ABŞ yenidən Əfqanıstana qayıdır – Hədəfdə bu ölkənin nüvə obyektləri VAR – DETALLAR

ABŞ dörd ildən sonra Əfqanıstana qayıtmaq istəyir. Bunu ABŞ Prezidenti Donald Tramp açıqlayıb. O, 2021-ci ildə Talibanın ölkəyə nəzarəti ələ keçirməsindən bir müddət əvvəl boşaldılan Baqram aviabazasını geri almağa çalışdıqlarını açıqlayıb:

"Onlar bizdən müəyyən şeylər istəyirlər və biz də bu bazanı geri almaq istəyirik. Bu, müəyyən mənada fləş xəbər ola bilər. Bu baza bizim üçün vacibdir. Bizim bazanı istəməyimizin səbəblərindən biri Çinin nüvə silahlarını hazırladığı yerdən cəmi bir saatlıq məsafədə olmasıdır”.
 

Qeyd edək ki, Baqram şəhəri Əfqanıstanın paytaxtı Kabildən 60 kilometr məsafədədir. Şəhərin yaxınlığında, dəniz səviyyəsindən 1500 metr yüksəklikdə, 30 il ərzində xarici hərbçilər tərəfindən idarə olunan və modernləşdirilən Baqram aviabazası yerləşir.


Aviabaza əvvəllər sovetlərin, 2001-ci ildən sonra isə təxminən 20 il ərzində ABŞ hərbi qüvvələrinin ən strateji mərkəzi olub. ABŞ və NATO qoşunları 2021-ci ilin iyulunda bazanı gizli şəkildə tərk edib. Vəzifəyə qayıtdıqdan sonra Tramp dəfələrlə Baqramın itirilməsini tənqid edib və bunu sələfi Co Baydenin “səhv idarəçiliyi” ilə əlaqələndirib.

Baqram bazasının tarixçəsi

Bu ərazi əvvəllər hərbi baza deyildi, boş ərazi idi. Lakin 1950-ci illərdə SSRİ burada aerodrom tikdi. 1973-cü ildə Əfqanıstan Krallıqdan Respublikaya çevrildikdən sonra ölkədə siyasi qeyri-sabitlik dövrü başladı və bu, beş ildən sonra inqilaba və sovetyönlü partiyanın hakimiyyətə gəlməsinə səbəb oldu. Bir il sonra Əfqanıstan müharibəsi başladı. SSRİ yeni hökuməti dəstəklədi və sovet qoşunları ölkəyə daxil oldu. Beləcə, 1979-cu ildən 1989-cu ilə qədər Baqram aerodromu Moskvanın nəzarətində oldu.

Sovet hakimiyyəti tərəfindən aerodromun hərbi bazaya çevrilməsinə yatırılan vəsaitin məbləği məlum deyil, lakin onun ərazisində zabitlər üçün yaşayış evi ilə yanaşı, hərbi və inzibati binalar tikilib.
 

Özbəkistanın Termez şəhərindən bazaya hərbi texnika üçün yanacaq daşıyan boru kəməri də çəkilib. Bir sözlə, 1979-1989-cu illərdə Baqram Əfqanıstandakı Sovet ordusunun əsas hərbi bazası olub.


Sovetlər Baqramı tərk edəndən sonra bura ölkə daxilində bir neçə döyüşən qruplaşmanın mübarizə apardığı bir məkan oldu. 2001-ci ilin qışında isə Baqram ABŞ-ın Əfqanıstana müdaxiləsi nəticəsində Amerika qüvvələri tərəfindən ələ keçirildi. Bəhanə isə Nyu-Yorkda 11 sentyabr hücumlarına görə məsuliyyəti öz üzərinə götürən terror təşkilatı olan Əl-Qaidə ilə mübarizə aparmaq idi. Qısa zamanda Pentaqon aviabazanın yenidən qurulmasına 68 milyon dollar xərclədi.

ABŞ hərbi qüvvələri 2021-ci ilə qədər orada qaldı

Bu müddət ərzində bazanın ərazisinin 75 kvadrat kilometrə qədər genişləndiyi təxmin edilir. Onun ərazisində əsirlər üçün xüsusi həbsxana tikildi.  Ümumilikdə,  10 min Amerika əsgəri bazada daimi olaraq yerləşdirildi. Əfqanıstandakı 800-ə yaxın Amerika bazasından fərqli olaraq Baqram 40 min personalı yerləşdirməyə qadir olan ən böyük və ən funksional baza idi.

Maraqlıdır ki, Amerika prezidentləri müxtəlif vaxtlarda bu bazaya səfərlər edib. Onlar arasında Corc Buş, Barak Obama və Donald Tramp da var.

2021-ci il iyulun əvvəlində, Talibanın hakimiyyətə qayıtmasından bir müddət əvvəl və Amerika qoşunlarının Əfqanıstandan çıxarılması fonunda, baza ABŞ Ordusu tərəfindən bir gecədə tərk edildi. Ay yarım sonra baza Talibanın nəzarətinə keçdi.

ABŞ Baqrama niyə qayıtmaq istəyir?

Əslində sualın cavabını Tamp verib. O açıq şəkildə deyir ki, bu baza bizim üçün vacibdir:

“Bizim bazanı istəməyimizin səbəblərindən biri Çinin nüvə silahlarını hazırladığı yerdən cəmi bir saatlıq məsafədə olmasıdır”.

