Ceyhun Bayramov AQEM-in Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında İŞTİRAK ETDİ - FOTO

Sentyabrın 25-də Nyu-York şəhərində BMT Baş Assambleyasının 80-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycanın sədrliyi ilə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası keçirilib.

Bizim.Media xəbər verir ki, iclas zamanı AQEM Üzv Dövlətlərinin xarici işlər nazirləri və digər yüksək səviyyəli nümayəndələri tərəfindən 2024-cü ilin dekabrından etibarən Azərbaycanın AQEM-də Sədrliyi dövründə əldə olunmuş tərəqqi müzakirə olunub, aktual regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
 

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov AQEM Nazirlər Şurasının sədri qismində açılış nitqi ilə çıxış edərək Sədrliyin müxtəlif sahələr, o cümlədən bağlantılar, rəqəmsallaşma və dayanıqlılıq istiqamətləri üzrə müəyyən olunmuş strateji prioritetlərini vurğulayıb.


Nazir çıxışında AQEM-in institusional inkişafı və onun tamhüquqlu beynəlxalq təşkilata çevrilməsi istiqamətində göstərilən səylər və əldə olunan tərəqqi barədə məlumat verib.

Bu çərçivədə, AQEM üzv dövlətlərinin ali təhsil müəssisələri arasında innovativ əməkdaşlıq platforması olan AQEM Aparıcı Universitetlərin Tərəfdaşlıq Şəbəkəsinin fəaliyyətə başlaması, AQEM Biznes Şurası və Biznes Forumunun, habelə 13-cü AQEM Beyin Mərkəzləri Forumunun Azərbaycanda uğurla təşkil edilməsi vurğulanıb.

Nazir həmçinin Azərbaycanın əsas təşəbbüslərinin, o cümlədən AQEM Qadınlar Şurasının yaradılması kimi flaqman təşəbbüsün və AQEM Maliyyə Sammitinin təsis olunması istiqamətində əldə olunmuş irəliləyişin əhəmiyyətinə diqqət çəkib. Sözügedən yeni məsləhətçi orqanların yaradılmasının üzv dövlətlər arasında tematik əməkdaşlığı gücləndirəcəyi bildirilib.
 

AQEM Baş katibi və AQEM-ə üzv dövlətlərin nümayəndə heyətlərinin rəhbərləri bəyanatlarla çıxış ediblər. Natiqlər Azərbaycan Sədrliyinin nümunəvi liderliyini, baxışını və AQEM-i gücləndirməyə sadiqliyini yüksək qiymətləndiriblər.


Üzv Dövlətlər AQEM çərçivəsində institusionallaşma və nəticəyönümlü qarşılıqlı fəaliyyətin təşviqində Sədrliyin səylərinə diqqət çəkiblər.

Onlar əsas layihələrin irəliyə aparılmasında Azərbaycanın göstərdiyi təşəbbüslərə görə minnətdarlıqlarını ifadə ediblər və bu təşəbbüslərin Asiya boyunca dialoq, etimad quruculuğu və çoxtərəfli əməkdaşlıq platforması kimi AQEM-in effektivliyini əhəmiyyətli dərəcədə artıracağını bildiriblər.

İclas əlamətdar qərarların qəbulu, xüsusilə iki yeni məsləhətçi orqanının – AQEM Maliyyə Sammiti və AQEM Qadınlar Şurasının yaradılması ilə yekunlaşıb.

Nazirlər Şurası həmçinin İkinci Dünya Müharibəsinin bitməsi və Birləşmiş Millətlər Təşkilatının yaradılmasının 80-ci ildönümü münasibətilə bəyanatlar qəbul edib. Bu bəyanatlar vasitəsilə AQEM-ə üzv dövlətlər İkinci Dünya Müharibəsində qələbə üçün verilmiş tarixi qurbanları ehtiramla anıblar və çoxtərəfliliyə sadiqliklərini bir daha təsdiq ediblər.

Onlar Asiyada və onun hüdudlarından kənarda sülhün, təhlükəsizliyin və dayanıqlı inkişafın təşviqində AQEM-in dialoq, etimad quruculuğu və əməkdaşlıq platforması kimi rolunu vurğulayıblar.

Nazirlər Şurasının Bəyanatında Azərbaycanın AQEM Sədrliyinin səyləri yüksək qiymətləndirilib.

