İlham Əliyev göstərdi ki, beynəlxalq hüququn nüfuzunu necə və hansı yolla bərpa etmək olar - Fərhad Məmmədov

“Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının yubiley 80-ci sessiyasında çıxışı həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə Azərbaycanın prioritetlərini əks etdirən güclü siyasi mesaj oldu. Dövlət başçısı nitqində tarixi əhəmiyyət kəsb edən mövzuya — Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına xüsusi diqqət ayırdı”.

Bizim.Media xəbər verir ki, bu fikirlər politoloq Fərhad Məmmədovun Minval Politika-ya şərhində yer alıb.

Mövzunun aktuallığını nəzərə alaraq həmin şərhi sizə təqdim edirik:

“Çıxışda azad edilmiş ərazilərin bərpası prosesinə geniş yer verildi. Prezident infrastruktur, ekologiya, şəhərsalma və sosial xidmətlər sahəsində həyata keçirilən genişmiqyaslı layihələrdən ətraflı danışdı. Onun sözlərinə görə, bu səylər təkcə dağıdılmış rayonların dirçəldilməsinə deyil, həm də keçmiş məcburi köçkünlərin doğma torpaqlarına təhlükəsiz və ləyaqətli qayıdışının təmin edilməsinə yönəlib.
 

Dövlət başçısı həmçinin əminliklə bildirdi ki, 2026-cı ildə Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumu Azərbaycanın səylərinin tanınması olmaqla yanaşı, davamlı şəhər inkişafı sahəsində uğurlu təcrübəsini bölüşmək imkanı da verəcək.


Nitqin ayrıca hissəsi regional əməkdaşlığa həsr olunmuşdu. Prezident Türkiyə ilə birgə həyata keçirilən nəqliyyat-logistika layihələrinin strateji əhəmiyyətini, eləcə də Mərkəzi Asiya ilə əlaqələrin möhkəmlənməsini vurğuladı. O, bu təşəbbüslərin artıq yeni regional qarşılıqlı fəaliyyət arxitekturası formalaşdırdığını və burada Azərbaycanın əsas həlqə rolunu oynadığını qeyd etdi.

İlham Əliyev həmçinin ekoloji çağırışlara toxundu. O, xüsusilə Xəzər dənizinin səviyyəsinin enməsi məsələsini qabardaraq bunun sadəcə iqlim dəyişikliklərinin nəticəsi olmadığını bildirdi.

Prezident Baş Assambleyanın tribunasında Azərbaycanın yalnız ərazi bütövlüyünü bərpa edən deyil, həm də regionda konstruktiv gündəm müəyyənləşdirən dövlət olduğunu nümayiş etdirdi. Dövlət başçısı beynəlxalq hüququn aliliyinin vacibliyini vurğuladı və göstərdi ki, BMT Nizamnaməsinə və beynəlxalq hüququn prinsiplərinə uyğun aparılan ədalətli mübarizə balansı bərpa edə, suverenliyi gücləndirə bilər.

Prezident göstərdi ki, beynəlxalq hüququn nüfuzunu necə və hansı yolla bərpa etmək olar. Azərbaycanın nümunəsi ədalətli müharibə nümunəsidir, nəticədə ərazi bütövlüyü və suverenlik bərpa olundu.

İlham Əliyev çıxışında hərbi və xarici siyasət mövzuları ilə kifayətlənmədi. O, Bakının sülh təşəbbüslərini, o cümlədən Ermənistanla dayanıqlı sülhə nail olmaq niyyətini də aydın şəkildə ifadə etdi ki, bu da Azərbaycanın məsuliyyətli mövqeyini ortaya qoyur.

Xüsusi maraq doğuran məqamlar isə azad olunmuş ərazilərin bərpası, logistika dəhlizlərinin inkişafı və ekoloji problemlər, xüsusən də Xəzər bölgəsindəki vəziyyətlə bağlı vurğular oldu.
 

Prezident bəyan etdi ki, Xəzərin səviyyəsinin enməsi sadəcə iqlim dəyişikliyi nəticəsi deyil. Bu, insan fəaliyyəti ilə bağlı problemdir və əgər beş Xəzəryanı dövlət bunun öhdəsindən gələ bilmirsə, məsələ beynəlxalq müstəvidə qaldırılmalıdır.