Bu bəyanatdan aydın olur ki, ABŞ Əfqanıstana qayıtmaqla Çinə daha yaxın olmaq istəyir. Nəzərə alaq ki, Baqram Hərbi Hava Bazasının Talibanın nəzarəti altına keçməsindən az sonra şayiələr yayıldı ki, Çin strateji obyekti özünün “Bir kəmər, bir yol” logistika layihəsinin bir hissəsi etmək üçün bazaya qoşun və işçilər göndərmək imkanını araşdırır. Lakin bu söz-söhbətlər öz təsdiqini tapmadı və Baqramla bağlı Çinin Əfqanıstan hakimiyyəti ilə əməkdaşlıq imkanları naməlum olaraq qalır.
 

Maraqlıdır ki, 2023-cü ildə Taliban hökuməti Baqramdakı keçmiş xarici hərbi bazanı biznes üçün xüsusi iqtisadi zonaya çevirmək planlarını açıqladı. Lakin bu layihə də hələ ki, kağız üzərində qaldı.


Amma görünən odur ki, Baqram qlobal güclərin maraq dairəsindədir.

Sonda qeyd edək ki, Baqram strateji mövqeyə malikdir. Buradan Kabil, Qəndəhar və Bamyan da daxil olmaqla, ölkənin əsas şəhərlərinə çıxışı təmin edilib. Eyni zamanda buradan Pakistan, İran, Çin və Rusiya da daxil olmaqla qonşu dövlətlərə nəzarət etmək imkanları var.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Novruz festivalında istedadlı uşaqların əl işləri və rəsm əsərləri nümayiş etdirildi - FOTO

Novruz festivalında istedadlı uşaqların əl işləri və rəsm əsərləri nümayiş etdirildi - FOTO

ABŞ Rusiyanın iki vətəndaşını sanksiya siyahısından çıxardı

ABŞ Rusiyanın iki vətəndaşını sanksiya siyahısından çıxardı

Tramp: “Ukrayna İranla bağlı vəziyyətdə ABŞ-a kömək etmədi”

Tramp: “Ukrayna İranla bağlı vəziyyətdə ABŞ-a kömək etmədi”

"Müğənni vaxtında yatmalı, səsini qorumalı, yaxşı qidalanmalı və çox danışmamalıdır"

"Müğənni vaxtında yatmalı, səsini qorumalı, yaxşı qidalanmalı və çox danışmamalıdır"

NATO İraqdakı bütün qoşunlarını Avropaya təxliyə etdi

NATO İraqdakı bütün qoşunlarını Avropaya təxliyə etdi

“Qalatasaray”ın qapıçısı Premyer Liqa klublarının hədəfində

“Qalatasaray”ın qapıçısı Premyer Liqa klublarının hədəfində

“Zirə”nin legionerləri milli komandada

“Zirə”nin legionerləri milli komandada

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

İsveçrə ABŞ-a silah tədarükünü dayandırdı

İsveçrə ABŞ-a silah tədarükünü dayandırdı

Ağdaşda avtomobil aşdı: 1 ölü, 1 yaralı var

Ağdaşda avtomobil aşdı: 1 ölü, 1 yaralı var

Balıq alarkən DİQQƏTLİ OLUN - VİDEO

Balıq alarkən DİQQƏTLİ OLUN - VİDEO

İnsan ömrü 200 ilə qədər uzana bilər

İnsan ömrü 200 ilə qədər uzana bilər

Faiq Hüseynov vəfat etdi

Faiq Hüseynov vəfat etdi

Çexiyada İsrailin silah zavodu yandırıldı

Çexiyada İsrailin silah zavodu yandırıldı

Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı

Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı

Türkiyədə silahlı insident: Gənc futbolçu öldürüldü, müğənni saxlanıldı

Türkiyədə silahlı insident: Gənc futbolçu öldürüldü, müğənni saxlanıldı

Rusiya İranı ABŞ-a satdı, əvəzində Ukraynanı istəyir - İDDİA

Rusiya İranı ABŞ-a satdı, əvəzində Ukraynanı istəyir - İDDİA

Vahid Ələkbərovun şirkətinin xalis zərəri HƏR KƏSİ şoka saldı

Vahid Ələkbərovun şirkətinin xalis zərəri HƏR KƏSİ şoka saldı

Təbrizə zərbələr: 13 "Bəsic" üzvü öldürüldü - FOTO

Təbrizə zərbələr: 13 "Bəsic" üzvü öldürüldü - FOTO

Britaniyadan ABŞ-a DƏSTƏK - DETALLAR

Britaniyadan ABŞ-a DƏSTƏK - DETALLAR

Dövlət qulluğunda yeni ƏMƏKHAQQI MODELİ - İslahatların mahiyyəti və beynəlxalq təcrübə

Dövlət qulluğunda yeni ƏMƏKHAQQI MODELİ - İslahatların mahiyyəti və beynəlxalq təcrübə

Motosiklet qəzasında ölən şəxs Şuşa uğrunda döyüşən zabit imiş - FOTO

Motosiklet qəzasında ölən şəxs Şuşa uğrunda döyüşən zabit imiş - FOTO

Xankəndidə bayram konserti keçirildi - FOTO/VİDEO

Xankəndidə bayram konserti keçirildi - FOTO/VİDEO

Arda Gülerdən Kənan Yıldıza: Avropada türk fırtınası - FOTO

Arda Gülerdən Kənan Yıldıza: Avropada türk fırtınası - FOTO

End of content

No more pages to load

RADİO