Nyu-Yorkda 6-cı Xəzər Biznes Forumu keçirildi – FOTO

Nyu-Yorkda Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə “Orta dəhliz boyunca: bağlantı, maliyyə və enerji” mövzusuna həsr olunmuş 6-cı Xəzər Biznes Forumu keçirilib.

Bizim.Media xəbər verir ki, əvvəlcə Xəzər Siyasət Mərkəzinin direktoru Əfqan Nifti açılış nitqi ilə çıxış edərək son iki ayda Xəzər regionunda müşahidə olunan inkişafın diqqətəlayiq olduğunu deyib. 

O bildirib ki, bu inkişafa Ermənistan və Azərbaycan arasında çoxdan gözlənilən sülh sazişi, Orta Dəhlizin inkişafında irəliləyiş, müxtəlif qlobal donorların cəlb edilməsi və investisiya səviyyəsinin yüksəldilməsi daxildir.

Əfqan Niftinin sözlərinə görə, ABŞ-ın dəstəyi ilə Ermənistan və Azərbaycan arasında imzalanmış saziş təkcə siyasi sabitlik üçün sıçrayış deyil, həm də iqtisadi əlaqələrin yeni dövrünü təmsil edir. Onun fikrincə, Trampın Beynəlxalq Sülh və Rifah Marşrutunun və ya Zəngəzur dəhlizinin işə düşməsi ilə Cənubi Qafqaz əvvəlkindən daha çox inteqrasiya edəcək.
Sonra çıxış edən ABŞ Dövlət katibi müavininin baş müşaviri Kaleb Orr Cənubi Qafqaz və Mərkəzi Asiya da daxil olmaqla daha geniş Xəzər regionunun ABŞ-ın siyasət strategiyası üçün həssas nöqtə olduğunu deyib. Onun sözlərinə görə, bura Birləşmiş Ştatların investisiya qoymaq və qurmaq üçün mühüm strateji maraq kimi gördüyü bir sahədir.

Daha sonra Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezident İlham Əliyevin Forum iştirakçılarına müraciətini oxuyub.

Tədbirdə çıxış edən ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının nümayəndəsi Konor Koleman Xəzər regionunun xarici siyasət nöqteyi-nəzərindən strateji əhəmiyyətini vurğulayıb.

O, ABŞ-ın regionda investisiya maraqları barədə danışıb. Regionda enerji və ətraf infrastruktur sahələrində investisiya imkanlarının olduğunu qeyd edib. O, bu baxımdan təmsil etdiyi qurumum prioritetləri və gələcək əməkdaşlıq imkanları barədə məlumat verib.

Türkiyə Enerji və Təbii Sərvətlər Nazirliyinin Xarici Əlaqələr üzrə baş direktoru Öztürk Selvitop çıxış edərək Türkiyə və Azərbaycanın icra etdiyi regional layihələrdən, Xəzər regionunun artan potensialından bəhs edib.

Qazaxıstan Prezidentinin müşaviri Maqzum Mirzəqaliyev Avrasiya regionunda logistika və nəqliyyat şəbəkələrinin inkişafının strateji əhəmiyyət daşıdığını deyərək bu sahədə bütün imkanlardan səmərəli istifadə etmək niyyətlərini açıqlayıb. O bu sahədə ABŞ şirkətləri ilə sıx əməkdaşlıq etmək və birgə layihələr həyata keçirmək istədiklərini vurğulayıb. Onun sözlərinə görə, Orta Dəhliz artıq əsas beynəlxalq ticarət marşrutlarından birinə çevrilir və “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” bu əməkdaşlıq üçün yeni imkanlar açır.

Tədbir panel müzakirələri və sual-cavab sessiyası ilə davam edib.








Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gümüşün qiyməti tarixdə ilk dəfə 90 dolları ÖTDÜ

Gümüşün qiyməti tarixdə ilk dəfə 90 dolları ÖTDÜ

“Mançester Siti” ilk oyunda qalib gəldi - VİDEO

“Mançester Siti” ilk oyunda qalib gəldi - VİDEO

Yenilənmiş “Prestij” lotereyasında yarım milyon uduş sahibini gözləyir

Yenilənmiş “Prestij” lotereyasında yarım milyon uduş sahibini gözləyir

Qanun qarşısında BİGANƏLİK – Sahibkarın qazını kəsən “Azəriqaz” məhkəmə qərarını SAYMIR?