Ümumilikdə, Azərbaycan davamlı inkişaf, regional əməkdaşlığın möhkəmləndirilməsi və beynəlxalq arenada ədalətli nizamın irəlilədilməsi istiqamətində yetkin və strateji baxımdan dəqiq xarici siyasət kursunu nümayiş etdirdi”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ Rusiyanın iki vətəndaşını sanksiya siyahısından çıxardı

ABŞ Rusiyanın iki vətəndaşını sanksiya siyahısından çıxardı

Tramp: “Ukrayna İranla bağlı vəziyyətdə ABŞ-a kömək etmədi”

Tramp: “Ukrayna İranla bağlı vəziyyətdə ABŞ-a kömək etmədi”

"Müğənni vaxtında yatmalı, səsini qorumalı, yaxşı qidalanmalı və çox danışmamalıdır"

"Müğənni vaxtında yatmalı, səsini qorumalı, yaxşı qidalanmalı və çox danışmamalıdır"

NATO İraqdakı bütün qoşunlarını Avropaya təxliyə etdi

NATO İraqdakı bütün qoşunlarını Avropaya təxliyə etdi

“Qalatasaray”ın qapıçısı Premyer Liqa klublarının hədəfində

“Qalatasaray”ın qapıçısı Premyer Liqa klublarının hədəfində

“Zirə”nin legionerləri milli komandada

“Zirə”nin legionerləri milli komandada

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

İsveçrə ABŞ-a silah tədarükünü dayandırdı

İsveçrə ABŞ-a silah tədarükünü dayandırdı

Ağdaşda avtomobil aşdı: 1 ölü, 1 yaralı var

Ağdaşda avtomobil aşdı: 1 ölü, 1 yaralı var

Balıq alarkən DİQQƏTLİ OLUN - VİDEO

Balıq alarkən DİQQƏTLİ OLUN - VİDEO

İnsan ömrü 200 ilə qədər uzana bilər

İnsan ömrü 200 ilə qədər uzana bilər

Faiq Hüseynov vəfat etdi

Faiq Hüseynov vəfat etdi

Çexiyada İsrailin silah zavodu yandırıldı

Çexiyada İsrailin silah zavodu yandırıldı

Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı

Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı

Türkiyədə silahlı insident: Gənc futbolçu öldürüldü, müğənni saxlanıldı

Türkiyədə silahlı insident: Gənc futbolçu öldürüldü, müğənni saxlanıldı

Rusiya İranı ABŞ-a satdı, əvəzində Ukraynanı istəyir - İDDİA

Rusiya İranı ABŞ-a satdı, əvəzində Ukraynanı istəyir - İDDİA

Vahid Ələkbərovun şirkətinin xalis zərəri HƏR KƏSİ şoka saldı

Vahid Ələkbərovun şirkətinin xalis zərəri HƏR KƏSİ şoka saldı

Təbrizə zərbələr: 13 "Bəsic" üzvü öldürüldü - FOTO

Təbrizə zərbələr: 13 "Bəsic" üzvü öldürüldü - FOTO

Britaniyadan ABŞ-a DƏSTƏK - DETALLAR

Britaniyadan ABŞ-a DƏSTƏK - DETALLAR

Dövlət qulluğunda yeni ƏMƏKHAQQI MODELİ - İslahatların mahiyyəti və beynəlxalq təcrübə

Dövlət qulluğunda yeni ƏMƏKHAQQI MODELİ - İslahatların mahiyyəti və beynəlxalq təcrübə

Motosiklet qəzasında ölən şəxs Şuşa uğrunda döyüşən zabit imiş - FOTO

Motosiklet qəzasında ölən şəxs Şuşa uğrunda döyüşən zabit imiş - FOTO

Xankəndidə bayram konserti keçirildi - FOTO/VİDEO

Xankəndidə bayram konserti keçirildi - FOTO/VİDEO

Arda Gülerdən Kənan Yıldıza: Avropada türk fırtınası - FOTO

Arda Gülerdən Kənan Yıldıza: Avropada türk fırtınası - FOTO

Tramp: “İranla savaşı elə bu saat bitirərəm, amma...”

Tramp: “İranla savaşı elə bu saat bitirərəm, amma...”

End of content

No more pages to load

RADİO