Azərbaycan 2024-cü ilin dekabr ayından başlayaraq iki il müddətinə 28 dövlətin üzv olduğu Asiyanın ən böyük regional platforması AQEM-də sədrlik edir. Müxtəlif çoxtərəfli formatlarda nümunəvi liderliyin davamı olaraq Azərbaycanın AQEM sədrliyi "Daha güclü AQEM: Asiyada Bağlantılar, Rəqəmsallaşma və Dayanıqlı İnkişaf" şüarı altında AQEM regionunda dialoq və nəticəyönümlü əməkdaşlığın təşviqini prioritet olaraq elan edib.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Novruz festivalında istedadlı uşaqların əl işləri və rəsm əsərləri nümayiş etdirildi - FOTO

Novruz festivalında istedadlı uşaqların əl işləri və rəsm əsərləri nümayiş etdirildi - FOTO

ABŞ Rusiyanın iki vətəndaşını sanksiya siyahısından çıxardı

ABŞ Rusiyanın iki vətəndaşını sanksiya siyahısından çıxardı

Tramp: “Ukrayna İranla bağlı vəziyyətdə ABŞ-a kömək etmədi”

Tramp: “Ukrayna İranla bağlı vəziyyətdə ABŞ-a kömək etmədi”

"Müğənni vaxtında yatmalı, səsini qorumalı, yaxşı qidalanmalı və çox danışmamalıdır"

"Müğənni vaxtında yatmalı, səsini qorumalı, yaxşı qidalanmalı və çox danışmamalıdır"

NATO İraqdakı bütün qoşunlarını Avropaya təxliyə etdi

NATO İraqdakı bütün qoşunlarını Avropaya təxliyə etdi

“Qalatasaray”ın qapıçısı Premyer Liqa klublarının hədəfində

“Qalatasaray”ın qapıçısı Premyer Liqa klublarının hədəfində

“Zirə”nin legionerləri milli komandada

“Zirə”nin legionerləri milli komandada

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

İsveçrə ABŞ-a silah tədarükünü dayandırdı

İsveçrə ABŞ-a silah tədarükünü dayandırdı

Ağdaşda avtomobil aşdı: 1 ölü, 1 yaralı var

Ağdaşda avtomobil aşdı: 1 ölü, 1 yaralı var

Balıq alarkən DİQQƏTLİ OLUN - VİDEO

Balıq alarkən DİQQƏTLİ OLUN - VİDEO

İnsan ömrü 200 ilə qədər uzana bilər

İnsan ömrü 200 ilə qədər uzana bilər

Faiq Hüseynov vəfat etdi

Faiq Hüseynov vəfat etdi

Çexiyada İsrailin silah zavodu yandırıldı

Çexiyada İsrailin silah zavodu yandırıldı

Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı

Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı

Türkiyədə silahlı insident: Gənc futbolçu öldürüldü, müğənni saxlanıldı

Türkiyədə silahlı insident: Gənc futbolçu öldürüldü, müğənni saxlanıldı

Rusiya İranı ABŞ-a satdı, əvəzində Ukraynanı istəyir - İDDİA

Rusiya İranı ABŞ-a satdı, əvəzində Ukraynanı istəyir - İDDİA

Vahid Ələkbərovun şirkətinin xalis zərəri HƏR KƏSİ şoka saldı

Vahid Ələkbərovun şirkətinin xalis zərəri HƏR KƏSİ şoka saldı

Təbrizə zərbələr: 13 "Bəsic" üzvü öldürüldü - FOTO

Təbrizə zərbələr: 13 "Bəsic" üzvü öldürüldü - FOTO

Britaniyadan ABŞ-a DƏSTƏK - DETALLAR

Britaniyadan ABŞ-a DƏSTƏK - DETALLAR

Dövlət qulluğunda yeni ƏMƏKHAQQI MODELİ - İslahatların mahiyyəti və beynəlxalq təcrübə

Dövlət qulluğunda yeni ƏMƏKHAQQI MODELİ - İslahatların mahiyyəti və beynəlxalq təcrübə

Motosiklet qəzasında ölən şəxs Şuşa uğrunda döyüşən zabit imiş - FOTO

Motosiklet qəzasında ölən şəxs Şuşa uğrunda döyüşən zabit imiş - FOTO

Xankəndidə bayram konserti keçirildi - FOTO/VİDEO

Xankəndidə bayram konserti keçirildi - FOTO/VİDEO

Arda Gülerdən Kənan Yıldıza: Avropada türk fırtınası - FOTO

Arda Gülerdən Kənan Yıldıza: Avropada türk fırtınası - FOTO

End of content

No more pages to load

RADİO