Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov pakistanlı həmkarı Məhəmməd İshaq Darla Nyu-Yorkda görüşüb.
Bizim.Media xəbər verir ki, bununla bağlı Pakistan XİN rəhbəri “X” hesabında paylaşım edib.
“BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində qardaşım və dostum, xarici işlər naziri Ceyhun Bayramovla görüşmək çox xoş oldu. Pakistan və Azərbaycan tərəfdaşlıqlarını gücləndirməyə və dərinləşdirməyə sadiq qalır”, - paylaşımda deyilir.
Bizim.Media