Qanun qarşısında BİGANƏLİK – Sahibkarın qazını kəsən “Azəriqaz” məhkəmə qərarını SAYMIR?

İnşaat işçisinin bəxti gətirdi: Cibindəki 2 avroya bir mənzil aldı

İnşaat işçisinin bəxti gətirdi: Cibindəki 2 avroya bir mənzil aldı

İmişlidə heyvan bazarı açıldı – FOTO

İmişlidə heyvan bazarı açıldı – FOTO

Kürdəmirdə ağır QƏZA: Xəsarət alan var

Kürdəmirdə ağır QƏZA: Xəsarət alan var

Bu məcburi köçkünlərin “yardım pulu” dayandırılır

Bu məcburi köçkünlərin “yardım pulu” dayandırılır

“Araz Naxçıvan” “Qəbələ” ilə ÜZ-ÜZƏ

“Araz Naxçıvan” “Qəbələ” ilə ÜZ-ÜZƏ

Azərbaycanda ÖTƏN İL 32 min nəfəri it dişləyib

Azərbaycanda ÖTƏN İL 32 min nəfəri it dişləyib

Kəlbəcərdən gözəl mənzərə – VİDEO

Kəlbəcərdən gözəl mənzərə – VİDEO

Vüsalə Əlizadənin anası xəstəxanaya YERLƏŞDİRİLDİ - FOTO

Vüsalə Əlizadənin anası xəstəxanaya YERLƏŞDİRİLDİ - FOTO

165 nömrəli marşrutdan ŞİKAYƏT – Sərnişinlər saatlarla niyə avtobus GÖZLƏYİR?

165 nömrəli marşrutdan ŞİKAYƏT – Sərnişinlər saatlarla niyə avtobus GÖZLƏYİR?

DİN-dən ahıl vətəndaşlara qarşı dələduzluq halları ilə bağlı əhaliyə MÜRACİƏT

DİN-dən ahıl vətəndaşlara qarşı dələduzluq halları ilə bağlı əhaliyə MÜRACİƏT

Beşinci övladını evdə dünyaya gətirdi – VİDEO

Beşinci övladını evdə dünyaya gətirdi – VİDEO

Azərbaycanda son zamanlar yayılan xəstəlik NƏDİR? – Həkim GÖZLƏNİLƏN TƏHLÜKƏLƏRDƏN danışdı

Azərbaycanda son zamanlar yayılan xəstəlik NƏDİR? – Həkim GÖZLƏNİLƏN TƏHLÜKƏLƏRDƏN danışdı

64 yaşlı qadın dəm qazının qurbanı oldu

64 yaşlı qadın dəm qazının qurbanı oldu

Meyiti tapılan Kamalın papağı başqa yerdə aşkarlanıb - Ayaqqabısının bir tayı isə yoxdur...

Meyiti tapılan Kamalın papağı başqa yerdə aşkarlanıb - Ayaqqabısının bir tayı isə yoxdur...

Ən çox qar bu rayonlara yağıb - FAKTİKİ HAVA

Ən çox qar bu rayonlara yağıb - FAKTİKİ HAVA

Hava məkanları bağlandı, uçuşlar ləğv edildi: Hücum başlayır?

Hava məkanları bağlandı, uçuşlar ləğv edildi: Hücum başlayır?

Əti əsla bu paketdə dondurmayın: səbəb

Əti əsla bu paketdə dondurmayın: səbəb

Güclü külək nəticəsində Bakıda neçə ağac aşıb?

Güclü külək nəticəsində Bakıda neçə ağac aşıb?

Arvadının burnunu sındırdı: “Taksidən düşəndə...”

Arvadının burnunu sındırdı: “Taksidən düşəndə...”

Varlanacaq bürclər - Şans qapıları açıldı

Varlanacaq bürclər - Şans qapıları açıldı

End of content

No more pages to load

RADİO