansısa təbii proseslərin nəticəsi deyil. Bu nailiyyətlər birbaşa olaraq Liderin - İlham Əliyevin fövqəladə fəaliyyətinin, nümayiş etdirdiyi qeyri-adi əzmkarlığın, səmərəli rəhbərlik qabiliyyətinin, yüksək diplomatik bacarığının, əsasən də qətiyyət və cəsarətinin məntiqi yekunudur.

İlham Əliyev başqa liderlərdən fərqli olaraq, hər zaman ədalətli və haqlı çıxır. İlham Əliyevin sözü Azərbaycanın sözüdür və o, hər zaman sözünün arxasındadır, bu söz heç bir halda qüvvədən düşə bilməz. İlham Əliyevin nüfuzu Azərbaycanın nüfuzudur və onu daha da möhkəmləndirən amil isə Prezidentin öz qətiyyətindən, prinsipiallığından zərrə qədər geri çəkilməməsidir.

İlham Əliyevin güc qaynağının formulu göründüyü kimi sadə, eyni zamanda möhtəşəmdir!

22 il öncə Baş nazir İlham Əliyevin və dünən Prezident İlham Əliyevin BMT-də nümayiş etdirdiyi ustad dərslərində olduğu kimi...

İxtiyar Hüseynli,
Əməkdar jurnalist 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

Hərbi Prokurorluqda Hərbi İnstitutun kursantları ilə görüş KEÇİRİLDİ

Hərbi Prokurorluqda Hərbi İnstitutun kursantları ilə görüş KEÇİRİLDİ

“Sərvət mələyi” artıq yoldadır: Sentyabrın sonunda o, üç bürcə qızıl yağdıracaq

“Sərvət mələyi” artıq yoldadır: Sentyabrın sonunda o, üç bürcə qızıl yağdıracaq

Zelenski Trampdan yeni raketlər istəyib - KİV

Zelenski Trampdan yeni raketlər istəyib - KİV

Naxçıvandakı təqaüdçülərin NƏZƏRİNƏ

Naxçıvandakı təqaüdçülərin NƏZƏRİNƏ

DİQQƏT: Bakının bəzi yollarında tıxac var

DİQQƏT: Bakının bəzi yollarında tıxac var

“Fənərbağça” Tedeskonu da istefaya göndərir?

“Fənərbağça” Tedeskonu da istefaya göndərir?

Bakıda gecə klubunda dava, 16 yaşlı qız sevgilisini BIÇAQLANDI

Bakıda gecə klubunda dava, 16 yaşlı qız sevgilisini BIÇAQLANDI

Marketdə saxta alkoqollu içkilər AŞKARLANDI - FOTO

Marketdə saxta alkoqollu içkilər AŞKARLANDI - FOTO

“Sabah”ın futbolçusu əməliyyat olundu - FOTO

“Sabah”ın futbolçusu əməliyyat olundu - FOTO

Azyaşlı qızların TikTok marağı – Valideyn məsuliyyətsizliyi, yoxsa dövrün tələbi?

Azyaşlı qızların TikTok marağı – Valideyn məsuliyyətsizliyi, yoxsa dövrün tələbi?

İlham Əliyevin 22 il öncə BMT-də dediyi kimi...

İlham Əliyevin 22 il öncə BMT-də dediyi kimi...

Hava kəskin DƏYİŞİR – Bu qaydalara ciddi riayət EDİN!

Hava kəskin DƏYİŞİR – Bu qaydalara ciddi riayət EDİN!

Ödənişli təhsil alanların bəziləri pulsuz oxuya biləcək

Ödənişli təhsil alanların bəziləri pulsuz oxuya biləcək

Beyin sağlamlığına yaxşı təsir edən 8 QİDA

Beyin sağlamlığına yaxşı təsir edən 8 QİDA

Özünə peyğəmbər deyərək 4 il gizlənmişdi - Məhkəməsi başlayır

Özünə peyğəmbər deyərək 4 il gizlənmişdi - Məhkəməsi başlayır

Yüksək səslə musiqi dinləyən sürücülərə XƏBƏRDARLIQ

Yüksək səslə musiqi dinləyən sürücülərə XƏBƏRDARLIQ

İlham Əliyev göstərdi ki, beynəlxalq hüququn nüfuzunu necə və hansı yolla bərpa etmək olar - Fərhad Məmmədov

İlham Əliyev göstərdi ki, beynəlxalq hüququn nüfuzunu necə və hansı yolla bərpa etmək olar - Fərhad Məmmədov

Gəncə sakinlərinin NƏZƏRİNƏ – Sentyabrın 28-də...

Gəncə sakinlərinin NƏZƏRİNƏ – Sentyabrın 28-də...

Azərbaycan Basketbol Liqasında yeni mövsümə START VERİLİR

Azərbaycan Basketbol Liqasında yeni mövsümə START VERİLİR

Uzun gündüz yuxusu ömrü qısalda bilər - Alimlər xəbərdarlıq edir

Uzun gündüz yuxusu ömrü qısalda bilər - Alimlər xəbərdarlıq edir

Zelenski: “Rusiyadan əraziləri diplomatik yolla qaytara bilərik”

Zelenski: “Rusiyadan əraziləri diplomatik yolla qaytara bilərik”

Gülçöhrə Rao beynəlxalq gözəllik müsabiqəsində UĞUR QAZANDI – FOTO/VİDEO

Gülçöhrə Rao beynəlxalq gözəllik müsabiqəsində UĞUR QAZANDI – FOTO/VİDEO

Dünyanın beyin mərkəzlərinin nümayəndələrindən “Bizim.Media”ya YUBİLEY TƏBRİKİ – VİDEO

Dünyanın beyin mərkəzlərinin nümayəndələrindən “Bizim.Media”ya YUBİLEY TƏBRİKİ – VİDEO

End of content

No more pages to load

RADİO