Fransanın yeni səfirindən ilk MÜRACİƏT

Fransanın Azərbaycana yeni təyin olunmuş səfiri Sofi Lagut Azərbaycan, eləcə də Fransa vətəndaşlarına ilk müraciətini ünvanlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Fransanın Azərbaycandakı Səfirliyinin Facebook hesabında paylaşım edilib.

Səfirin müraciətində deyilir:

“Əziz həmvətənlər, əziz azərbaycanlı dostlar,

Fransanın Azərbaycandakı səfiri kimi sizə ilk dəfə müraciət etməkdən böyük məmnuniyyət duyuram. Bu tarixi, adət-ənənələri və müxtəlifliyi ilə zəngin, strateji əhəmiyyətə malik və sülh yolunda qətiyyətlə irəliləyən bir ölkədə Fransanı təmsil etmək mənim üçün böyük şərəfdir.

Əvvəlcə, çətin bir dövrdə Fransa ilə Azərbaycan arasında mövcud əlaqələri yaşatmaq üçün əlindən gələni əsirgəməyən sələfim Ann Buayona dərin ehtiramımı bildirmək istəyirəm.

Sizi tezliklə tanımaq, gündəlik həyatlarında bu münasibətləri qoruyub saxlayanlarla, Bakıda və ondan kənarda Fransanın sadə, amma sabit mövcudluğunu təmin edən insanlarla görüşmək üçün səbirsizlənirəm. Həmçinin şəxsi və ya peşəkar fəaliyyətləri ilə Fransanın nüfuzunun artmasına töhfə verən hər kəslə tanış olmağı səbirsizliklə gözləyirəm.
 

Fransız dilinin gücünə, onun təcəssüm etdirdiyi dialoq, açıqlıq və müxtəlifliyə hörmət kimi dəyərlərə xüsusi inanım var. Fransız dilinə maraq göstərən, ölkəmizi və mədəniyyətimizi təhsil, səfərlər və ya biznes imkanları vasitəsilə kəşf etmək istəyən azərbaycanlıların daim yaşadığı maraq və həvəsə cavab vermək üçün bu sahədə fəaliyyətimizin iddialı qalmasına nəzarət edəcəyəm.


Əminəm ki, birlikdə Fransa dəyərlərini və maraqlarını yüksək tutmağa və ölkələrimiz, xalqlarımız arasında münasibətləri inkişaf etdirməyə davam edəcəyik. Mən sizə arxalanıram!

Məni səmimi qarşılandığınız və göstərdiyiniz etimada görə sizə təşəkkür edirəm. Tezliklə görüşmək ümidi ilə.

Fransanın Azərbaycandakı səfiri xanım Sofi Lagut”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İranın ABŞ-a vurduğu ziyanın məbləği AÇIQLANDI

İranın ABŞ-a vurduğu ziyanın məbləği AÇIQLANDI

21 Mart Beynəlxalq Novruz Günüdür

21 Mart Beynəlxalq Novruz Günüdür

ABŞ Yaxın Şərqə minlərlə hərbçi GÖNDƏRİR – İrana qarşı quru əməliyyatları BAŞLAYIR?

ABŞ Yaxın Şərqə minlərlə hərbçi GÖNDƏRİR – İrana qarşı quru əməliyyatları BAŞLAYIR?

Narelle qasırğası Avstraliyanı cənginə alıb

Narelle qasırğası Avstraliyanı cənginə alıb

Trampın Kuba planı

Trampın Kuba planı

Novruz festivalında istedadlı uşaqların əl işləri və rəsm əsərləri nümayiş etdirildi - FOTO

Novruz festivalında istedadlı uşaqların əl işləri və rəsm əsərləri nümayiş etdirildi - FOTO

ABŞ Rusiyanın iki vətəndaşını sanksiya siyahısından çıxardı

ABŞ Rusiyanın iki vətəndaşını sanksiya siyahısından çıxardı

Tramp: “Ukrayna İranla bağlı vəziyyətdə ABŞ-a kömək etmədi”

Tramp: “Ukrayna İranla bağlı vəziyyətdə ABŞ-a kömək etmədi”

"Müğənni vaxtında yatmalı, səsini qorumalı, yaxşı qidalanmalı və çox danışmamalıdır"

"Müğənni vaxtında yatmalı, səsini qorumalı, yaxşı qidalanmalı və çox danışmamalıdır"

NATO İraqdakı bütün qoşunlarını Avropaya təxliyə etdi

NATO İraqdakı bütün qoşunlarını Avropaya təxliyə etdi

“Qalatasaray”ın qapıçısı Premyer Liqa klublarının hədəfində

“Qalatasaray”ın qapıçısı Premyer Liqa klublarının hədəfində

“Zirə”nin legionerləri milli komandada

“Zirə”nin legionerləri milli komandada

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

İsveçrə ABŞ-a silah tədarükünü dayandırdı

İsveçrə ABŞ-a silah tədarükünü dayandırdı

Ağdaşda avtomobil aşdı: 1 ölü, 1 yaralı var

Ağdaşda avtomobil aşdı: 1 ölü, 1 yaralı var

Balıq alarkən DİQQƏTLİ OLUN - VİDEO

Balıq alarkən DİQQƏTLİ OLUN - VİDEO

İnsan ömrü 200 ilə qədər uzana bilər

İnsan ömrü 200 ilə qədər uzana bilər

Faiq Hüseynov vəfat etdi

Faiq Hüseynov vəfat etdi

Çexiyada İsrailin silah zavodu yandırıldı

Çexiyada İsrailin silah zavodu yandırıldı

Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı

Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı

Türkiyədə silahlı insident: Gənc futbolçu öldürüldü, müğənni saxlanıldı

Türkiyədə silahlı insident: Gənc futbolçu öldürüldü, müğənni saxlanıldı

Rusiya İranı ABŞ-a satdı, əvəzində Ukraynanı istəyir - İDDİA

Rusiya İranı ABŞ-a satdı, əvəzində Ukraynanı istəyir - İDDİA

Vahid Ələkbərovun şirkətinin xalis zərəri HƏR KƏSİ şoka saldı

Vahid Ələkbərovun şirkətinin xalis zərəri HƏR KƏSİ şoka saldı

Təbrizə zərbələr: 13 "Bəsic" üzvü öldürüldü - FOTO

Təbrizə zərbələr: 13 "Bəsic" üzvü öldürüldü - FOTO

End of content

No more pages to load

RADİO